İdarəetmə / Direktor / Metodika / Ümumi

Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları

  • Admin
  • 21-apr-2024, 17:35
  • 29 Baxış



Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları

 

   Sağlamlıq imkanları məhdud və mental pozuntuları olan şagirdlər

Təhsilverənlər və məktəb rəhbərliyi şagirdin ümumi davranış problemləri ilə əqli gerilik və ya xüsusi ehtiyaclardan (təhsil, psixi və emosional inkişafın ləngiməsi, fiziki çatışmazlıq) irəli gələn davranışları fərqləndirməyi bacarmalıdırlar.

    Məktəbin nizam-intizam qaydaları və tədbirləri bu qrupdan olan şagirdlərə də şamil edilir, lakin həmin şagirdlərə münasibətdə nizam-intizam qayda və tədbirlərinin tətbiqi forması dəyişdirilir. Bu zaman təhsilverənlər və məktəb rəhbərliyi peşəkar mühakimə yürütməli və ehtiyac olduqda müvafiq mütəxəssislərə müraciət etməlidirlər.

 

1.    Davamiyyət və punktuallıq

Şagirdlər:

1.1.       Ümumi təhsil müəssisəsinə müəyyən olunmuş vaxtda gəlməli və dərs gününün sonuna müəssisəni tərk etməməli;

1.2.       hər bir fənn üzrə dərslərin 96%-dən çoxunda iştirak etməli (üzrlü səbəblər istisna olmaqla);

1.3.       hər bir dərs zəngindən öncə sinif otağında olmalı;

1.4.       təlim prosesi zamanı müəllimin icazəsi olmadan tədris məkanını tərk etməməli;

1.5.       buraxılmış dərs saatları/günləri üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış izahat və ya tibbi arayışı məktəbə qayıtdığı ilk gün təqdim etməli

1.6.       buraxılacaq dərs saatları/günləri ilə bağlı icazə almaq üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış icazəni öncədən (dərs günü ərzində şagirdin səhhətində problemlərin yarandığı və bu səbəbdən dərsdə iştirak edə bilmədiyi hallar istisna olmaqla) təqdim etməlidirlər.

Şagirdlər ümumi təhsil müəssisəsinə vaxtında gəlməlidirlər. Əgər şagird dərs zəngindən sonra sinif otağına daxil olursa, ümumi təhsil müəssisəsinin gecikmə ilə bağlı prosedurlarına əməl etməli, sakit şəkildə sinfə daxil olmalı və digər şagirdlərin öyrənmə hüququna hörmət edərək təlim prosesinə mane olmamalıdır.

 

2.    Geyim və xarici görünüş

Şagirdlər:

2.1.       şəxsi gigiyena qaydalarına riayət etməli;

2.2.       dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı;

2.3.       ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.);

2.4.       geyim səliqəli və təmiz olmalı

2.5.       uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı;

2.6.       fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Aşağıdakılar qadağandır: Çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal.

Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.

 

3.    Təhlükəsizlik

Şagirdlər:

3.1.       dərs gününün sonuna kimi ümumi təhsil müəssisəsinin ərazisində qalmalı;

3.2.       müəyyən edilmiş vaxtda oranı tərk etməli; tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməli;

3.3.       pəncərə altlığında oturmamalı və pəncərədən çölə əyilməməli;

3.4.       fənn laboratoriyaları, idman zalı, kitabxana və yeməkxana kimi məkanlarda müvafiq təhlükəsizlik qaydalarına riayət etməli;

3.5.       məktəbdaxili və məktəbdənkənar tədbir ekskursiyalar məktəbin qaydalarına riayət etməli;

3.6.       fövqəladə hallar (məsələn, yanğın, zəlzələ və s.) üçün ümumi təhsil müəssi əsinin qaydalarına riayət etməli;

3.7.       şagirdlər üçün giriş qadağan olunduğu ilə işarələnmiş ərazilərə (məsələn: mətbəx, texniki otaq, dam, zirzəmi, arxiv, qazanxana, server otağı və s.) daxil olmamalıdırlar.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası təhsilalanların tibbi vasitələri özləri ilə gətirməsi və istifadəsi ilə bağlı xüsusi qaydalar tərtib etməlidir.

