İdarəetmə / Direktor / Metodika / Ümumi

Summativ qiymətləndirmə

  • Admin
  • 21-apr-2024, 14:52
  • 1 Baxış



                                    Summativ qiymətləndirmə

    Summativ qiymətləndirmə standart və ya standartlar qrupuna əsasən, müəyyən edilmiş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını aydınlaşdırır. Summativ qiymətləndirmələr, əsasən, aşağıdakı sualların cavablandırılmasına xidmət edir Şagird mövzu, hər hansı bir bölmədə əhatə olunan təlim materiallarını mənimsəmişdirmi?

- Öyrəndiklərini tətbiq edə bilirmi?

Daha irəli getmək üçün lazımi potensialı varmı?

    Summativ qiymətləndirmə mövzu, bəhs və bölmənin, həmçinin yarımillərin sonunda keçirilir. Bölmənin sonunda və daxilində keçirilən summativ qiymətləndirmə kiçik summativ qiymətləndirmə (KSQ), yarımillərin sonunda keçirilən summativ qiymətləndirmə isə böyük summativ qiymətləndirmə (BSQ) adlandırılır.

"Qayda da kiçik və böyük summativ qiymətləndirmələrdə nəticələrin maksimum 100 bal ilə ifadə olunması konkret göstərilmişdir Formal sənədləşmədə istifadə edilmək və valideynlərə aydın olmaq üçün bu ballar aşağıda verilmiş cədvələ uyğun olaraq, "2","3","4", "5" qiymətlərinə uyğunlaşdırılır Bütün hallarda hər dəfə əvvəlcə ballar hesablanır, sonda isə qiymətə ("2", "3", "4" "5") çevrilərək sinif jurnalına və "Məktəbli kitabçası'na yazılır. Məsələn, şagirdin nəticələri birinci yarımılda "59 bal" va "3" ikinci yarımildə 65 bal" və "4"-dürsə, onun illik nəticəsini tapmaq üçün əvvəlcə, balların ədədi ortası tapılır, sonra qiymətə çevrilir. Yəni illik nəticə 62 bal" ((59+65) 2=62) və "4" qiymət müəyyən edilir Balların qiymətlərə çevrilməsi bu cədvələ uyğun aparılır.

          Bal aralığı

                                     

 

Qiymət

             0-30                                             

2(qeyri-kafi)

            30-60                                              

3(kafi)

            60-80                                             

4(yaxşı)

           80-100                                              

5(əla)

 

   Balların qiymətlərə uyğunlaşdırılmasında anlaşılmazlıqlar, əsasən, 30; 60; 80 balla əlaqədar ola bilər. Belə olan hallarda 30 bal-"2"; 60 bal-"3"; 80 bal-"4" kimi nəzərə alınır. Tam hissəsi 30; 60; 80 olan balların vergüldən sonrakı rəqəmlərindən hər hansı biri sıfırdan fərqli olarsa, onda növbəti qiymət hesab edilir.

Məsələn

30.1 30,00254 və s. kimi ballar -"3",

-60,001, 60,03 və s. kimi ballar-"4"

-80,2 80,006 və s kimi ballar "5" qiymətinə uyğundur.

Digər bir anlaşılmazlıq yarada biləcək məqam KSQ və BSQ nəticələrinin sinif jurnalına yazılması qaydası ilə bağlıdır. Nəzərinizə çatdırırıq ki, kiçik və böyük summativ qiymətlər, həmçinin yarımillik və illik nəticələr sinif jurnalında iki sütunda yazılır - soldan birinci sütunda ballar (məsələn, 19, 35, 62, 95 və s), ikinci sütunda isə qiymətlər ("2", "3", "4", "5") yazılır.

 

     Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün üzrlü səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı nəticələr yazılan 2 xana diagonalla iki hissəyə ayrılır. Xanaların hər ikisinin surətində "q"(qaib) yazılır, məxrəcləri isə boş saxlanılır. Müəllim növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək həmin şagirdlə kiçık summativ qiymətləndirmə aparır Təkrar kıçık summativ qiymətləndirmədə iştirak etməyən şagirdin jurnalda yarıya bölünmuş və surətlərində "q" yazılmış xanaların hər ikisinin məxrəcində də "q" yazılır və bu yarımillik balların hesablanmasında nəzərə alınmır.

