Öskürəyi anında kəsən təbii üsullar - XALQ TƏBABƏTİ
- Admin
- 16-apr-2024, 19:23
- 3 Baxış
Havaların soyuması ilə bərabər qrip, soyuqdəymə, öskürək halları artır.
Aztəhsil.com mətbuat.az-a istinadən bu dəfə öskürəyi anında kəsən üsulları təqdim edir.
Heyva yarpağı və cökə
Hər ikisini isti suyun içərisində 5 dəqiqə qaynadıb için. Bu qarışığın öskürəyə faydalı olduğu deyilir.
Qara istiotlu zeytun yağı
Zeytun yağını tavanın içərisində yanmayacaq formada isidin. Daha sonra içərisinə qara istiot əlavə edib, belinizə sürtün. Bu qarışığı sürtdükdən sonra dəsmalla bağlayın. Öskürəyi anında kəsdiyi deyilir.
Bal və zəncəfil tozu
Bir çay qaşığı bala zəncəfil tozu əlavə edib qarışdırın. Məcun hazır olduqdan sonra için.
Soğanlı su
1 ədəd soğanı 4 hissəyə bölüb su əlavə edib qaynadın. 5 dəqiqə qaynatdıqdan sonra ocağın altını söndürüb bir çay qaşığı bal əlavə edib qarışdırın. Yarım saat sonra öskürəkdən xilas olun.