 

4.    Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi

Şagirdlər:

4.1.       dərslərə vaxtında gəlməli; dərslik, dərs vəsaitləri və digər zəruri ləvazimatları gətirməli;

4.2.       məktəb daxilində yüksək səslə danışmamalı;

4.3.       cinsindən, irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən və şəxsi xüsusiyyətlərindən asılı olmayaraq şagird yoldaşlarına və böyüklərə hörmət etməli;

4.4.       başqalarının “şəxsi zonasına” hörmət etməli, digər şagird və ya böyüklərin fiziki və ya mənəvi təhlükəsizliyi üçün narahatlığa səbəb olacaq davranışlara yol verməməli;

4.5.       dərs müddətində öyrənməni dəstəkləmək üçün aktiv dinləməli, müəllim sinfə müraciət edərkən danışmaq üçün əlini qaldırmalı, səs tonu və bədən dilinə diqqət etməli;

4.6.       müəllimin təlimatlarına əməl etməli və səylə çalışmalı;

4.7.       tənəffüs zəngi vurulduğu halda belə tədris məkanını yalnız müəllimin icazəsi ilə tərk etməli;

4.8.       tələb olunan ev tapşırığını yerinə yetirməli;

4.9.       dürüst olmalı və qeyri-etik və ya uyğun olmayan davranışı düzəltməli və lazım gəldikdə üzr istəməlidirlər.

    Qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və/və ya kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.

Şagirdlər yalnız müəyyən edilmiş zaman və məkanda qidalanmalıdırlar. Buna baxmayaraq, dərs müddətində su içə bilərlər.

 

5.    Ümumi təhsil müəssisəsinin əmlakı və şəxsi əşyalara qayğı

Şagirdlər:

5.1. geyim daxil olmaqla, özünün və başqalarının əşyalarının qeydinə qalmalı; başqalarının əşyalarını icazəsiz istifadə etməməli;

5.2. ümumi təhsil müəssisəsi əmlakının və sinif avadanlıqlarının qeydinə qalmalı;

5.3. sinif otaqları, şəxsi dolablar, oyun meydançaları və digər tədris yerlərini təmiz və səliqəli saxlamalı;

5.4. tullantıları zibil qutularına atmalı; ağıllı saat və telefonlar , həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməli  ;

5.5. sinif otağını və digər tədris məkanlarını növbəti dərs üçün uyğun vəziyyətə gətirməlidirlər (mebellər və sinif avadanlıqları səliqəli olmalıdır).

Aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır: kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr.

Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.

 

6.    Etik davranış

Şagirdlər:

6.1. Azərbaycan Respublikası dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmət etməli;

6.2. məktəb nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməməli;

6.3. şagird yoldaşları və böyüklər haqqında olan şəxsi məlumatların məxfiliyini pozmamalıdırlar

Aşağıdakı şagird davranışları yolverilməzdir:

6.4. böhtan atmaq və həqiqəti gizlətmək;

6.5.  məktəb sənədləri və ya məlumatlarını dəyişdirmək, saxtalaşdırmaq və zərər v ;

6.6. akademik nəticələrini saxtalaşdırmaq, bu məqsədlə məktəb heyətinin üzvünə pul, hədiyyə və ya digər maddi nemətlər təklif etmək;

6.7. qeyri-qanuni dərman vasitələrini məktəbə gətirmək, başqalarına təklif etmək və ya satmaq;

6.8. summativ qiymətləndirmə qaydalarını pozmaq;

6.9.  sinif və ev tapşırıqlarını yerinə yetirərkən, həmçinin summativ qiymətləndirmə zamanı plagiatlıq və ya köçürmək;

6.10. alqı-satqı, əşyaların dəyişdirilməsi və ya qumar oynamaq;

6.11.  qeyri-etik, təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq;

6.12. dini və ya siyasi baxışları təbliğ etmək.

6.13. şagird yoldaşlarına qarşı qısnamaya (bullinq) yol vermək.

Bu hissə davranış pozuntularının ağırlıq dərəcəsini təsnif edir.

Bütün ümumi təhsil müəssisələrinin bu hissədə yazılan təlimatlara əməl etməsi məcburidir.

 

1-ci səviyyə: Yüngül səviyyəli qayda pozuntuları

1-ci səviyyə qayda pozuntularına aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):

● üzrsüz səbəbdən dərsə gecikmək;

● şəxsi gigiyena, məktəbli forması və xarici görünüşlə bağlı qaydalara əməl etməmək;

● ümumi təhsil müəssisəsi binasının koridorlarında qaçmaq;

● lazımi dərslik və ləvazimatları dərsə gətirməmək;

● dərslərdə diqqətsiz olmaq, səs-küy salmaq və dərsi pozmaq; dəhlizlərdə səs-küy salmaq;

● ev tapşırığını yerinə yetirməmək və ya natamam yerinə yetirmək;

● ev tapşırığını vaxtında təhvil verməmək;

● sinif otağı və ya təlim məkanını təmiz və səliqəli saxlamamaq;

● şagird yoldaşlarına və böyüklərə qarşı nəzakətsiz davranmaq;

● müəllimin icazəsi olmadan sinif otağı və ya təlim məkanını tərk etmək (münaqişəyə yol vermədən);

● məktəb heyəti üzvlərinin müvafiq təlimatlarına əməl etməmək (münaqişəyə yol vermədən);

● müəyyən edilmiş zaman və ya məkan xaricində yemək və içmək;

● qadağan olunmuş əşyaları məktəbə gətirmək (məsələn, təsbeh, ağıllı telefon, planşet və s.);

● saqqız çeynəmək.

