İdarəetmə / Direktor / Metodika / Ümumi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı suallar və onların cavabları

  • Admin
  • 24-apr-2024, 22:41
  • 227 Baxış



Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı suallar və onların cavabları

 

1.Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?

-  Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

 

2.Müəllimlərin işə qəbulu üzrə müsabiqədə hazırda müəllim olaraq fəaliyyət göstərən şəxslər iştirak edə bilərmi?

-  Son 3 il ərzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunaraq hazırda müəllim kimi faəliyyət göstərən şəxslər istisna olmaqla, hazırda çalışan digər müəllimlər müsabiqədə iştirak hüququna malikdirlər.

3.Müsabiqənin test imtahanı mərhələsində namizədlərə nə qədər vaxt verilib?

-  Əvvəlki illərdən fərqli olaraq test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 90 dəqiqə deyil, 120 dəqiqə vaxt ayrılacaq.

4.Müsabiqənin test imtahanı mərhələsində namizədlərin bilik və bacarıqları necə qiymətləndiriləcək?

-  Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

5.Yeni qaydalara uyğun olaraq imtahan suallarının sayında hər hansı bir dəyişiklik olubmu?

-  Xeyr. Əvvəlki illərdə olduğu kimi, cari ildə də test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcək.

6.Test imtahanı mərhələsində səhv cavablandırılan suallar düzgün cavaba təsir göstərəcəkmi?

-  Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.

7.Cari müsabiqənin test imtahanı mərhələsi üzrə minimum tələb (keçid balı) necə müəyyənləşdiriləcək?

-  Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) müəyyənləşdiriləcək.

8.Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində çalışan müəllimlərə hər hansı bir üstünlük veriləcəkmi?

Bəli. Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha artıq müdətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq.

9.Müsabiqə ərzində şəhid ailələrinin üzvlərinə hər hansı bir güzəşt nəzərdə tutulubmu?

-  Bəli. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

10.Namizədin şəhid ailəsi üzvü olduğu necə müəyyənləşdiriləcək?

-  Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək.

11.Müsabiqə üzrə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul necə həyata keçiriləcək?

-  Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.

12.Müsabiqənin əsas turundan sonra keçiriləcəkturlarda müddətsiz müqavilə əsasında işə qəbul həyata keçiriləcəkmi?

-  Xeyr. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

 

 

 

Müəllimlərin iş yerinin dəyişdirilməsi

 

1.Müsabiqə ərzində şəhid ailələrinin üzvlərinə hər hansı bir güzəşt nəzərdə tutulubmu?

-  Bəli. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailəsi üzvlərinə veriləcək. Əlavə olaraq, əvvəlki illərdə olduğu kimi, cari ildə müsabiqə üzrə şəhid ailəsinin üzvü olan namizədlərin balı 1,1 artım əmsalına vurularaq hesablanacaq.

2.Müsabiqə üzrə artım əmsalı yalnız şəhid ailəsi üzvlərinə tətbiq olunacaq?

Xeyr. Ötənilki qaydalara uyğun olaraq növbəti tədris ili üzrə keçiriləcək müsabiqədə aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanacaq:

-  Əri və ya arvadı hərbçi olan namizədlərin topladıqları bal 1,1 artım əmsalı ilə;

-  İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalı ilə.

 

3.Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi necə həyata keçiriləcək?

-  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yerdəyişmə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçiriləcək.

4.Yuxarıda qeyd olunan qayda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hazırda müəllim olaraq çalışan şəxslərə də aiddirmi?

-  Xeyr. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ölkə üzrə istənilən vakant yerə yerdəyişmə etmək imkanına malik olacaqlar.

5.Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

6.Müsabiqə hansı mərhələlərdən ibarətdir?

Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

7.Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər

8. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə hazırda müəllim olaraq fəaliyyət göstərən şəxslər iştirak edə bilərmi?

Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

9. Orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri müsabiqədə iştirak edə bilərmi?

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan (cari tədris ili üzrə təhsilini tamamlamış) sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nömrəsi” bölməsinə “Arayış” sözü yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaqdır.

10. 3 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasında çalışan və hazırda analıq məzuniyyətində olan şəxslər müsabiqədə iştirak edə bilərmi?

Bəli.

11. Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

Müsabiqədə iştirak etmək istəyən namizədlər elektron sənəq qəbulu üçün elan edilən vaxtda miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

12.. Miq.edu.az saytından qeydiyyatdan keçərkən xüsusi diqqət yetirmək lazımdır:

Qeydiyyat zamanı aktiv əlaqə nömrəsi və elektron poçt ünvanını qeyd etməyiniz, həmçinin şəxsi kabinetə təyin etdiyiniz şifrəni unutmamaq tövsiyə olunur.

13.. Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?

Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

14. Test imtahanı necə təşkil olunur?

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.

15.. Müəllimlərin işə qəbulu zamanı namizədlər neçə vakant yer seçə bilirlər?

Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

16.. Müsabiqənin test imtahanı mərhələsində namizədlərə nə qədər vaxt verilir?

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.

17. Müsabiqənin test imtahanı mərhələsində namizədlərin bilik və bacarıqları necə qiymətləndiriləcək?

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

18. Test imtahanı mərhələsində səhv cavablandırılan suallar düzgün cavaba təsir göstərəcəkmi?

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

19.. Müsabiqənin test imtahanı mərhələsi üzrə minimum tələb (keçid balı) necə müəyyənləşdiriləcək?

Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) müəyyənləşdiriləcək.

20. Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində çalışan müəllimlərə hər hansı bir üstünlük veriləcəkmi?

   Bəli. Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha artıq müddətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq. Namizəd qeyd olunan kateqoriyadan hər hansı birinə aiddirsə, qeydiyyatdan keçərkən elektron ərizəsində həmin məlumatları müvafiq xanaya düzgün şəkildə daxil etməyi vacibdir, əks halda əmsal tətbiq olunmayacaq.

21. Müsabiqə ərzində şəhid ailələrinin üzvlərinə hər hansı bir güzəşt nəzərdə tutulubmu?

Bəli. Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

22.. Namizədin şəhid ailəsi üzvü olduğu necə müəyyənləşdiriləcək?

Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək. Şəhid ailəsinin üzvü olan şəxs qeydiyyatdan keçərkən tələb olunan sənədləri - şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənədin və ya vəsiqənin surətini, həmçinin şəhid ailəsinin üzvü olduğunu təsdiq edən doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamənin surətini vahid bir faylda toplayaraq pdf variantda müvafiq xanaya yükləməlidir.

23.. Müsabiqə üzrə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul necə həyata keçiriləcək?

Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.

24.. Müsabiqənin əsas turundan sonra keçiriləcək turlarda müddətsiz müqavilə əsasında işə qəbul həyata keçiriləcəkmi?

Xeyr. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

25.. Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?

Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

26.. Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

27. Namizədin topladığı balın növbəti işə qəbul müsabiqələrində rolu varmı?

Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir.

28. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata keçirilir?

Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

29. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı?

Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən formalaşdırılan apellyasiya komissiyası tərəfindən baxılacaq.

30. Əvvəlki ildə olduğu kimi, cari ildə də müsabiqənin test imtahanı regionlarda təşkil olunacaqdır?

Cari tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin regionlarda təşkili nəzərdə tutulmuşdur.

31. Cari ildə keçirilən yerdəyişmə müsabiqəsində iştirak edərək uğur qazanan şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərmi?

Xeyr. 2023-2024-cü tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunmayacaq.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?