İki yaşına qədər uşaqlara telefon və monitor izlətmək olmaz.
Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
O bildirib ki, bu proses uşaqlarda ağır xəstəliyə səbəb ola bilər: "Bəzən analar uşaqlarını xüsusən yemək yedizdirərkən telefon, planşet və monitor izlətdirirlər. Bunu etməsinlər. Bu proses sonra uşaqlarda autizm xəstəliyi əmələ gətirə bilər. Valideynlər bu hərəkətlərdən çəkinməlidirlər. 2 yaşına qədər uşaqlara monitor izlətmək təhlükəlidir".