 

2-ci səviyyə: Orta səviyyəli qayda pozuntuları

2-ci səviyyə qayda pozuntularına aşağıdakılar daxildir (1-ci səviyyədəki qayda pozuntularının təkrarlanması daxil olmaqla) (lakin bunlarla məhdudlaşmır):

● 1-ci səviyyədə olan qayda pozuntularını davamlı təkrarlamaq və xəbərdarlıqları nəzərə almamaq;

● yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək;

● dərs, toplantı və ya tədbirdən yayınmaq (məsələn, şagird məktəbdədir, ancaq müvafiq məkanda deyil);

● təhlükəsizlik qaydalarını pozmaq (məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək və ya laboratoriya, idman zalı, kompüter otağının təhlükəsizlik qaydalarını pozmaq);

● qadağan olunmuş (təhlükəsiz olan) ərazidə olmaq;

● sinif otağı və ya sinif otağından kənarda nizamı pozmaq;

● heç kimə ünvanlanmamış qeyri-etik ifadələr işlətmək;

● ekskursiya zamanı nəqliyyatda səs-küy salmaq və ya nizamı pozmaq;

● dərsdən sonra məktəbdə saxlanılma prosesində iştirak etməmək və ya saxlanılma müddətinin sonuna qədər iştirak etməmək;

● başqasına emosional/fiziki zərər vuran ehtiyatsız hərəkət və ya davranışa yol vermək;

● sinif və ya ev tapşırığını köçürmək və ya tapşırığın köçürülməsinə şərait yaratmaq;

● məktəbdaxili qiymətləndirmə qaydalarını pozmaq;

● dərslik, internet və ya digər mənbələrdən plagiatlıq;

● alqı-satqı, əşyaların dəyişdirilməsi və qumar oyunlarında iştirak etmə

3-5-ci səviyyə: Ciddi və ağır qayda pozuntuları

3-5-ci səviyyə qayda pozuntularına aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):

● 1-ci və 2-ci səviyyələrdə olan qayda pozuntularını davamlı təkrarlamaq və xəbərdarlıqları nəzərə almamaq;

● məktəbdən yayınmaq (tədris müddəti ərzində məktəb ərazisindən kənarda olmaq);

● qadağan olunmuş təhlükəli ərazidə olmaq (məsələn, məktəbin damında və ya elektrik otağında və sair);

● ehtiyatsızlıqdan özünü və ya başqa birini təhlükəyə atmaq (qəsdən olarsa S 4-5);

● yanğın təhlükəsizlik siqnalını qəsdən işə salmaq;

● nizamı pozan davranışa təkrar yol vermək və ya ciddi şəkildə nizamı pozan davranışa yol vermək (qəsdən başqasına xəsarət yetirərsə S 4-5);

● şəxsə ünvanlanmış cinsi, irqi və ya digər məzmunlu təhqiramiz, qeyri-etik ifadələrdən istifadə etmək (S 4-5);

● başqalarına qarşı qeyri-etik şəkildə davranmaq;

● qarşı açıq-aşkar hörmətsizlik etmək (S 4-5);

● başqasının əşyasını və ya məktəb əmlakını oğurlamaq (S 4-5);

● başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq (S 4-5);

● tütün məmulatlarını (elektron siqaret daxil olmaqla) məktəbə gətirmək və ya istifadə etmək;

● hər hansı təhlükəli əşyanı məktəbə gətirmək (S 4-5);

● əsl silahla imitasiya edən hər hansı əşyanı məktəbə gətirmək;

● təhdidedici davranış nümayiş etdirmək;

● zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq (S 4-5);

● fiziki, cinsi, verbal, mənəvi və kiber qısnama (S 4-5);

● şagird yoldaşları və böyüklər haqqında şəxsi məlumatların məxfiliyinə xələl gətirmək;

● qeyri-etik, təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq (S 4-5);

● məxfilik hüquqları və məktəb nüfuzu ilə bağlı qaydaları pozmaq;

● qeyri-etik fiziki təmas;

● başqasının nüfuzuna və rifahına xələl gətirmək məqsədilə qəsdən yalan danışmaq;

● imtahanın şəffaflığına ciddi şəkildə xələl gətirmək;

● məktəb sənədlərini və məlumatlarını dəyişdirmək və ya saxtalaşdırmaq (S 4-5);

● təyin edilən intizam tədbirinin tələblərini yerinə yetirməmək və buna cidd-cəhdlə etiraz etmək.

