Ölümcül xəstəliyin çarəsi — Fındığın bilmədiyimiz 10 FAYDASI
- Admin
- 15-apr-2024, 11:14
- 0 Baxış
Fındıq xərçəngin qarşısını alan qida maddəsidir. Bu gün oxuculara fındığın bilinməyən 10 faydasını təqdim edirik.
1.İmmunitet sistemini gücləndirir
Fındıq yağının tərkibində E vitamininin miqdarı çoxdur. E vitamni qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alır. Qan dövranı, hərarət, soyuqlama və digər xəstəliklərin yaranma riskini azaldır.
2.Sinir sisteminə faydalıdır
Fındığın tərkibi B6 vitamini ilə zəngindir. B6 vitamini elektrik siqnallarının sürətini və keyfiyyətini artıran, sinir sisteminin düzgün formada işləməsini təmin edən, sinirin qılıfı olan miyelinin yaradılması üçün lazım olan bir vitamindir. Bundan başqa sinir sisteminin sağlam fəaliyyəti üçün lazım olan seratonin, melatonin və epinefrin kimi hormonların ifrazı da B6 vitaminin dəstəyi ilə olur.
3.Beyin sağlamlığını qoruyur
Fındığın tərkibində protonsiyanidin, kersetin və kaemferol kimi fito kimyəvi maddələr var. Proanosiyaninlər «flavonoidlər» adlı qrupa daaxildir. Flavonoidlər beyin sağlamlığını dəstəkləyir. Bundan başqa triptofan və izolosin amin turşuları ilə zəngin olduğu üçün fındıqla qidalanan şəxs özünü əqli və psixi cəhətdən yaxşı hiss edir.
4.Tox saxlayır
Fındığın tərkibindəki protein, lif və yüksək yağ toxluq hissini artırır. Bu isə həddən artıq yeməyin qarşısını alır və yüksək kalori qəbul etməyə qarşı qoruyur. Amma həddən artıq fındıq yemək də artıq çəkiyə səbəb ola bilər. Çünki fındığın enerjisi çoxdur. 25 qram fındıq 150 kalori deməkdir.
5.Şəkər riskini azaldır
Dietoloqlar, diabet xəstələrinə müntəzəm olaraq fındıq qəbul etmək lazım olduğunu bildirirlər. Şəkərdən əziyyət çəkənlər gündəliq qida rasionlarına fındıq əlavə etsələr, daha effektiv olar.
6.Xolesterolun miqdarını azaldır
Fındığın tərkibində ürək-damar sisteminə faydalı olan yağlar var. Oleik turşusu xolesterolun səviyyəsini azaltmağa kömək edir. Orqanizmdə müsbət xolesterolun miqdarını artırır. Müntəzəm fındıq qəbul etmək xolesterolun miqdarını 27% azaldır. Fındığın tərkibində olan dəmir, mis, selenium, maqnezium, potasium, fosfor, sink kimi minerallar ürək-damar sistemi üçün faydalıdır.
7.Xərçəngə qarşı orqanizmi qoruyur
Fındıq xərçəng hüceyrələrinin inkişafına səbəb olan faktorları ortadan qaldırır. Eyni zamanda orqanizmdə pis xassəli hüceyrələri məhv etməyə də yardım edir. Fındığın tərkibindəki beta-sitosterol maddəsi döş və prostat xərçəngi riskini azaldır.
8.Qəbizliyin qarşısını alır
Fındıq bağırsaq üçün çox faydalıdır. Yüksək yağlılıq bağırsaq hərəkətlərini aktivləşdirir. Həzm sisteminin işini asanlaşdırır. Bu səbəbdən gün ərzində bir neçə ədəd çiy fındıq yemək qəbizlilik probleminin qarşısını alır.
9.Əzələləri gücləndirir
Maqnezium orqanizmə daxil olan və çıxan kalsium miqdarının tənzimlənməsində önəmli rol oynayır. Kalsium əzələnin ehtiyac duyulmadığı müddət ərzində istirahət etməsinə kömək edir. Maqnezium əzələ gərginliyini azaldır, bir sıra spazma və ağrıların qarşısını alır.
10.Erkən yaşlanmanın qarşısını alır
Fındığın tərkibində olan antioksidantlar dəriyə ziyan verən sərbəst radikalların qarşısını alır və dərinin daha sağlam görünməsinə kömək edir. Bundan başqa «UVA/UBV» şüalarının səbəb olduğu dəri xərçənginə qarşı da orqanizmi qoruyur. E vitamini ölü hüceyrələri yox edir. Dəri daha parlaq və gənc görünür.