Sağlamlıq

Təzyiqi stabil saxlayır, arıqlamağı asanlaşdırır -HƏR GÜN 2 STƏKAN YEYİN

  • Admin
  • 15-apr-2024, 17:10
  • 0 Baxış



Aparılan araşdırmalara görə, süzmə qatığın faydaları normal qatığın faydalarından ikiqat çoxdur. Gündə 2-3 stəkan yağsız süzmə qatıq yeyərək, sağlamlığınızı necə qoruyacağınıza inanmayacaqsınız. Ailem.az süzmə qatığın faydalarını sadalayır.

 

Həzm prosesini asanlaşdırır

 

Süzmə qatığın başlıca faydalarından biri tərkibindəki probiotiklərdir. Süzmə qatıqda olan probiotiklərlə aldığınız faydalı bakteriyalar, sağlıqlı bir həzm təmin edir. Həzm sisteminizdəki faydalı bakteriyalar, ishal, bağırsaq sindromu, xron xəstəliyi və kolit kimi həzm problemləri ilə mübarizə aparmağa kömək edir.

 

Bağırsaq hərəkətlərini tənzimləyir

 

Süzmə qatıq asanlıqla həzm olması ilə yanaşı, digər qidaların həzmini də asanlaşdırır. Süzmə qatıqda olan faydalı bakteriyalar bağırsaq hərəkətlərini tənzimləyir. Beləcə, qəbizlik probleminin önünə keçir.

 

Arıqlamağa kömək edir

 

Arıqlamağa çalışırsınızsa, süzmə qatığı mütləq pəhrizinizə əlavə edin. Süzmə qatığın tərkibində protein adi qatıqdan iki dəfə çoxdur. Bu da özünüzü uzun müddət tox hiss etməyinizi təmin edir. 2013-cü ilə aparılan bir araşdırmaya görə, günortadan sonra ara yeməyi olaraq süzmə qatıq yeyən şəxslər daha uzun müddət toxluq hiss edirlər. Həmçinin, süzmə qatıqda bol miqdarda olan kalsium bədəndə yağ istehsalını azaldır.

 

Genital sağlamlığı qoruyur



Həzm sisteminiz kimi, genital yollarınız da faydalı bakteriyalara ehtiyac duyur. Süzmə qatıqda olan probiotiklər genital yollardakı faydalı bakteriyaların çoxalmasını təmin edərək bakteriyal vaginoz, göbələk infeksiyası və sidik yolu infeksiyaları kimi xəstəliklərin qarşısına keçir.

 

Təzyiqi stabil saxlayır

 

Təzyiqinizi stabil saxlamaq üçün gündə bir neçə stəkan süzmə qatıq yeyə bilərsiniz. 1 stəkan yağsız süzmə qatıqda 240 mq potasium var. Potasium damarları rahatladaraq daralmasının qarşısını alır. Əks təqdirdə təzyiq yüksəlir. Süzmə qatıqda olan B12 isə qırmızı qan hüceyrələrinin artmasına yardımçı olaraq oksigenin ürəyə və bütün orqanizmə yayılmasını təmin edir.

 

Sümük əriməsinin qarşısını alır

 

Süzmə qatığın tərkibində olan kalsium sümüklərin, əzələlərin güclü qalması üçün əhəmiyyətlidir. Yetərincə kalsium olmadığında sümüklər zəifləyir və sümük əriməsi riski artır. Sadəcə bir kasa süzmə qatıqda gündəlik kalsium ehtiyacının 18.7 faizi var. Tərkibində kalsiumdan əlavə, maqnezium, fosfor, potasium və protein kimi mineralların olması da güclü sümüklər üçün əhəmiyyətlidir.

 

İmmuniteti gücləndirir

 

Xəstəliklərdən qorunmaq istəyirsinizsə, immunitet sisteminizin yetərincə güclü olmalıdır. İmmuniteti gücləndirməyin bir yolu da süzmə qatıq yeməkdir. Tərkibindəki faydalı birləşmələr sayəsində orqanizmi gücləndirərək, zərərli mikroorqanizmlərlə mübarizə aparmağa kömək edir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?