Aşağıdakı qayda pozuntuları birbaşa 5-ci səviyyə hesab olunur: Çox ağır davranış pozuntuları

● Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmətsizlik etmək;

● qəsdən ciddi fiziki zərərə səbəb olan zorakılıq etmək;

● cinsi zorakılıq etmək;      

● təhlükəsizlik qaydalarını ciddi xəsarət və ya ölümə səbəb ola biləcək şəkildə pozmaq;

● ekskursiya zamanı nəqliyyatın təhlükəsizliyini riskə atan davranış nümayiş etdirmək;

● başqalarının əşyalarına və ya məktəb əmlakına qəsdən ziyan vurmaq;

qanunsuz dərman vasitələri və əşyaları ümumi təhsil müəssisəsinə gətirmək, istifadə etmək və ya satmaq;

● məxfilik hüquqlarını ciddi şəkildə pozmaq; məktəbin, eyni zamanda digər şagirdlərin və böyüklərin nüfuzuna ciddi şəkildə xələl gətirmək;

● ümumi təhsil müəssisəsinə silah və ya ciddi təhlükə yaradan digər qadağan olunmuş əşyalar gətirmək;

● akademik nəticələri saxtalaşdırmaq, habelə bu məqsədlə məktəb heyətinin üzv və ya üzvlərinə pul, hədiyyə, xidmət və ya hər hansı digər maddi nemət təklif etmək (şagird və ya onun ailəsi tərəfindən);

● qeyri-etik, ağır təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq.

    Ümumi təhsil müəssisəsinin idarəetmə heyətindən şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarının tətbiqi, intizam tədbirlərinin həyata keçirilməsi və zəruri qeydiyyatın aparılması tələb olunur. Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən verilmiş qərarlar Azərbaycan Respublikası qanunlarına zidd olmamalıdır. Bütün ümumi təhsil müəssisələri Nizam-İntizam Şurası (NİŞ) yaratmalıdır. NİŞ adətən məktəb rəhbərliyi, təhsilverənlər (sinif rəhbəri, fənn müəllimləri, psixoloqlar və s.) və ən azı bir valideyn daxil olmaqla 5-7 nəfərdən ibarət olur. Direktor şuranı aşağıdakı hallarda toplayır:

● qayda pozuntusunun səviyyəsini müəyyən etmək və/ və ya müvafiq intizam tədbirinin tətbiqi zərurəti yarandıqda

●valideyn\qanuni nümayəndə övladı barədə verilmiş intizam tədbiri qərarına rəsmi şəkildə etiraz etdikdə

● məktəbdaxili nizam-intizam qayda və prosedurlarını yenidən nəzərdən keçirməyə ehtiyac olduqda

 

1.  Yüngül səviyyəli qayda pozuntuları zamanı

intizam tədbirləri

● “Müəllim baxışı” / qeyri-verbal ünsiyyət

● Şagirdlə söhbət ” - onların davranışının niyə qəbuledilməz hesab olunduğu və nə üçün təkmilləşdirməyə ehtiyac olduğunu dəqiq izah etmək

Məhsul şəxslər:

Hadisənin şahidi, dərsi aparan müəllim və ya digər məsul şəxs

Qeydiyyat; məhsul şəxs - Qeydiyyat aparmağa ehtiyac yoxdur.

 

2.    Orta səviyyəli qayda pozuntuları ….və ya 1- ci səviyyəli qayda pozuntuları nın təkrarı

Intizam tədbirləri:

● 1-ci şifahi xəbərdarlıq (təklikdə deyilməsi tövsiyə olunur) - Şagirdə niyə “şifahi xəbərdarlıq” aldığı bildirilir. Davranışının niyə qəbuledilməz hesab olunduğu və nə üçün təkmilləşməyə ehtiyac olduğu aydın şəkildə izah olunur.

● 2-ci şifahi xəbərdarlıq (təklikdə deyilməsi tövsiyə olunur) - Şagirdə niyə “2-ci şifahi xəbərdarlıq ” aldığı və davranışının niyə qəbuledilməz olduğu aydın şəkildə izah olunur. Əgər davranış dəyişməzsə, o zaman şagirdin dərsdən və ya tənəffüsdən uzaqlaşdırılacağı və intizam tədbirinin tətbiq olunacağı bildirilir.

● Şagird dərsdən və ya olduğu məkandan (dəhliz, həyət və s.) uzaqlaşdırılır. Məktəb rəhbərliyinin üzvü şagirdə davranışının niyə qəbuledilməz olduğunu izah edir. Şagird səhvini anladıqda dərsə qayıda bilər. Əks təqdirdə, şagird dərsin qalan hissəsini məsul şəxsin nəzarəti altında təyin olunmuş xüsusi otaqda keçirir.

● Valideyn/qanuni nümayəndə ilə telefonla əlaqə saxlanılır və ya dərs gününün sonuna görüş təyin olunur. Valideynlə/qanuni nümayəndə ilə görüşün detalları Sinif Davranış Jurnalında qeyd olunur.