     Kiçik summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısında "0" bal, qiymət yazılan xanada "q" yazılır və yanmillik ballann hesablanmasında nəzərə alınır.

     Böyük summativ qiymətləndirmənin keçinldiyi gün üzrsüz səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısında "0" bal və qiymət yazılan xanada "q" yazılır və yarımillik balların hesablanmasında nəzərə alınır.

    1-ci və 2-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik, bədbəxt və fövqəladə hadisə və s) iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı nəticələr yazılan 2 xana diaqonalla iki hissəyə ayrılır. Xanaların hər ikisinin surətində "q"(qaib) yazılır, məxrəcləri isə boş saxlanılır. Müvafiq summativ qiymətləndirmə günündən sonra növbəti 2 (iki) həftə müddətində onun üçün böyük summativ qiymətləndirmə təşkil edilir. Qeyd olunan müddətdə şagird takrar böyük summativ qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə böyük summativ qiymətləndirmə üzrə balı "0" qəbul olunur və sinif jurnalında adının qarşısında boş saxlanmış iki xananın məxrəclərində bal yazılan xanada "0" bal və qiymət yazılan xanada "q" yazılır və yarımillik balların hesablanmasında nəzərə alınır.

    "Qayda'da xüsusi diqqət yetirilən məqamlardan biri də qiymətləndirmədə şagirdlərin yaş xüsusiyyəllərinin nəzərə alınması və onların psixoloji durumlannın kənar təsirlərdən qorunmasıdır Bu baxımdan "Qayda'da birinci siniflərdə summativ qiymətləndirmələrin aparılması nəzərdə tutulmamışdır Eyni zamanda II və III siniflərində böyük summativ qiymətləndirmələrin keçirilməməsi və BSQ-lərin sayının xeyli azalması da hənin məqsədə xidmət edir.

    Şagirdlərin bu və ya digər təhsil səviyyəsini hansı nəticələrlə başa vurması barədə aydın təsəvvürün yaranması məqsədilə IV. IX. XI siniflərdə bütün fənlərdən böyük summativ qiymətləndirmələrin keçirilməsi nəzərdə tutulmuşdur.

     "Qayda da hər fənn üzrə kiçik summativ qiymətləndirmənin yarımildə ən azı 3. an çoxu 6 dəfə olmaqla, dərs vaxtında, bir dərs saatında (45 dəqiqə) keçirilməsi nəzərdə tutulur Kiçik summativ qiymətlandırmaların sayı və tarixi har bir fənn müəllimi tərəfindən təqvim planı hazırlanarkən müəyyənləşdirilir və yarımın birinci həftəsi ərzində dərsdə şagirdlərə şifahi olaraq elan edilir.

     Ümumilikdə böyük summativ qiymətləndirmələrın sayı xeyli azaldılmışdır Har sinifdə fənlər üzrə keçiriləcək summativ  qiymətləndirmələri aşağıdakı kimi ümumiləşdirmək olar.

  

   Qeyd: Umumtəhsil məktəblərinin V-VIII siniflərində və tam orta təhsil səviyyəsinin təmayülləşına tətbiq olunmayan X sinfində uyğun təhsil səviyyələri üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

    Kiçik summativ qiymətləndirmədə qiymətləndirmə materiallarının hazırlanması, qiymətləndirmənin keçirilməsi və yoxlarıması, materialların saxlanılması, qiymətləndirmənin nəticələrinin, yarımillik və illik nəticələrin hesablanaraq vaxtında sinif jurnalına və "Məktəbli kitabçasına yazılması fənn müəllimi tərəfindən həyata keçirilir.

   "Qayda'da BSQ-lərin təşkilinin forması və vaxtı da konkret olaraq göstərilmişdir. Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq, hər bir fənn üzrə BSQ ibtidai təhsil səviyyəsində 45 dəqiqə, digər təhsil səviyyələrində isə 45-90 dəqiqə olmaqla keçirilməsi nəzərdə tutulur. BSQ-lərin nəticələri ümumi təhsil müəssisəsinin fəaliyyətinin təhlilində, strategiyaların müəyyənləşdirilməsində mühüm rol oynadığı üçün aşağıdakıların həyata keçirilməsi məqsədə müvafiqdir.

