Valideyin

Uşaqlarda davranışı idarə etmə üsulu

  • Admin
  • 05-mar-2024, 10:16
  • 0 Baxış

 

DİQQƏTİ YAYINDIRMA: DAVRANIŞI İDARƏ ETMƏ ÜSULU
Diqqəti yayındırmaq problemli davranışı idarə etmək üçün sadə bir strategiyadır. Bu üsuldan aşağıdakı hallarda istifadə etmək olar:
Uşaq şıltaqlıq etməyə başlayanda
Uzun müddət sakit oturduqda
Bir əşyanı başqaları ilə bölüşmək və ya növbə gözləmək istəməyəndə
Maraqlı nəyə isə işarə etmək, sadə bir oyuna başlamaq, gülməli üz mimikaları sərgiləmək - yəqin ki, övladınızın diqqətini yayındırmaq üçün bunun kimi bir çox üsullardan istifadə etmisiniz.
Diqqəti yayındırmaq adətən işə yarayır. Beləliklə, bir sıra vəziyyətlərdə övladınızın davranışını idarə etmək üçün əla vasitədir.
TÖVSİYYƏLƏR
Diqqət yayındırmaq üçün bəzi məsləhətlər:
Uşaqlara başqa bir iş verin. Yeni bir fəaliyyət, oyuncaq və ya oyun təqdim edin, hətta uşaqlara əllərində olan oyuncaqla edə biləcəkləri yeni bir şey göstərin.
Səhnəni dəyişdirin. Uşaqları fərqli şeyləri görə biləcəkləri bir yerə yönləndirin və ya başqa bir yerə aparın
Əvvəlcədən düşünün. Əyləncəli fəaliyyətlər üçün bir neçə ideyanız olsun. Bu, uşaqlar qapalı məkanda darıxdığı zaman onları çöldə bir fəaliyyətə cəlb etmək qədər asan ola bilər.
Birlikdə mahnılar oxuyun, və ya ritm tutun. Bu, əlinizdə bir işiniz olduğu zaman (məsələn, yemək bişirmək, maşın sürmək) çox faydalıdır.
Gəzməyə çıxmısınızsa, özünüzlə ehtiyac duyduğunuz zaman istifadə edə biləcəyiniz əyləncəli oyuncaqlar və ya kitablar götürün.
Diqqəti yayındırmaq bir qədər böyük uşaqlar üçün də işə yarayır. Məsələn:
Söhbətin mövzusunu dəyişdirin.
Sadə bir oyun və ya fəaliyyət təklif edin. Məsələn, övladınız bir işi olmadığını söylədikdə, bir pazl və ya əyləncəli oyun sınamağı təklif edin.
İşlər yaxşı getmədikdə fasilə etməyi təklif edin. Məsələn, "Deyəsən rəsm çəkmək sənə darıxdırıcı gəldi, bəlkə velosiped sürəsən?”
DİQQƏTİ YAYINDIRMAQDAN NƏ VAXT İSTİFADƏ ETMƏK OLMAZ
Diqqəti yayındırmaq, övladınızın səhv bir iş görəcəyini və ya nəyəsə hirslənə biləcəyini görə bildiyiniz zaman yaxşı işə yarayır.
Diqqəti yayındırmaq o zaman kömək etməyəcək ki, övladınız:
Kimisə incidib
Özündən çıxıb (tantrum)
çox kədərlidir.
Bu kimi vəziyyətlərdə birbaşa davranışla məşğul daha məqsədəuyğundur.
Məsələn, övladınız başqa bir uşağa xəsarət yetirdisə, hər iki uşağı oyuncaqlarla və ya oyunla yayındırmaq sizə cazib görünə bilər. Ancaq bu, uşağınıza digər insanları incitməyin yaxşı olmadığını başa düşməyə kömək etmir.
Bundan əlavə, övladınızın özündən çıxdığı zamanı (tantrum) onu yayındırmağa çalışmaq onun güclü emosiyalarının və hisslərinin vacib olmadığı mesajını verə bilər. Belə halda övladınızın hisslərini başa düşərək vəziyyəti ələ almaq daha yaxşıdır.
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?