İdarəetmə / Direktor / Metodika / Ümumi

Regional Təhsil İdarəsinin Nümunəvi ӘSASNAMӘSİ

  • Admin
  • 13-may-2024, 21:04
  • 89 Baxış



RegionalTəhsilİdarəsininNümunəvi ӘSASNAMӘSİ

I.  Ümumi müddəalar

 

 

 

1.1.              Regional Təhsil İdarəsi (bundan sonra - idarə) Azərbaycan Respublikası Prezidentinin2014-cüil24iyultarixli664nömrəliSərəncamınaəsasənyaradılmışdırvəTəhsil Nazirliyinin strukturuna daxil olan qurumdur.

1.2.              İdarə öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra- Nazirlik) normativ hüquqi aktlarını, Azərbaycan Respublikası təhsil nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3.              İdarə səlahiyyətləri daxilində bu Əsasnamədə nəzərdə tutulan vəzifələri yerinə yetirərkən və hüquqları həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, qeyri- hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyət göstərir.

1.4.              İdarənin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsindən və ya qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.5.              İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6.              İdarənin Əsasnaməsi, strukturu, ştat cədvəli və xərclər smetası Nazirlik tərəfindən təsdiq edilir.

 

II.  İdarəninfəaliyyətistiqamətləri

 

2.1.   İdarəninfəaliyyətistiqamətləriaşağıdakılardır:

2.1.1.      təhsilsahəsi  üzrə  dövlətsiyasətinin                 formalaşdırılmasında                     həyata keçirilməsində iştirak edir;

2.1.2.      tabeliyindəolan məktəbəqədər,ümumi,məktəbdənkənar təhsilmüəssisələrində (bundan sonra – təhsil müəssisləri) təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarət edir;

2.1.3.   regionüzrəicbariümumiortatəhsilinhəyatakeçirilməsinənəzarətitəminedir;

2.1.4.      vətəndaşların        təhsil    almalarıilə                 bağlı            konstitusiya   hüquqlarını                 qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq üçün tədbirlər görür;

2.1.5.      təhsilmüəssisələrinətədris-metodikirəhbərliyihəyatakeçirir;

2.1.6.      təhsilmüəssisələrininfəaliyyətiniəlaqələndirir;

2.1.7.      təhsil innovasiyalarının və texnologiyalarının, qabaqcıl pedaqoji təcrübələrin və idarəetmə üsullarının təhsil müəssisələrində tətbiqini təmin edir;

2.1.8.      səlahiyyətləriçərçivəsindəregiondatəhsilsahəsindəmaarifləndirməişinihəyata

 

keçirir;


 

 

2.1.9.      qanunvericilikləmüəyyənedilmişdigəristiqamətlərdəfəaliyyətgöstərir.

 

 

III.   İdarəninvəzifələri

 

 

3.1.       İdarəfəaliyyətistiqamətlərinəuyğunolaraqaşağıdakıvəzifələriyerinəyetirir:

3.1.1.      təhsil sahəsi üzrə dövlət proqramlarının və strategiyaların icrasını səlahiyyətləri daxilində həyata keçirmək;

3.1.2.      təhsilmüəssisələrininfəaliyyətiniəlaqələndirilməsiişinitəşkiletməkvətəhsil müəssisələrinə tədris-metodik rəhbərliyi həyat keçirmək;

3.1.3.      təhsilmüəssisəsindəmetodikvəpsixolojixidmətlərintəşkilinənəzarətetmək, metodik şuraların fəaliyyətini əlaqələndirmək;

3.1.4.      təhsilmüəssisələritərəfindənqabaqcıltəhsiltexnologiyalarınınvəinnovativ idarəetmə üsullarının tətbiqi üçün tədbirlər görmək;

3.1.5.      təhsilmüəssisələrindətəlim-tədrisprosesininkeyfiyyətinə,təhsilindövlətstandartlarına uyğun təşkilinə nəzarət etmək;

3.1.6.      təhsilmüəssisələrindədaxilikeyfiyyəttəminatısistemininyaradılmasınavəfəaliyyətinə nəzarət etmək;

 

3.1.7.      təhsil müəssisələrində məktəb sənədlərinin aparılması və saxlanması qaydalarına riayət olunmasına nəzarət etmək;

3.1.8.      uşaqların hüquq və maraqlarını müdafiə etmək, məktəbyaşlı uşaqların icbari ümumiortatəhsiləcəlbolunmasınanəzarətetmək,maraqlıtərəflərləbirgəbusahədəfəaliyyəti təşkil etmək;

3.1.9.      sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanlarını nəzərə almaqla onların müvafiq formada təhsil almalarını təşkil etmək;

3.1.10.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”yə uyğunolaraqrayon,şəhərpsixoloji-tibbi-pedaqojikomissiyalarınıyaratmaq,onlarınfəaliyyətini müvafiq qaydalara uyğun təşkil etmək və fəaliyyətinə nəzarət etmək;