1.    Ümumi təhsil müəssisəsinin Metodik şurasının altbölmələri tərəfindən qiymətləndirmə vasitələrinin kollegial formada hazırlanması, müvafiq fənn uzrə test ve tapşırıqlar bankının yaradılması, mütemadi olaraq yenilənməsi və zənginləşdirilməsi,

2.    Umumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yarımillərin əvvəlinda BSQ-lerin keçinlməsi üçün işçi cədvəlinin hazırlanması və BSQ-lərin keçirilməsi ərəfəsində cədvəldə real vəziyyətə uyğun olaraq müvafiq düzəlişlərin edilməsi.

3. Cədvəl hazırlanarkən mövcud reallıqların, o cümlədən siniflərin, fənn müəllimlərinin nəzarətçilərin, BSQ-lər üçün nəzərdə tutulmuş günlərin sayının, ümumi təhsil müəssisəsinin maddi-tədris bazasının imkanlarının nəzərə alınması;

4. BSQ-lərin təşkili ilə bağlı qəbul edilmiş qərarların mövcud qaydalara zidd olmaması, şagird sağlamlığı və təhlükəsizliyinin, qiymətləndirmə prosesində obyektivlik və şəffaflığın gözlənilməsi,

5. BSQ-larda istifadə edilmiş test və tapşırıqların təhlili, yararsız və ya səmərəsiz test və tapşırıqların təkmilləşdırılməsi.

    BSQ-lərin keçirilməsi prosesinə nəzarətçi kimi ümumi təhsil müəssisəsinin pedaqoji işçiləri könüllülər, tələbələr və digər səriştəli şəxslər, qiymətləndirmə vasitələnnin hazırlanması və qiymətləndirilməsinə isə imkan daxilində qiymətləndirmə aparılan sinifda ders deməyən müəllimlər cəlb edilə bilər Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yazı işlərinin şifrələnərək yoxlama komissiyasına təqdim edilməsi faydalı olardı. BSQ-lərin təşkili, qiymətləndirmə vasitələrinin hazırlanması, nəzarətçilərin seçilməsi qiymətləndirmə komissiyasının yaradılması və onlarla işin təşkili, ballar və qiymətlər yazılansiyahının (protokolun) tərtib edilməsi və jurnala yazılması üçün fənn müəlliminə verilməsi Ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən həyata keçirilir.

     BSQ nəticələrinin (balların və qiymətlərin) sinif jurnallarına köçürülməsi, yarımillik və lik qiymətlərin hesablanaraq vaxtında sinif jurnalına yazılması fənn müəllimi tərəfindən həyata keçirilir.

 

    Protokolların (ballar və qiymətlər yazılan siyahının) umumi təhsil müəssisəsinin direktoru tərəfindən möhürlə təsdiq edilməsi, həmin protokolların ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən qovluqda saxlanılması və qovluqda siniflərin sayı qədər faylın olması, her faylın üzərində sinfin göstərilməsi məqsədəuyğundur. Ümumi təhsil müəssisəsinin rəhbərləri xüsusilə direktor müavinləri BSQ-lərin jurnala düzgün köçürülməsinə nəzarət etməlidirlər.

 

Qiymətləndirmə vasitələrinin hazırlanması

   Qiymətləndirmə vasitələn 4 çətinlik dərəcəsi üzrə hazırlanır və iki əsas sualı əhatə edir.

     Mən nəyi qiymətləndirməliyəm (obyekt məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)? Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?

   1-ci səviyyə çətinlik dərəcəsi ən aşağı, 4-cü səviyyə isə çətinlik dərəcəsi ən yüksəkdir 1-ci çətinlik dərəcəsi və 2-ci çətinlik dərəcəsi əksər şagirdlər, 3-cü çətinlik dərəcəsi və xüsusilə 4-cu çətinlik dərəcəsi isə daha hazırlıqlı şagirdlər üçün nəzərdə tutulur. Summativ qiymətləndirmə üzrə materiallar hazırlanarkən səviyyələr üzrə tapşırıqların çəkisi aşağıdakı kimi muəyyənləşdirilir.

