Gündə bir alma yeməyin faydası
- Admin
- 17-apr-2024, 21:18
- 2 Baxış
Türkiyəli dietoloq Nilay Keçəçi "Hər gün bir alma yemək, orqanizmi zərərli xolestoroldan təmizləyir " – deyə bildirib.
"Alma həm çəki azaltmağa da kömək edir. Hər gün bir alma yemək orqanizm üçün vacib olan lif miqdarını təmin etmiş olur"- deyən Keçəçi almanın xüsusi ilə kilo alma risklərini yaradan yağların yandırmasını xüsusi ilə vurğulayır.
Bundan əlavə alma orqanizmi dayanıqlı bir hala da gətirəcəkdir. Tərkibindəki vitamin və minerallar həm dərinin gözəl qalmasını təmin edir, həm də bağırsaq sisteminin işini yaxşılaşdıraraq xəstəliklərin yaranmasının qarşısını alır.
Almanı bitki çaylarının tərkibində də istifadə edilməsini məsləhət görən Keçəçi onun susuzluğun azalmasına yardımçı olduğunu vurğulayır. O, qeyd edir ki, alma darçın və gicitkən yarpaqları ilə birlikdə istifadə edildikdə detoks təsiri göstərir və arıqlama proqramlarında istifadə edilə bilər.
Aparılan araşdırmaların nəticələrinə görə almanın bağırsaq və döş xərçənginə faydaları haqqında da bəzi fikirlər söylənilir. Hər gün bir alma yemək diabet riskini də azaldır. Hamilə qadınlar hər gün bir alma yesələr dünyaya gətirəcəkləri körpəni astma xəstəliyindən qorumuş olacaqlar.