● Şagird bir dəfə dərsdən sonra “Məktəbdə saxlanılır”

● Şagird bir neçə dəfə dərsdən sonra “Məktəbdə saxlanılır”.

● Müəllim və ya məktəb rəhbərliyinin üzvü ilə görüş (2-ci səviyyə davranış pozuntusunda valideynin/qanuni nümayəndənin iştirakı tələb olunmur.)

 

Məhsul şəxslər:

Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs Məktəb rəhbərliyinin üzvü

 

Qeydiyyat; məhsul şəxs :

Sinif avranış urnalında hadisənin qeydiyyatı aparılır adisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs Şagirdin dərsdən və ya olduğu məkandan uzaqlaşdırıldığı bütün hallarda valideyn/qanuni nümayəndə ilə telefon əlaqəsi saxlanılır və ya görüş təyin olunur. Bütün detalların qeydiyyatı inif avranış urnalında aparılır sinif rəhbəri Dərsdən sonra məktəbdə saxlanılmanın qeydiyyatı məktəb rəhbərliyi

3.    Ciddi qayda pozuntuları . və ya 1- ci və 2-ci səviyyə qayda pozuntuları təkrarı:

 

İntizam tədbirləri:

Şagird dərsdən və ya olduğu məkandan (dəhliz, həyət və s.) uzaqlaşdırılır. Məktəb rəhbərliyinin üzvü şagirdə davranışının niyə qəbuledilməz olduğunu izah edir. Şagird səhvini anladıqda dərsə qayıda bilər. Əks təqdirdə, şagird dərsin qalan hissəsini məsul şəxsin nəzarəti altında təyin olunmuş xüsusi otaqda keçirir.

● Şagird dəstək üçün psixoloqa yönləndirilir. (NİŞ-in və ya direktorun qərarı ilə)

● Sarı Xəbərdarlıq məktubu (şagirdin şəxsi işində saxlanılır, UTİS-də qeyd edilir)

● Şagird bir neçə dəfə dərsdən sonra “Məktəbdə saxlanılır”.

● Müəllim, valideyn/qanuni nümayəndə və məktəb rəhbərliyinin üzvü ilə görüş

 

 

Məhsul şəxslər:

Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs Məktəb rəhbərliyinin üzvü Məktəb psixoloqu (direktorun qərarı ilə) Valideyn /qanuni nümayəndə NİŞ(direktorun qərarı ilə)

 

Qeydiyyat; məhsul şəxs:

Sinif davranış jurnalında hadisənin qeydiyyatı aparılır hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs Dərsdən sonra məktəbdə saxlanılmanın qeydiyyatı məktəb rəhbərliyi Psixoloqun şagirdlə apardığı işin qeydiyyatı psixoloq Sarı Xəbərdarlıq məktubu şagirdin şəxsi işində saxlanılır və UTİS-də qeyd edilir məktəb rəhbərliyi Görüşün protokolları məktəb rəhbərliyi

4.    Ağır qayda pozuntuları və ya 1-ci, 2-ci və 3-cü səviyyələrin təkrarı:

5.     

İntizam tədbirləri:

● Şagird dərsdən və ya olduğu məkandan (dəhliz, həyət və s.) uzaqlaşdırılır. Məktəb rəhbərliyinin üzvü şagirdə davranışının niyə qəbuledilməz olduğunu izah edir. Şagird səhvini anladıqda dərsə qayıda bilər. Əks təqdirdə, şagird dərsin qalan hissəsini məsul şəxsin nəzarəti altında təyin olunmuş xüsusi otaqda keçirir və ya valideyn/qanuni nümayəndə məktəbə çağ rılır və şagird evə göndərilir.

● Şagird dəstək üçün psixoloqa yönləndirilir. (NİŞ-in və ya direktorun qərarı ilə)

● Şagird bir neçə dəfə dərsdən sonra “Məktəbdə saxlanılır”.

● Narıncı Xəbərdarlıq məktubu (şagirdin şəxsi işində saxlanılır,UTİS-də qeyd edilir)

● Müəllim, valideyn/qanuni nümayəndə, məktəb rəhbərliyinin üzvü və direktorla görüş

● Məktəb daxilində dərsdən uzaqlaşdırılma

 

Məhsul şəxs:

Hadisənin şahidi və ya dərsi aparan məsul şəxs və müəllim Məktəbin rəhbərliyinin üzvü Məktəb psixoloqu (direktorun qərarı ilə) Məktəbin direktoru Valideyn/ qanuni nümayəndə NİŞ(direktorun qərarı ilə) Yerli İcra hakimiyyəti yanında YYÇİ və hüquq müdafiəsi üzrə komissiya prosesə cəlb olunur (məktəb direktorunun qərarı ilə) Ərazi üzrə YYÇİ baxımsızlığının profilaktikası üzrə polis əməkdaşı prosesə cəlb olunur. (məktəb direktorunun müraciəti ilə)

