Sağlamlıq

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

  • Admin
  • 16-apr-2024, 22:45
  • 0 Baxış



Havaların soyuması ilə əlaqədar mövsümi xəstəliklər də baş qaldırmağa başlayır. Xüsusən də uşaqlar xəstəliyə daha həssas olduğu üçün onlar arasında yoluxma halları daha tez-tez baş verir.


Aztəhsil.com xəbər verir ki, pediatr Kəmalə Əmrahovanın modern.az-a bildirdiyinə görə, qış aylarında ən çox rast gəlinən xəstəlik qrip infeksiyası və soyuqdəymə hallarıdır. Bədənin xəstəliklərə qarşı mübarizə apara bilməməməsinin səbəbi immun sisteminin zəifləməsidir. İmmun sistemi zəif olan uşaqlar da yoluxucu xəstəliklərə daha tez yoluxurlar:


"Uşaqlar qrip infeksiyasına ən çox uşaq bağçalarında, məktəblərdə, kollektiv yerlərdə daha çox yoluxurlar. Hava-damcı yolu (asqırma, öskürmə, ünsiyyət) yayıldığı üçün bir uşaqdan digər uşağa çox asanlıqla keçir və bir neçə saat ərzində digər uşaqlara da yoluxur”.


Pediatr vurğulayır ki, bu infeksiyadan qorunmaq üçün ev şəraitində lazımi tədbirlərin görülməsi mütləqdir:


"Birinci növbədə orqanizmi möhkəmləndirmək üçün meyvə-tərəvəz və vitaminlərlə zəngin qidalar qəbul olunmalıdır. Əgər virusa yoluxma baş veribsə,  çox soyuq olmayan otaq tempuraturunda çay verilir, qızdırma varsa həkimin məsləhəti ilə qızdırma salıcı dərmanlardan istifadə oluna bilər. Evdə digər uşaq varsa qoruyucu maska taxılmalıdır”.


Kəmalə Əmrahova virusa yoluxmamaq üçün peyvəndlərin vaxtı vaxtında vurulmasının vacibliyini də qeyd edib.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?