-1-ci səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 20%-ni (20 bal)

2-ci səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 30%-ni (30 bal):

3-cu səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 30%-ni (30 bal),

-4-cü səviyyə üzrə tapşırıqlar bütun tapşırıqların 20%-ni (20 bal)

     Ötən illərin təcrübəsi göstərir ki, qiymətləndirmə vasitələri hazırlanarkən əksər hallarda ancaq qapalı testlərdən istifadə edilməklə bir neçə fənn üzrə bir sual kitabçasının hazırlanması və onların BSQ-sinin eyni vaxtda keçirilməsi təcrubəsindən istifadə olunurdu Lakin har fənn üzrə BSQ-nin ayrılıqda keçirilməsi daha faydalıdır. Belə ki, əgər idman zalında bir neçə sinif üçün eyni zamanda BSQ təşkil edilirsə, bu halda həmin siniflərin hər birinde yalnız bir fanden BSQ keçirilməsi məsləhətdir. Masalan, X^-da kimya, X-de fizika. X-da tarix fənnindən eyni məkanda və eyni zamanda BSQ təşkil oluna biler.

   KSQ-lərin qiymətləndirmə vasitələri fənn müəllimi tərəfindən hazırlanır. Bu baxından ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən fann müəllimləri ilə müvafiq işlərin aparılması (treninqlərin təşkil edilməsi, müvafiq ədəbiyyatların tapılması və s.) tövsiyə olunur. Summativ qiymətləndirmə vasitələri hazırlanarkən çətinlik dərəcəsinə diqqət yetirilməlidir. Summativ qiymətləndirmə zamanı müəllim məqsədəuyğun olaraq müxtəlif üsullardan istifadə edə bilər. Summativ qiymətləndirmədə müxtəlif vasitələrdən istifadə oluna bilər esse (inşa), ifade, test (qapalı və açıq), situativ tapşırıqlar, çalışma, yaradıcılıq və əl işləri, layihə və s. Bu metodlardan ən çox istifadə olunan test üsulu sayılır. Bir tərəfdən bu üsulun seçilməsi onun daha qısa müddətdə və standartlaşdırılmış formada şagird nailiyyətinin qiymətləndirilməsini təmin etmə imkanları var. Lakin digər tərəfdən onun bir sıra nöqsanları da mövcuddur. Onun vasitəsilə tənqidi, yaradıcı təfəkkürün, şifahi və yazılı nitq qabiliyyətinin inkişafı ilə bağlı bacarıqların yoxlanılması kifayət qədər dəqiq olmur. Bu baxımdan summativ qiymətləndirmə vasitələri hazırlanarkən həm açıq həm də qapalı suallardan istifadə olunması məqsədəmüvafiqdir. Burada vacib suallardan biri açıq sualın qapalı sualdan fərqləndirilməsidir. Qapalı sualda yalnız bir cavabın, açıq sualda isə müəyyən şərhlərin əlavə məlumatların olması nəzərdə tutulur. Həm qapalı, həm də açıq sualların çətinlik dərəcəsi fərqli ola bilər. Eyni zamanda tapşırığın mürəkkəblik səviyyəsi müəyyən amillərdən asılı ola bilar fənnin məzmunundan və xüsusiyyətindən, materialın mürəkkəbliyindan, ölçülən bacarıq və vərdişlərdən, təfəkkürün formalarından və s.

     Sualların mürəkkəblik dərəcəsi aşağıdakı diferensiallaşmış meyarlar üzrə müəyyənləşdirilə bilər:

A) 1-ci çətinlik dərəcəsinə asan tapşınqlar aiddir. Burada tədris müddətində alınmış məlumatın yada salınmasını tələb edən faktoloji materialı əks etdirən suallar, terminlərlə bağlı biliklərin üzə çıxarılması ilə əlaqədar suallar, hazır nümunələr və alqoritmlər əsasında məsələlərin həlli nəzərdə tutulur.