 

Qeydiyyat; məhsul şəxs:

Sinif avranış urnalında hadisənin qeydiyyatı aparılır adisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs Dərsdən sonra məktəbdə saxlanılmanın qeydiyyatı məktəb rəhbərliyi Psixoloqun şagirdlə apardığı işin qeydiyyatı psixoloq Narıncı Xəbərdarlıq məktubu şagirdin şəxsi işində saxlanılır, UTİS-də qeyd edilir məktəb direktoru Görüşün protokolları məktəb rəhbərliyi

3          Çox ağır qayda pozuntuları və ya 1- ci, 2-ci, 3-cü və ya 4-cü səviyyələrin təkrarı:

 

İntizam tədbirləri:

● Şagird dərsdən və ya olduğu məkandan (dəhliz, həyət və s.) uzaqlaşdırılır. Məktəb idarəetmə heyətinin üzvü şagirdə davranışının niyə qəbuledilməz olduğunu izah edir. Şagird səhvini anladıqda dərsə qayıda bilər. Əks təqdirdə, şagird dərsin qalan hissəsini məsul şəxsin nəzarəti altında təyin olunmuş xüsusi otaqda keçirir və ya valideyn/qanuni nümayəndə məktəbə çağ rılır və şagird evə göndərilir.

● Şagird dəstək üçün psixoloqa yönləndirilir. (NİŞ-in və ya direktorun qərarı ilə)

● Şagird bir neçə dəfə dərsdən sonra “Məktəbdə saxlanılır”.

● Qırmızı Xəbərdarlıq məktubu (şagirdin şəxsi işində saxlanılır və UTİS-də qeyd edilir)

● Müəllim, valideyn/qanuni nümayəndə, idarəetmə heyəti üzvü və direktorla görüş

● Məktəb daxilində dərsdən uzaqlaşdırılma 5-ci səviyyə üçün müəyyən olunmuş yekun intizam tədbirləri aşağıdakılardır:

● Sinifdə qalmaq (davamiyyət və/və ya akademik göstəriciləri çox aşağı olduqda)

● Məktəbin dəyişdirilməsi

● Məktəbdən xaric etmə

● Şagird haqqında YYÇİ (Yetkinlik aşına Çatmayanlarla İş ) və hüquq müdafiəsi üzrə komissiyaya (və ya yerli Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla prof laktik işlərin təşkili şöbəsinin inspektorlarına) üzrə məlumat verilməsi

 

Məhsul şəxs:

Hadisənin şahidi və ya dərsi aparan məsul şəxs və müəllim Məktəb rəhbərliyinin üzvü Məktəb psixoloqu (direktorun qərarı ilə) Məktəbin direktoru Valideyn/qanuni nümayəndə NİŞ (direktorun qərarı ilə) Yerli cra hakimiyyəti yanında YYÇİ və hüquq müdafiəsi üzrə komissiya prosesə cəlb olunur (məktəb direktorunun qərarı ilə) Ərazi üzrə YYÇ baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə polis əməkdaşı prosesə cəlb olunur (məktəb direktorunun müraciəti ilə)

 

Qeydiyyat: məhsul şəxs:

Sinif avranış urnalında hadisənin qeydiyyatı aparılır hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs Dərsdən sonra məktəbdə saxlanılmanın qeydiyyatı məktəb rəhbərliyi Psixoloqun şagirdlə apardığı işin qeydiyyatı psixoloq Qırmızı Xəbərdarlıq məktubu şagirdin şəxsi işində saxlanılır və UTİS-də qeyd edilir məktəb direktoru) Görüşün protokolları məktəb rəhbərliyi

 

Qeyd: Sarı xəbərdarlıq məktubu ilk yazılı xəbərdarlıqdır və 3-cü səviyyə qayda pozuntularında tətbiq edilə bilər. Narıncı xəbərdarlıq məktubu sarı xəbərdarlıq məktubundan sonra nisbətən ağır intizam tədbiri hesab edilir və 4-cü və daha yüksək səviyyəli qayda pozuntularında tətbiq edilə bilər. Qırmızı xəbərdarlıq məktubu isə daha ağır intizam tədbiridir və 5-ci səviyyəli qayda pozuntularında tətbiq edilə bilər.

Davamiyyət və məktəbli formasının tənzimlənməsi Ümumi təhsil müəssisələrindən aşağıda qeyd olunan məsələlərlə bağlı daxili prosedurların (intizam tədbirləri, xatırlatma məktubları və qeydiyyatın aparılması) müəyyənləşdirilməsi tələb olunur:

● punktuallıq və davamiyyət

● məktəbli forması və xarici görünüş

Bu sahələri əhatə edən qaydaların tətbiqi və müvafiq qeydiyyatın aparılması icbaridir. Məktəbli forması və xarici görünüşlə bağlı qayda pozuntularının 3-cü səviyyəni keçməsinə yol verilməməlidir.

