İdarəetmə / Direktor / Metodika / Ümumi

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında

  • Admin
  • 18-apr-2024, 22:07
  • 54 Baxış



Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN  24 noyabr 2010-cu il tarixli № 215-li

QƏRARI

 

   “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.24-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları aşağıdakı kimi müəyyən edilsin:

məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı - 30 saat;

bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə təhsili müəssisələrində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır);

ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat; 

ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü - 500 saatdan az olmamaqla (bu zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az olmamalıdır).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?