İdarəetmə / Direktor / Metodika / Ümumi

Çalışmanın yaş həddinə çatmış dövlət ümumi tehsil müəssisələrinin müəllimləri ilə əmək münasibətlərinin tənzimlənməsi barədə qərar

  • Admin
  • 28-apr-2024, 22:57
  • 132 Baxış



Çalışmanın yaş həddinə çatmış dövlət ümumi tehsil müəssisələrinin müəllimləri ilə əmək münasibətlərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.10.2018-ci il tarixli F-716 nömrəli əmri ilə təsdiq edilmişdir

 

    "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 17 may 2011- ci il tarixli 127-IVQD nömrəli Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi və dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış İşçilerla əmək münasibətlərinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi və optimallaşdınıması məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasname nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

1. Təhsil Nazirliyinin "Qanunun elan edilməsi və icrası barədə 15:07 2011-ci il tarixli 1404 nömrəli əmrinin 4-cü hissəsi və "Çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli emek müqaviləsinin bağlanılması prosedurları barədə 02.04 2018-ci il tarixli F-223 nömrəli emri qüvvədən düşmüş hesab edilsin.

2. Dövlət ümumi təhsil müəssisələrində tədris il arzində çalışmanın yaş həddine çatacaq müəllimlər ilə razılıqları əsasında həmin tədris ilinin sonunadak müddətli emak müqaviləsi bağlanılsın və tədris ilinin sonunda yaranacaq vakansiya yeni tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində elan edilsin.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) va regional təhsil İdarələrinin müdirləri çalışmanın yaş həddinə çatan müəllimlər ilə müəssisə rəhbəri tərəfindən yeni tədris ilində müddətli əmək müqaviləsinin bağlanılması barədə qərar qəbul edilərkən aşağıdakı prosedurlara riayət edilməsinə nəzarəti təmin etsinlər.

3.1 çalışmanın yaş həddinə çatan müəllimlər ilə yeni tədris ilindən vakansiya elan edilmədən müddətli əmək müqaviləsinin bağlanılmasına yalnız aşağıda qeyd olunan hər iki şərtin eyni zamanda ödənildiyinin təmin olunmasına

3.1.1 müəssisədə fənn üzrə orta dərs yükünün 18 saatdan az olmaması

3.1.2 yaş həddinə çatan muellimin qiymətləndirmə nəticəsinin minimum 70% olması

3.2 2, 3 və 4-cü siniflərdə tədris aparan ibtidal sinif müəllimləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin tədris ilinin sonunadək uzadılmasına;

3.3 müəllimlərin işə qəbulu müsabiqəsindən elan olunan vakansiya tutulmadıqda yaş həddinə çatan müəllim ile müddətli əmək müqaviləsinin bağlanılmasına

4. Nazirliyə labe ümumi təhsil müəssisələrinin rəhbərləri çalışmanın yaş həddinə çatas müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi zamanı Nazirliklə razılaşdırmaqla bu emrin 3-cü hissəsinin tələblərinə riayət etsin.

5. Insan resursları şöbəsi (E Bağırov) dövlat umumi təhsil müəssisələrində çalışmanı yaş həddinə çatmış müəllimlərlə əmək münasibətlərinin tənzimlənması zamanı bu amil tələblərinə riayət olunmasına nəzarəti həyata keçirsin

6. Informasiya və vətəndaşlara xidmət şöbəsi (R. Xanlarov) bu əmrin aidiyyeti struktu bölmələrə və icraçılara çatdırılmasını lemin elsin

7. Əmrin icrasına nəzarət nazir moavini Muxtar Məmmədova həvalə edilsin.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?