Direktorun qərarı ilə yerli icra hakimiyyətinin müvafiq nümayəndəsi prosesə cəlb oluna bilər. Bu hissə nümunəvi davranış meyarları ilə yanaşı rəğbətləndirmə tədbirlərini müəyyən edir. Bütün ümumtəhsil məktəblərinin bu hissədə yazılan təlimatlara əməl etməsi məcburidir. Şagirdlər nümunəvi davranışa görə rəğbətləndirilirlər. Nümunəvi davranış 3 meyara (Nizam-intizam, Sosial məsuliyyətlilik və Akademik nailiyyət) əsasən dəyərləndirilir. Hər alt meyar üçün 1 yaşıl kart nəzərdə tutulur.

 

Meyarların təsviri aşağıdakı cədvəldə öz əksini tapır:

 

Nümunəvi davranışlar

   meyar

Alt meyar

Nümunələr (bunlarla məhdudlaşmır)

 

 

 

 

1. Nizam-intizam

1.1 Şagird davranış qaydalarına riayət

Yarımil ərzində 2, 3, 4 və 5 - ci səviyyəli heç bir qayda pozuntusu etməmək

1.2. Davamiyyət və punktuallıq

Yarımil üzrə 96%-dən yüksək davamiyyət göstərmək, məktəbə və dərslərə vaxtında gəlmək

1.3 Milli dəyərlərə hörmət

Vətənpərvərlik keyfiyyətləri ilə yoldaşlarına nümunə olmaq

 

2.1 Nümunəvi əxlaqi davranış

Dürüst və vicdanlı olmaq, xeyirxahlıq etmək, ehtiyac olduqda özündən böyüklərə və kiçiklərə kömək etmək

2.3 İctimai-sosial tədbirlərdə fəal iştirak

Sosial məsuliyyətlə bağlı proqram və layihələrdə iştirak etmək (ətraf-mühitin mühafizəsi, fiziki və əqli qüsurlu insanlara yardım və s.);

 

2. Sosial məsuliyyət

2.4 Liderlik bacarıqları, innovativlik və təşəbbüskarlıq

Sosial məsuliyyət layihələri ilə bağlı təşəbbüs irəli sürmək, şagirdlərdə müsbət sosial davranışların, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması fonunda çağırışlar və təqdimatlar etmək, tədbirlər təşkil etmək, görüşlər keçirmək;

 

Məktəb icmasının üzləşdiyi problemlərlə bağlı yaradıcı və innovativ həll yolları təklif etmək

 

 

 

 

3. Akademik və sosial fəaliyyətlər

 

3.1 Yarımillik və illik qiymətləndirmə nəticələri

 

Fənlər üzrə yarımillik və ya illik ümumi ortalama nəticəsi

75 baldan yüksək toplamaq

 

3.2 Yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə, həmçinin məktəbdaxili yarış və müsabiqələrdə iştirak

 

Fənn müsabiqə və olimpiadalarında, layihə əsaslı müsabiqələrdə, məktəbdaxili intellektual yarışlarda nailiyyətlər qazanmaq

 

3.3 Sinifdənxaric və məktəbdənkənar tədbirlərdə fəal iştirak

 

Məktəbdə və məktəbdənkənar həyata keçirilən tədbirlərdə fəal iştirak etmək, idman, layihə, sərgi, sosial tipli müsabiqə və yarışlarda nailiyyətlər qazanmaq

 

  Şagirdə yaşıl kart müvafiq şəxslərin (sinif rəhbəri, fənn müəllimi, UBTR və s.) təqdimatı əsasında Nizam İntizam Şurasının qərarı ilə verilir və Sinif Davranış jurnalında qeydiyyatı aparılır.

Qeyd: Şagird yaşıl kart aldıqdan sonra:

● sarı xəbərdarlıq məktubu alarsa, 1 yaşıl kartı ləğv olunur.

● narıncı xəbərdarlıq məktubu alarsa, 2 yaşıl kartı ləğv olunur.

● qırmızı xəbərdarlıq məktubu alarsa, 2 yaşıl kartı ləğv olunur.

Hər yarımilin sonunda yaşıl kartların sayına uyğun olaraq şagirdlər tərifnamə, təşəkkürnamə və fəxri fərman ilə təltif olunur.

● 3 yaşıl kart - tərifnamə Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə, onun tərifnamə alması üçün yaşıl kartlarının sayı ən azı 5 olmalıdır. Şagirdə qırmızı xəbərdarlıq məktubu verilibsə ən azı 8 yaşıl kartı olmalıdır.

