Sağlamlıq

Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA

  • Admin
  • 13-apr-2024, 11:16
  • 0 Baxış



Tərkibində çoxlu şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaq və böyüməkdə olan orqan və beynin fəaliyyəti üçün vacibdir.


Şirniyyatlar, həmçinin əhvalın yüksəlməsində rol oynayan endorfinlərin sintezi üçün də lazımdır. Orqanizmdə karbohidrat çatışmazlığı yağ və zülal mübadiləsində pozulmalara səbəb olur. Lakin buna baxmayaraq, hazırda şəkərdən həddindən artıq istifadə halları ilə rastlaşırıq.


Aztəhsil.com xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Ləman Sultanova universitetin mətbuat xidmətinə bildirib.


Hazırda çox aktual problemlərdən olan uşaqların şirniyyata bağlılığı haqqında danışan pediatr bildirib ki, bu həvəs yalnız dad hissiyyatı ilə bağlı deyil:

 

"Piy kütləsinin artması, maddələr mübadiləsinin pozulması, qida allergiyasının formalaşması, qaraciyər və mədəaltı vəzi fəaliyyətinin pozulması, ikinci tip şəkərli diabet, uşaq yaşlarından piylənmə hallarına səbəb olur. Belə olduqda bəzi şirin qidalardan imtina etmək lazımdır. Bunlara qazlı və şirin içkilər, uşaqlar üçün hazırlanmış sovurma konfetlər və saqqızı aid etmək olar ki, onlar məhdud miqdarda istifadə edilməlidir. Bunların arasında ən ziyanlısı şirin qazlı içkilərdir. Bu içkilərin tərkibinə böyük miqdarda şəkər və şəkərəvəzedicilər əlavə olunur. Belə ki, 50 ml şirin içkinin tərkibində təxminən beş çay qaşığı şəkər olur. Bu içkilərin tərkiblərində olan alma, limon və s. turşular isə şəkərin qana tez sovrulmasını təmin edir ki, bu da mədəaltı vəzini gücə salır, rəngləndirici, ətirləndirici və digər kimyəvi əlavələr isə böyüməkdə olan orqanizmə mənfi təsir göstərir.


İkinci yerdə sovurma konfetlər və saqqızlar durur. Onların da tərkibi qazlı şirin içkilərlə eynidir. Şokolad, zefir, marmelad kimi şirniyyatlar da az istifadə edilməlidir. Onu da qeyd edim ki, bu qidaların tərkibində xeyirli maddələr-pektin və jelatin var. Pektin mədə bağırsaq sisteminin işinə, jelatin isə saç və dırnaqlara xeyirdir. Lakin satışda olan məhsulların tərkibində rəngləndirici və ətirləndirici maddələr də çoxdur. Bu səbəbdən almadan öncə tərkibində təbii inqrediyentlərin olmasına diqqət yetirmək lazımdır. Bu qidaları uşaq rasionuna iki yaşdan tez daxil etmək olmaz. Bundan başqa onların tərkibində bir çox mikroelementlər də var. Şokoladın tərkibində kalium, maqnezium, dəmir var. Uşağa şokolad alarkən çox seçici olmaq lazımdır, tərkibində konservantların olmaması və keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Ən əsası isə şokoladı üç yaşdan kiçik uşaqlara vermək olmaz”. 




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?