Hər kəsin Wi-Fi-dən istifadə etdiyi bir zamanda tənbəl uşaqları işlətmək üçün Wi-Fi-nin kodundan "tərbiyə" metodu kimi istifadə etmək olar.
AzTehsil.com "Brightside"a istinadla bildirir ki, bu, amerikalı valideynlərin ağlına gəlib. Belə ki, onlar hər gün Wi-Fi-nin kodunu dəyişiblər, sonra isə uşaqlarına "Əgər bu gün üçün Wi-Fi-nin kodunu bilmək istəyirsənsə, yerini yığ, evləri yığışdır, iti gəzdir kimi tapşırıqlar veriblər.
Bu halla qarşılaşan tənbəl uşaq şəkli çəkərək sosial şəbəkədə yayıb. Foto qısa zamanda bütün dünyaya yayılıb.