   Bu səviyyə üçün neçə tapşırıq nəzərdə tutulmasından asılı olmayaraq, onların hər birinə verilən maksimal ballanın cəmi 20 olmalıdır,

B) 2-ci çətinlik dərəcəsinə asana yaxın orta səviyyəli sual və tapşınqlar aiddir. Burada bir neçə termindən istifadəni tələb edən suallar, mənimsənilmiş material əsasında apanian Ümumiləşdirməni əks etdirən suallar, müəyyən hadisə və qanunauyğunluqların qəbulu və onlar arasında səbəb nəticə əlaqələrinin müəyyənləşdinlməsi (izahatvermə bacarığı) ilə bağlı suallar, təhlil, məntiqi düşünmə, məntiqi nəticəçıxarma qabiliyyəti əsas ideya və əlamətlərini uzəçıxarma qabiliyyəti ilə bağlı suallar, dəyişilmiş situasiyalarda məsələlərin həlledilmə qabiliyyəti ilə bağlı suallar nəzərdə tutulur.

   Bu səviyyə üçün neçə tapşırıq nəzərdə tutulmasından asılı olmayaraq, onların her birinə verilen maksimal balların cami 30 olmalıdır.

C) 3-cü çətinlik dərəcəsinə çətinə yaxın orta səviyyəli sual va tapşırıqlar aiddir. Burada çoxlu sayda terminlərdən istifadəni tələb edən suallar, mənimsənilmiş material əsasında apanlan ümumiləşdımanı əks etdirən suallar, müəyyən hadisə və qanunauyğunluqlarını qəbulu ve onlar arasında səbəb nəticə əlaqələrinin müəyyənləşdirilməsi (izahatvermə bacarığı) ile bağlı suallar, təhlil, mentiqi düşünına, məntiqi nəticə çıxarma qabiliyyəti, osas deya və əlamətlərin üzə çıxarma qabiliyyəti ilə bağlı suallar, dəyişilmiş situasiyalarda məsələlərın həll edilmə qabiliyyəti ilə bağlı suallar nəzərdə tutulur.

  Bu səviyya üçün neçə tapşırıq nəzərdə tutulmasından asılı olmayaraq, onların har birinə verilen maksimal balların cəmi 30 olmalıdır,

D) 4-cü çətinlik dərəcəsinə çətin sual və tapşırıqlar aiddir. Burada mürəkkəb terminlərdən istifadə müəyyən hadisə və qanunauyğunluqlara izahatvermə qabiliyyatı, bir-birilə bilavasitə əlaqəsi olmayan cisim və hadisələr arasındakı səbəb nəticə alaqəsini başa düşmək, proqnozlaşdırma qabiliyyəti yaradıcı təfəkkürə əsaslanaraq bilikların yeni konteksde istifadəsi, müxtəlif vəziyyətlərdə əldə edilmiş biliklaın yaradıcı şəkildə tətbiqi ve yeni, orjinal üsullarla məsələ həlletmə, təqdim olunmuş problem xarakterli malumata əsasan sual va problem idarəetmə bacarığı, yeni situasiyada hesablamalan aparma qabiliyyati tələb edan tapşırıqlar nəzərdə tutulur.

      Bu səviyyə üçün neçə tapşırıq nəzərdə tutulmasindan asılı olmayaraq, onların hər birinə verilən maksimal balların cəmi 20 olmalıdır.

    Tapşırıqların sayı və onlara verilən maksimal ballarla bağlı bir neçə nümunəyə baxaq. I Nümunə: Tapşırıqların ümumi sayı 20-dir və onlar səviyyələr üzrə aşağıdakı kimi paylanmışdır:

-1-ci səviyyənin tapşırıqlarının sayı - 8,

-2-ci səviyyənin tapşırıqlarının sayı 6,

-3-cü səviyyənin tapşırıqlarının sayı - 4;

4-cü səviyyənin tapşırıqlarının sayı - 2

Bu halda səviyyələr üzrə hər tapşırığa verilən balları aşağıdakı kimi müəyyənləşdirmək olar:

-1-ci səviyyənin hər tapşırığına verilən bal - 2 bal+ 2 bal+2 bal + 2 bal + 3 bal + 3 bal +3 bal+ 3 bal = 20 bal.

