Bu qidalardan yeyin, dərmana ehtiyac olmayacaq - SİYAHI
- Admin
- 16-apr-2024, 18:26
- 0 Baxış
Yediyiniz qidalar sizin dərmanınız ola bilər.
Aztəhsil.com mətbuat.az-a istinadən xəbər verir ki, bəzi qidalar gəncləşdirir, bəziləri isə müxtəlif xəstəliklərə qarşı qoruyur. Həmin qidalardan bəzilərini təqdim edirik.
Balıq:
Elmi araşdırmalara görə, balığın tərkibindəki omeqa-3 yağ turşuları bədəndə bir çox xroniki xəstəliyin ortaya çıxmasına səbəb olan iltihabı azaldır.
Gül kələmi, brokoli:
Gül kələmi, brokoli, Brüssel kələmi, bənövşəyi kələm tərkibindəki "izotiyosiyanatlar” sayəsində prostat, mədəaltı vəzi, ağciyər və mədə xərçənglərindən qoruyur.
Qırmızı meyvələr:
Böyürtkən, qaragilə kimi qırmızı-bənövşəyi meyvələr tərkibindəki antioksidantlar sayəsində qocalmağın qarşısını alır.
Narıncı tərəvəzlər:
Yerkökü, balqabaq və şirin kartof kimi tərəvəzlərə narıncı rəngi verən beta-karoten güclü antioksidantdır. Xüsusilə, dəri və göz sağlamlığı üçün faydalıdır. Elmi araşdırmalar göstərib ki, ürək və damar sağlamlığını qorumaq üçün bu tərəvəzlərdən istifadə etmək lazımdır.
Qara şokolad:
Qan təzyiqini aşağı salır.