● 5 yaşıl kart - təşəkkürnamə Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə onun təşəkkürnamə alması üçün yaşıl kartların sayı ən azı 8 olmalıdır. Şagirdin cari yarımildə qırmızı xəbərdarlıq məktubu varsa, ona təşəkkürnamə verilə bilməz.

● 8 yaşıl kart - fəxri fərman Şagirdə cari yarımil ərzində narıncı və ya qırmızı xəbərdarlıq məktubu verilibsə, ona fəxri fərman verilə bilməz.

Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir.

Qeyd: 1. Məktəb yuxarıda qeyd olunanlardan əlavə rəğbətləndirmə tədbirləri tətbiq edə bilər.

2.    Məktəb müəyyən hallarda şagirdi birbaşa olaraq fəxri fərmanla təltif edə bilər. ( Nümunə: Yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər və s.

Dərs günü: tam məktəb günü, ilk dərsdən və ya fəaliyyətdən son dərsə və ya fəaliyyətədək olan müddət

Dərsdən sonra məktəbdə saxlanılma - 2, 3, 4 və 5-ci səviyyə davranış pozuntuları üçün nəzərdə tutulan intizam tədbiri. Şagirdin öz davranışını yazılı şəkildə təhlil etməsi üçün dərsdən sonra sinif mühitində məsul şəxsin nəzarəti altında saxlanılmasını nəzərdə tutur; Dərsdən sonra məktəbdə saxlanılma proseduru bu sənədə əlavə olunan köməkçi sənədlərdə öz əksini tapır.

Dərsdən sonra məktəbdə saxlanılmanın qeydiyyatı - Şagirdin dərsdən sonra məktəbdə saxlanılmasına qərar verilərsə, məsul şəxs “Dərsdən Sonra Məktəbdə Saxlanılma Forması nda müvafiq qeydiyyat aparmalıdır. Bura hadisənin detalları, tarixi, iştirakçıları, şagirdin məktəbdə saxlanılma səbəbi kimi qeydlər daxildir. Bu forma məktəb rəhbərliyinə verilir. Məktəb rəhbərliyi şagirdin saxlanılma müddətində yazdığı Etiraf və Üzrxahlıq məktubları da daxil olmaqla sənədləşmə apararaq “Dərsdən sonra məktəbdə saxlanılma qeydiyyatı” qovluğunu yaradır. Dərsdən sonra saxlanılan şagirdin təqdim etdiyi hər hansı yazılı qeyd qovluğa əlavə olunmalıdır.

Müəyyən olunmuş vaxt: məktəbə gəlmək və məktəbi tərk etmək ilə bağlı məktəb tərəfindən müəyyən edilmiş vaxt; dərsdən sonra əlavə dərslər, dərnəklər və s. kimi fəaliyyətlərdən asılı olaraq təyin olunmuş vaxt sinifdən-sinfə, şagirddən şagirdə dəyişə bilər.

Öyrənmə üçün davranış: Şagirdin uğurlu öyrənməsinə müsbət təsir göstərə biləcək davranış və vərdişləri müəyyənləşdirən modeldir.

Sağlamlıq imkanları məhdudluğundan irəli gələn xüsusi ehtiyaclar: Şagirdin öyrənmə, ünsiyyət qurma, sosiallaşma və hərəki bacarıqlarına maneə yaradan tibbi diaqnozla təsdiqlənmiş ehtiyaclar. Məsələn, disleksiya, diskalkuliya, autistik spektr pozğunluğu, diqqət çatışmazlığı pozğunluğu, diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu

Sinif nizam-intizam jurnalı: hər bir sinif üçün sinif rəhbəri tərəfindən yaradılan davranış haqqında qeydiyyat jurnalıdır. Məktəbin işçi heyətinin hər hansı bir üzvü jurnalda qeydiyyat apara bilər. Jurnalda baş verən hadisənin detalları (tarix, məkan, davranış, hadisədə iştirak edən şəxslər) və intizam tədbirləri barədə məlumat qeyd olunur.

 Təlim məkanı: Sinif otağından başqa dərslərin keçirildiyi və öyrənmənin baş verdiyi digər məkanlar; məsələn, fənn kabinet və laboratoriyaları, idman zalı, kitabxana, kompüter otağı, həmçinin müəyyən fəaliyyətlər üçün dəhliz və oyun meydançası

 Üzrlü səbəbdən dərs buraxmaq: Valideyn/qanuni nümayəndə tərəfindən yazılmış izahata və ya tibbi arayışa əsasən xəstəlik, yaxın qohumunu itirmə, hər hansı xüsusi hal və s. səbəbindən şagirdin dərsdə iştirak etməməsi. Şagirdin buraxdığı dərs saatlarının üzrlü hesab edilməsi üçün məktəblərin müvafiq prosedurlar tərtib etmək səlahiyyəti var; valideyn və şagirdlər bu prosedurlara riayət etməlidirlər.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?