2-ci səviyyənin hər tapşırığına verilən bal-5 bal+ 5 bal+5 bal+ 5 bal + 5 bal +5 bal = 30 bal,

-3-cü səviyyənin hər tapşırığına verilen bal-7 bal+ 7 bal+ 8 bal+8 bal = 30 bal

-4-cü səviyyənin hər tapşırığına verilən bal - 10 bal 10 bal 20 bal

 

Il Nümunə: Tapşırıqların ümumi sayı 10-dur və onların sayı səviyyələr üzrə aşağıdakı kimi paylanmışdır:

-1-ci səviyyənırı tapşırıqlarının sayı -4;

-2-ci səviyyənin tapşırıqlarının sayı 3;

-3-cü səviyyənin tapşırıqlarının sayı -2;

4-cü səviyyənin tapşırıqlarının sayı - 1.

O zaman səviyyələr üzrə hər tapşırığa verilən ballan aşağıdakı kimi müəyyənləşdirmək olar :

-1-ci səviyyənin hər tapşınğına verilən bal-5 bal + 5 bal+ 5 bal+ 5 bal = 20 bal

-2-ci səviyyənin hər tapşırığına verilən bal-10 bal+ 10 bal+ 10 bal 30 bal,

3-cü səviyyənin hər tapşırığına verilən bal 15 bal+ 15 bal = 30 bal

-4-cü səviyyənin hər tapşınğına verilen bal - 20 bal

     Bu nümunələrdə hər tapşırığa verilən bal bir yanaşmanın nəticəsidir. Her çətin səviyyəyə keçdikcə tapşırıqların sayının azalması və hər tapşırığa verilən balin artması məntiqə uyğun haldır. Burada bir məqam da qeyd olunmalıdır ki, summativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi bir tapşırıq (esse (inşa), məsələ və s.) da ola biler KSQ və BSQ-lərdə açıq tipli suallar və ya yazı işləri təqdim olunduğu halda. qiymətləndirmə günündən xeyli övvəl sualların qiymətləndirma meyarları şagirdlərə təqdim edilməli və onlarla razılaşdınımalıdır. Məsələn, qiymətləndirmə prosesində şagirdlər esse (inşa) yazacaqlarsa, onun hansı meyarlar (məzmun cəhətdən verilən mövzuya uyğunluğu, ədəbi dilin orfoqrafiya qaydalarına və durğu işarələrindən düzgün istifadə etmə qaydalarına riayət edilmə, yazının strukturu, funksional üslublardan düzgün istifadə və s) və ballar üzrə qiymətləndirilməsi şagirdlərə məlumat kimi verilməlidir.

     Pandemiya dövründə tədris prosesində yaranmış fasilələr nəticəsində şagirdlərin bilik və bacarıqlarında aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə KSQ və BSQ-lərdə əvvəlki siniflərdə müəyyənləşdirilmiş məzmun standartları əsasında qiymətləndirmə nümunələrindən də istifadə edilməsi tövsiyə olunur.

     Şagirdlərin qiymətləndirilməsinə dair sənədlər (qiymətləndirmə vasitələri) 1 (bir) il müddətinə ümumi təhsil müəssisəsində saxlanılır. Öyrətmə və öyrənmənin keyfiyyətini yüksəltmək üçün qiymətləndirmənin qarşısına qoyulan məqsədə nail olunması baxımından qiymətləndirmə vasitələrinin keyfiyyətli tərtib edilmesi vacib şərtlərdəndir Bu baxımdan ümumi təhsil müəssisəsinin rəhbərliyi qiymətləndirmə vasitələrinin hazırlanmasına ciddi əhəmiyyət vermalı, onu öyrətmənin təməli kimi qəbul etməlidir. Nəticələrin təhlili qiymətləndirmələrin keçirilməsi vacibdir, lakin onların nəticələrinin peşəkar təhlili və müvafiq tədbirlərin müəyyənləşdirilməsi daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan ümumi təhsil müəssisəsinin rəhbərliyinin ən ümdə işi hər yarımilin sonunda BSQ-lərin nəticələrinin ayrılmış xüsusi qrup tərəfindən detallı təhlil edilməsi, BSQ-lərin KSQ-lərlə müqayisəli təhlil olunması, narahatlıq yaradan məqamların səbəblərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üçün real yolların tapılması, sağlam rəqabət mühiti yaratmaqla kollektivi səfərbər edərək nəticələrin yaxşılaşdırılmasından ibarət olmalıdır.