3.1.11.     evdəvəfərditəhsilintəşkiliüçünmüvafiqtədbirlərihəyata keçirmək;

3.1.12.     ümumi təhsil müəssisələrində xüsusi istedada malik şagirdlərin istedadının aşkaredilməsinə,inkişafına,habeləonlarınmüxtəlifsəviyyəlimüsabiqələrdə, olimpiadalardavəyarışlardaiştirakınaəlverişlişəraityaratmaqüçüntədbirlərgörmək;

3.1.13.     regionüzrəməktəbəqədərvəməktəbyaşlıuşaqlarınmənəvivəfizikiinkişafının, onların müxtəlif yaradıcılıq tələbatının təmin edilməsi üçün tədbirlər görmək;

3.1.14.     şagirdlərinzərərlivərdişlərdənqorunması,onlararasındasağlamhəyattərzinin təbliği istiqamətində maarifləndirmə tədbirləri görmək;

3.1.15.     Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün hazırlıq sinifləri və kurslarının açılmasını və onlaraana dilinin tədrisi üçünmüvafiq şəraitin yaradılmasını təmin etmək;

3.1.16.     eksternattəhsilalmaformasıüzrəimtahanlarınkeçirilməsinitəminetmək;

3.1.17.     uşaqların(şagirdlərin) təhsilmüəssisələrinəqəbuluvəyerdəyişməsiprosesinin həyata keçirilməsini təşkil etmək;

3.1.18.     region üzrə qəyyumluq və himayə orqanları ilə əməkdaşlıq etmək və onlara metodiki köməklik göstərmək;

3.1.19.     özəlvəbələdiyyəümumitəhsilmüəssisələrinəmetodikiköməkgöstərmək;

3.1.20.     ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işinin təşkilinə nəzarət etmək;

3.1.21.     təhsil müəssisələrində psixoloji, iaşə və tibb xidmətlərinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə, sağlam, təhlükəsiz öyrənmə mühitini təmin edilməsinə nəzarət etmək;

 

3.1.22.     təhsilalanları dövlət təminatında olan təhsil müəssisələrinin təlim vasitələri ilə, ərzaq, yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə təmin edilməsi üçün zəruri tədbirlər görmək;

3.1.23.     təhsilmüəssisələrindəpedaqojikadrlaraolantələbatımüəyyən etmək;

3.1.24.     təhsilverənlərin peşəkarlıqsəviyyəsinin yüksəldilməsiüçüntədbirlər görmək və təhsilverənlərin fəaliyyətini monitorinq etmək;

3.1.25.     təhsilin məzmunu, qiymətləndirilməsi və idarəolunması, təlim strategiyaları və metodikalarının keyfiyyətcə yaxşılaşdırılması sahəsində təhsil müəssisələri tərəfindən tətbiq edilən yenilikləri, qabaqcıl pedaqoji təcrübələri və innovativ idarəetmə üsullarını öyrənmək;

3.1.26.     təhsil müəssisələrində siniflər üzrə şagird sıxlığı normalarına əməl edilməsinə, dərs bölgüsünün düzgün aparılmasına, dərsdənkənar və dərnək məşğələlərinin düzgün təşkilinə nəzarəti təmin etmək;

3.1.27.     qüvvədə olan normativ hüquqisənədlərin tələblərinə riayət etməklə tabeliyində olan təhsil müəssisələrində əlavə siniflərin və qrupların açılmasını təşkil etmək;

3.1.28.     təhsil müəssisələrinin dərsliklər, dərs vəsaitləri, tədris-metodik, informasiya- kommunikasiyatexnologiyalarıvədigərtexnikivasitələrlətəminolunmasıüçünzəruritədbirlər görmək;

3.1.29.     təhsil müəssisələrinin təsərrüfat mallarına olan tələbatını, təmir və tikinti ehtiyaclarını müəyyən etmək və onun qarşılanması üçün müvafiq tədbirlər görmək;

3.1.30.     təhsil müəssisələrində təhsilin keyfiyyət səviyyəsini öyrənmək məqsədi ilə monitorinqlər keçirmək;

3.1.31.     təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasınıntələblərinəuyğuninfrastrukturunyaradılmasıvəhərbirtəhsilmüəssisəsinin təhlükəsiz internetə çıxışının təmin edilməsi üçün zəruri tədbirləri görmək;

3.1.32.     təhsil müəssisələrinin idarəetmə funksiyalarının Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi vasitəsi ilə icrasının təmin edilməsinə nəzarət etmək;

3.1.33.     “Rəsmi statistika haqqında” “Büdcə sistemi haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada statistik və maliyyə hesabatlarını hazırlayaraq təqdim etmək;

