Sağlamlıq

Görünməyən elektronik epidemiya uşaqlarda korluq yaradır - SOS

  • Admin
  • 15-apr-2024, 10:48
  • 0 Baxış



Hollandiyalı mütəxəssislər bildiriblər ki, yaxın gələcəkdə uşaqlar və gənclər ciddi şəkildə görmə pozğunluğu və hətta kor olma təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Bunun səbəbi isə uzun müddət telefon və televizor ekranına baxılması və kifayət qədər gün işığından uzaq qalmalarıdır. 


Aztəhsil.com xəbər verir ki, mütəxəssislər bildiriblər ki, "görünməyən bir epidemiya" dedikləri bu problem nəticəsində gün boyu telefona, planşetə və ya kitaba yaxından baxan uşaqların təbii göz quruluşu pozulur. Normalda dairəvi olan göz bəbəkləri, oval şəklə çevrilir. Bunun nəticəsində də gözün arxasındakı işığı tutan hüceyrələr ziyan görür. 

 

Mütəxəsislərin fikrinə görə 20 dəqiqə ərzində kitab, planşet və ya telefona baxdıqdan sonra 20 saniyə ara verib, gözü dincəltmək, həmçinin gündə ən az 2 saat günəş şüalarından yararlanmaq lazımdır. 




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?