 

Məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması

Məlumdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması istiqamətində tədbirlər çərçivəsində seçilmiş ümumi təhsil müəssisələrində pilot layihə həyata keçirilmişdir.  Layihənın təşkil olunduğu ümumi təhsil müəssisələri eyni zamanda maddi-texniικι bazası (IKT vasitələri internet və s.) imkan verən digər ümumi təhsil müəssisələri də maktabdaxili qiymətləndirməni rəqəmsal formada təşkil edə bilərlər.

 

 

 

Siniflər

KSQ keçirilən fənnlər

BSQ keçirilən fənnlər

Qeyd

 

0

0

 

ⅠⅠ

Bütün fənnlər üzrə keçirilir

0

 

Bütün fənnlər üzrə keçirilir

0

 

  

Bütün fənnlər üzrə keçirilir

Bütün fənnlər üzrə keçirilir

 

 

Bütün fənnlər üzrə keçirilir

Ümumi orta təhsil səviyyəsi

Lisey və gimnaziyalarda əlavə olaraq

 

 

 üçün nəzərdə tutulmuş

müəssisənin pedaqoji şurasının qərarı

 

 

Buraxılış imtahanı fənnləri üzrə

ilə müəyyənləşdirilmiş maksimum

 

 

 

 3 fənn üzrə BSQ keçirilir.

Bütün fənnlər üzrə keçirilir

Ümumi orta təhsil səviyyəsi

Lisey və gimnaziyalarda əlavə olaraq

 

 

 üçün nəzərdə tutulmuş

müəssisənin pedaqoji  şurasının qərarı

 

 

Buraxılış imtahanı fənnləri üzrə

 ilə müəyyənləşdirilmiş maksimum

 

 

 

3 fənn üzrə BSQ keçirilir.

 

Bütün fənnlər üzrə keçirilir

Ümumi orta təhsil səviyyəsi üçün nəzərdə

Lisey və gimnaziyalarda əlavə olaraq

 

 

tutulmuş Buraxılış imtahanı fənnləri üzrə

müəssisənin pedaqoji  şurasının qərarı

 

 

 

 ilə müəyyənləşdirilmiş maksimum

 

 

 

3 fənn üzrə BSQ keçirilir.

Bütün fənnlər üzrə keçirilir

Ümumi orta təhsil səviyyəsi

Lisey və gimnaziyalarda əlavə olaraq

 

 

 üçün nəzərdə tutulmuş

müəssisənin pedaqoji  şurasının qərarı

 

 

Buraxılış imtahanı fənnləri üzrə

 ilə müəyyənləşdirilmiş maksimum

 

 

 

3 fənn üzrə BSQ keçirilir.

Bütün fənnlər üzrə keçirilir

Bütün fənnlər üzrə keçirilir

 

 

Bütün fənnlər üzrə keçirilir

Tam orta təhsil səviyyəsi

1.Ümumtəhsil məktəblərinin təmayülləşmə 

 

 

 üçün nəzərdə tutulmuş

tətbiq edilən siniflərində əlavə olaraq

 

 

Buraxılış imtahanı fənnləri üzrə

 müəssiənin pedaqoji şurasının qərarı ilə

 

 

 

 müəyyənləşdirilmiş maksimum 3 təmayül

 

 

 

 fənni üzrə BSQ keçirir

 

 

 

2.Lisey və gimnaziyalarda əlavə olaraq

 

 

 

müəssisənin pedaqoji şurasının qərarı ilə

 

 

 

maksimum 3 təmayül fənni üzrə BSQ keçirir

Bütün fənnlər üzrə keçirilir

Bütün fənnlər üzrə keçirilir

 

 




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?