3.1.34.     daxilolanmüraciətlərəAzərbaycanRespublikasının“Vətəndaşlarınmüraciətləri haqqında”,“İnzibatiicraathaqqında”və“İnformasiyaəldəetməkhaqqında”qanunlarınauyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

 

3.1.35.     idarə üzrə mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun təşkilini həyata keçirmək;

3.1.36.     idarəninvətəhsilmüəssisələrininbalansındaolandövlətəmlakınamünasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsihaqqında”AzərbaycanRespublikasıPrezidentinin2007-ciil6iyuntarixli586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirmək;

3.1.37.     idarə və təhsil müəssisələri tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsində qanunvericiliyin tələblərinə riayət olunmasına, əmək müqaviləsi üzrə elektronbildirişlərinbirişgünüərzindəelektroninformasiyasistemindəqeydiyyataalınmasına nəzarəti təmin etmək;

3.1.38.     özfəaliyyətibarədəictimaiyyəti“İnformasiyaəldəetməkhaqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırmaq;

3.1.39.     idarəyə ayrılan dövlət vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.40.     dövlətvəkommersiyasirrinin,habeləməxfilikrejimininqorunmasıüçüntədbirlər görmək;

3.1.41.     kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.42.     qanunvericilikdənəzərdətutulmuşdigərvəzifələrihəyatakeçirmək.

 

 

IV.  İdarəninhüquqları

 

4.1.              İdarəözvəzifələriniyerinəyetirməküçünaşağıdakıhüquqlara malikdir:

4.1.1.      fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.1.2.      dövlətorqanlarına(qurumlarına),yerliözünüidarəetmə orqanlarına,hüquqi və fiziki  şəxslərə zəruri  məlumatlar  (sənədlər)  barədə sorğu  vermək  və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.3.      idarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;

4.1.4.      təsdiq edilmiş nomenklatur çərçivəsində kadrları vəzifəyə təyin və ya vəzifədən azad etmək, onlar barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək;

 

4.1.5.      təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ehtiyaclarına uyğun onların əlavə təhsilə və ya təlimlərə cəlb olunması üçün müvafiq tədbirlər görmək;

4.1.6.       idarənin strukturuna daxil olmayan tabeliyindəkiqurumlarla bağlı Nazirliyə təkliflər vermək;

4.1.7.      təhsil müəssisələri və strukturuna daxil olmayan tabeliyində olan qurumlar üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar gəlirin sərəncamçısı olaraq səlahiyyətləri daxilində maliyyə vəsaitini “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nın tələbləri gözlənilməklə bölüşdürmək, ştat və tarifləşmə cədvəllərini təsdiq etmək, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların, eləcə də digər zəruri saxlanma xərclərininödənilməsini təmin etmək;

4.1.8.      qanunvericilikdənəzərdətutulmuşdigərhüquqlarıhəyatakeçirmək.

 

 

V.  İdarəninfəaliyyətinintəşkili

 

 

5.1.      İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarənin müdiri rəhbərlik edir.

5.2.      İdarəninmüdirionahəvaləedilmişvəzifələrinyerinəyetirilməsivəhüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.      İdarəninAzərbaycanRespublikasınıntəhsilnaziritərəfindənvəzifəyətəyinvə vəzifədən azad edilən bir müavini (müavinləri) vardır.

5.4.      İdarəninstrukturbölmərəhbərləriAzərbaycanRespublikasınıntəhsilnaziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5.      İdarəninmüdirmüavinionahəvaləedilmişvəzifələrinyerinəyetirilməsiüçün şəxsən məsuliyyət daşıyır.

5.6.      İdarəninmüdiri:

5.6.1.      İdarəninfəaliyyətinitəşkiledirvəonarəhbərliyihəyatakeçirir;

5.6.2.      İdarəninmüdirmüavinivəstrukturbölmərəhbərləriistisnaolmaqla,digərişçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.6.3.      İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcbur olan əmr, sərəncam və göstərişlər verir;

 

5.6.4.      müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində idarənin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq üçün Nazirliyə təqdim edir;

5.6.5.      idarənin xərclər smetasına uyğun olaraq ona ayrılan vəsaitin istifadəsinə dair sərəncam verir;

5.6.6.      strukturuna daxil olmayan tabeliyindəki qurumların əsasnaməsini, strukturunu, işçilərinin say həddini, əməkhaqqı fondunu və xərclər smetalarını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

5.6.7.      təhsil müəssisələrinin nizamnamələrinə dair rəy verir və təsdiq olunması üçün Nazirliyə təqdim edir, struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

5.6.8.      müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində təhsil müəssisələrinin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetalarını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

5.6.9.      təhsilmüəssisələrininrəhbərlərininqanunvericiliyəzidd olan qərarlarınıləğvedir;

5.6.10.     qanunvericiliyəuyğunolaraqdigərsəlahiyyətlərihəyatakeçirir.

 




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?