Sağlamlıq

Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN

  • Admin
  • 15-apr-2024, 17:54
  • 0 Baxış



Kəklikotu ən şəfalı bitkilər arasında yer tutur. Azərbaycanlıların ən sevdiyi bitki çaylarından bəlkə də birincisidir.

 

Aztəhsil.com ailem.az-a istinadən kəklikotu çayının faydaları barədə məlumat verir.

 

Boğaz ağrısı və öskürəyi kəsir

 

Kəklikotu çayının boğaz ağrısı və öskürəyə faydası var. Bu kimi şikayəti olanlar yeməkdən sonra gündə bir fincan kəklikotu çayı içə bilər.

 

İmmuniteti gücləndirir

 

Qışda qara çay əvəzinə istifadə edilən kəklikotu çayı qrip və ya müxtəlif infeksion xəstəliklərə qarşı qoruyur. Kəklikotu çayı immuniteti gücləndirərək qripin qarşısını alır.

 

Mədəyə faydası var

 

Kəklikotu çayının qastrit kimi mədə xəstəliklərinə faydalı olduğu deyilir.

 

Depressiyanı aradan qaldırır

 

Aparılan araşdırmalar nəticəsində kəklikotu çayının depressiyaya, beləliklə də, ruh sağlamlığına kömək etdiyi bilinir. Orqanizmdə olan depomin və seretonin hormonlarını hərəkətə keçirdiyindən kəklikotu çayını içənlərin hər hansı bir ruhi problem yaşadıqları görülməyib.

 

Xərçəngin düşməni

 

Tərkibindəki antioksidantlar sayəsində xərçəngə qarşı da savaşmağa kömək edir.

 

Bağırsaq parazitlərini yox edir

 

Balla qarışdırılıb içilən kəklikotu çayının bağırsaq parazitlərini yox etdiyi bilinir.

 

Diş ağrısına kömək edir

 

Kəklikotu çayının ağız qarqarası olaraq istifadəsi diş ağrısının azalmasına kömək edir.

 

Bəlğəmi yox edir

 

Kəklikotu çayının içərisinə bir ədəd limon sıxaraq içdikdə bəlğəmi aradan götürür.

 

Gündə neçə stəkan içmək lazımdır?

 

Digər bitki çaylarında olduğu kimi, kəklikotu çayını da içərkən ölçünü artırmaq olmaz. Alternativ tibb mütəxəssisləri gündə 2 fincan kəklikotu çayının içilməsini məsləhət görürlər.

 

Kəklikotu çayı arıqladırmı?

 

Kəklikotu çayı həzm sisteminə fayda verir və qəbizliyi aradan qaldırır. Sırf bu xüsusiyyəti sayəsində kəklikotu çayı arıqlatma təsirinə malikdir.

 

Eyni zamanda, kəklikotu çayının toksin atıcı təsiri olması bədəndə şişkinlik yaranmasının qarşısını alır. Şişkinliyə qarşı çaylar içmək əvəzinə kəklikotu çayı ilə zərərli toksinləri bədəninizdən ata və sürətli şəkildə arıqlama fürsəti yaxalaya bilərsiniz. Antioksidant xüsusiyyəti sayəsində bədəndə olan yağların yanmasına da nail olacaqsınız.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?