Övladlarının məktəbdə yüksək nəticə göstərməsini istəyən valideynlər diqqətli olun.
Dietoloq Məryəm Berrin Akdan zehni açan və yaddaşı gücləndirən 10 qidanın adını açıqlayıb.
Yumurta: Yumurta yaxşı protein mənbəyidir, həmçinin, yaddaşın inkişafında mühüm rol oynayır. Hər gün 1 qaynadılmış yumurta səhər yeməyində yeyilməlidir.
Balıq: Yağlı balıqlara beyinin inkişafı üçün zəruri olan omega-3 yağ turşuları daxildir. Uşaqlar həftədə iki dəfə balıqla qidalanmalıdır.
Çərəzlər: Badam, fındıq, qoz, fıstıq beyin və yaddaşın inkişafında mühüm rol oynayır.
Təmizlənməmiş taxıllar: Bulqur və yulaf kimi təmizlənməmiş taxıllar, sinir sistemini sağlamlaşdıran bol miqdarda lif və vitamin B ilə zəngindir.
Paxlalı bitkilər: Zülal mürəkkəb karbohidratlar və liflə zəngindir. Paxlalı bitkilər həftədə iki dəfə uşaqların qida rasionuna daxil edilməlidir.
Çiyələk, böyürtkən, qırmızı qarağat: Bu meyvələr A və C vitaminləri ilə zəngindir. Tədqiqatlar bu meyvələrin yaddaşı gücləndirdiyini göstərir. Bu meyvələr qəlyanaltı kimi də istifadə edilməlidir.
Rəngli tərəvəzlər: Pomidor, yerkökü, ispanaq beyin hüceyrələri üçün güc və sağlamlıq mənbəyidir.
Süd məhsulları: Süd məhsullarından ibarət qidalar D vitamini və kalsiumla zəngindir, beyinin elastikliyini təmin etməklə həm də inkişafına kömək edir.
Süd içməyən uşaqlar üçün qatıq, ayran, kefir və ya südlü desertlərə üstünlük verilə bilər.
Ət: Ətdəki dəmir, uşaqların enerji və yaddaşı üçün vacib mineraldır. Buna görə uşaqlar həftədə iki dəfə ət yeməlidir.
Zəncəfil: Zəncəfil beyinin inkişafına kömək edir. Zerdeçal, Alzheimer, Parkinson, depressif xəstəliklərdə də təsirli rol oynayır və hüceyrələrin yaşlanmasını gecikdirir.