Direktor / İdarəetmə / Metodika / Ümumi

Diaqnostik qiymətləndirmə

  • Admin
  • 21-apr-2024, 14:14
  • 238 Baxış



Diaqnostik qiymətləndirmə

     Diaqnostik qiymətləndirmə Diaqnostik qiymətləndirmə, adının məna və mahiyyətindən göründüyü kimi, mövcud səviyyənin ilkin mərhələdə qiymətləndirilməsidir, başqa sözlə, şagirdin fənn üzrə mövcud zəruri bilik və bacarıqlarının hansı səviyyədə olmasını, tədris prosesində qarşılaşdığı problemləri və öyrənmə xüsusiyyətlərini müəyyənləşdirməkdir. Bu baxımdan diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin, tədris ilinin, eləcə də tədris vahidinin (fəsil, bölmə) başlanğıcında, həmçinin başqa sinif və ya ümumi təhsil müəssisəsinə yeni qəbul olunan şagirdin (şagirdlərin) səviyyəsini aşkara çıxarmaq məqsədilə aparılır. Diaqnostik qiymətləndirmənin nəticələri təlimin səmərəli qurulmasında müəllimə düzgün istiqamət verir. Pandemiya səbəbindən ötən tədris ilində yaranmış öyrətmə, öyrənmə və qiymətləndirmə problemlərini nəzərə alaraq yeni tədris ilində diaqnostik qiymətləndirməyə xüsusi önəm vermek olduqca vacibdir.

     Təcrübə göstərir ki, diaqnostik qiymətləndirmə nəticələrinin sinif jurnalında və digər aidiyyəti sənədlərdə qeyd edilməməsi bu qiymətləndirmə növünə laqeyd münasibət beslənilməsinə gətirib çıxarır. Bu problemi aradan qaldırmaq üçün diaqnostik qiymətləndirmə ilə bağlı aşağıdakı təşkilatı işlərin həyata keçinimesi tövsiyə edilir.

1. Sinif rəhbəri tərəfindən hər bir şagird üçün ümumi təhsil müəssisəsində saxlanılmaq şərtilə portfolio (qovluq) yaradılır və hər şagirdin portfoliosuna fənlərin sayı qədər fayllar qoyulur, hər faylın üstüne bir fənnin adı yazılır. Əlavə olaraq bir fayl da şagirdin sosial və digər ümumi fəaliyyətləri ilə bağlı nəzərdə tutulur. Hər fayla şagirdin həmin fənlə bağlı yazılı materialları qoyulur. Hər hansı fənlə bağlı fayl dolduqda, bu fənn üzrə daha bir yeni fayl əlavə edilir.

2. Hər bir müəllim şagirdlə bağlı ilkin müşahidələrinı, meyil-maraq dairəsi haqqında rəyini, həmçinin şagirdin yazılı qeydierini fenne aid fayla əlavə edir.

3 Sinif rəhbəri portfolionun təşkilini saxlanılmasını va burada olan məlumatların araşdırılıb təhlil edilməsini, rəhbərliyə və valideynlərə müvafiq məlumatlar verilməsini hayata keçirir.

     Diaqnostik qiymətləndirmədə şifahi usulia yanaşı esse (inga), ifadə, çalışma, açıq. qapalı tipli test, situasiya tipli tapşırıqlar, yaradıcılıq və əl işləri kimi qiymətləndirmə vasilələrindən istifadə etmək olar.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?