Valideyin

Uşaqlar üçün D vitamininin faydaları

  • Admin
  • 06-mar-2024, 12:06
  • 0 Baxış
 
Araşdırmalara görə D vitamini çatışmazlığı sadəcə sümük əriməsi riskini 3 dəfə artırmır, eyni zamanda səbəbi bilinməyən sümük ağrılarına da səbəb olur. Bel ağrısından əziyyət çəkənlərin 80%-izində D vitamini çatışmazlığı vardır.
Elmi araşdırmalar D vitamini çatışmazlığının xərçəng riskini artırdığını ortaya qoyur. Yay aylarında D vitamini ehtiyacımızın 95%-ini günəşdən alırıq. Payız və qış aylarında bayırda az vaxt keçirdiyimizdən D vitamini çatışmazlığı baş verir. D vitamini çatışmazlığı sadəcə sümüklərə təsir etmir. Qandakı kalsium və fosforun normal hüdudlarda qalmasını təmin edir. Alergik xəstəliklər, xərçəng, metopolizma ilə əlaqədar narahatlıqlar və ürək xəstəliklərinin D vitamini çatışmazlığı ilə olan əlaqəsi araşdırmalarla sübut olunub. Bu səbəbdən mütləq günəş şüasının dik olmadığı zamanlarda tövsiyə olunan müddət qədər günəş altında olmağa laqeyd yanaşılmamalıdır.
Uşaqların yeniyetmələrə nisbətən D vitamini ehtiyacı daha çoxdur. Sümükləri və dişləri gücləndirən D vitamini uşaqlıq çağında yetərincə alınmazsa bu əksiklik xəstəliyə gətirib çıxara bilər.
 D vitamini çatışmazlığının qarşısını alamaq üçün aşağıdakılar tövsiyyə olunur:
1.Yay mövsümündə mümkün olduğu qədər D vitamini toplamaq;
2.Dəridə D vitamini sintez edən şüaların ən dik saatlarında düz dəriyə təmas etməsinə şərait yaratmaq;
3.Dəridən günəş şüalarını pəncərə, maşın pəncərəsi və geyimlər əngəllədiyi üçün hər gün saat 11:00 ilə 15:00 arasında 20-25 dəqiqə çöldə kremsiz üz və əllərin günəş görməsini təmin edərək keçirmək;
4.Vitamin D-nin zəngin olduğu qızılbalıq, sardalya, skumbriya, ton balığı kimi yağlı blıqlar yemək. valideyn.az 
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?