İdarəetmə / Direktor / Metodika / Ümumi

Pedaqoji fəaliyyətlə məşğul olma qaydası

  • Admin
  • 25-apr-2024, 22:17
  • 169 Baxış



Pedaqoji fəaliyyətlə məşğul olma  QAYDASI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın tələbləri Qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

 

2. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslər

2.1. Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

2.2. Bu Qaydanın 3.2-ci bəndi nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

2.3. Qanunun 36-1.2-ci maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

2.3.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;

2.3.2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

2.3.3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

2.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;

2.3.5. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər. 

2.4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

 

3. Pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ixtisas tələbləri

3.1. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilərlər.

3.2. Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

3.3. Bu Qaydanın 4.2-ci bəndinin birinci cümləsinə uyğun olaraq müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən işə qəbul olunmuş pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.

 

4. Yekun müddəalar

4.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 6.2-ci bəndinə əsasən, kənd rayonlarında yerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatikariyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.

4.2. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır. Müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.

 

 

 

Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu

 

Sıra №-si

İxtisasların (proqramların) adı

İxtisasın uyğun gəldiyi ümumtəhsil fənni

1

2

3

1.

Filologiya (dil və ədəbiyyat göstərilməklə)*

dil və ədəbiyyat

2.

Tarix*

tarix

3.

Coğrafiya*

coğrafiya

4.

Riyaziyyat*

riyaziyyat

5.

Kimya mühəndisliyi

kimya

6.

Biologiya*

biologiya

7.

Tətbiqi biologiya**

biologiya

8.

Kimya*

kimya

9.

Tətbiqi kimya**

kimya

10.

Mexanika

fizika

11.

Fizika*

fizika

12.

Tətbiqi fizika**

fizika

13.

Tətbiqi riyaziyyat**

informatika

14.

İnformatika**

informatika

15.

Kompüter elmləri

informatika

16.

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi**

informatika

17.

Kompüter mühəndisliyi

informatika

18.

İnformasiya təhlükəsizliyi

informatika

19.

Texniki sistemlərdə idarəetmə və informatika**

informatika

20.

Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı**

informatika

21.

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi**

informatika

22.

Hesablama maşınları kompleksləri, sistemləri və şəbəkələri**

informatika

23.

İnformasiya emalının və idarəetmənin avtomatlaşdırılmış sistemləri**

informatika

24.

Avtomatlaşdırılmış layihə sistemləri**

informatika

25.

Hesablama texnikasının və avtomatik sistemlərin proqram təminatı**

informatika

26.

İnformasiya texnologiyaları

informatika

27.

Sistem mühəndisliyi**

informatika

28.

Bədən tərbiyəsi və idmanda reabilitasiya

fiziki tərbiyə

29.

Bədən tərbiyəsi və idman**

fiziki tərbiyə

30.

Məşqçi (idman növü üzrə)**

fiziki tərbiyə

31.

İnstrumental ifaçılıq**

musiqi

32.

İnstrumental ifaçılıq (sahələr üzrə)

musiqi

33.

Solo oxuma**

musiqi

34.

Dirijorluq**

musiqi

35.

Dirijorluq (sahələr üzrə)

musiqi

36.

Bəstəkarlıq

musiqi

37.

Musiqişünaslıq

musiqi

38.

Estrada sənəti**

musiqi

39.

Xalq çalğı alətləri ifaçılığı**

musiqi

40.

Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri**

musiqi

41.

Vokal sənəti (sahələr üzrə)

musiqi

42.

Populyar musiqi və caz ifaçılığı

(sahələr üzrə)

musiqi

43.

Xor dirijoru**

musiqi

44.

İnstrumental ifaçılığı, orkestr alətləri, Azərbaycan xalq çalğı alətləri**

musiqi

45.

Dekorativ sənət**

təsviri incəsənət

46.

Dekorativ-tətbiqi sənət (sahələr üzrə)

təsviri incəsənət

47.

Dekorativ-tətbiqi incəsənət və xalq sənəti (sahələr üzrə)**

təsviri incəsənət

48.

Rəngkarlıq

təsviri incəsənət

49.

Qrafika

təsviri incəsənət

50.

Monumental-dekorativ sənət**

təsviri incəsənət

51.

Kompozisiya**

təsviri incəsənət

52.

Rəssamlıq**

təsviri incəsənət

53.

Dizayn**

təsviri incəsənət

54.

Dizayn (sahələr üzrə)

təsviri incəsənət

55.

Dizayner-rəssam**

təsviri incəsənət

56.

Heykəltəraşlıq

təsviri incəsənət

57.

Xalçaçı-rəssam**

təsviri incəsənət

58.

Modelyer-rəssam**

təsviri incəsənət

59.

Memarlıq

təsviri incəsənət

 

* 2010/2011-ci tədris ilinədək bu ixtisaslar üzrə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunanlar pedaqoji təhsilə malik olan şəxslər hesab edilirlər.

** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” qüvvəyə minənədək mütəxəssis hazırlığı aparılmış ixtisaslar (proqramlar) nəzərdə tutulur.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?