Valideyin

Şagirdlərin düzgün tədrisini necə təşkil edək?-valideynlər üçün

  • Admin
  • 06-mar-2024, 16:52
  • 0 Baxış

 

Koronovirus pandemiya üzündən tədris prosesinin müvəqqəti dayandırılması, müəllim, valideyn və şagirdlərdə başqa çıxış yolu axtarmağa sövq edir. Distant və evdə təhsil formatları bu günlərdə daha effektiv, demək olar ki, yeganə çıxış yoludur.
Valideynlər övladlarının ev şəraitində saha effektli öyrənmələri, özlərini təhsildən soyutmamaları  üçün nələr etməlidirlər?
Övladınızın xoşbəxtliyini birinci planda tutun
Effektiv  öyrənmə prosesi yalnız  uşaqların özlərini xoşbəxt və əmin hiss etdikləri təqdirdə həyata keçir;
Uşağınıza azadlıq verin
Övladınızın öz fikirlərini sərbəst deməsinə və gün ərzində edəcəklərini özünün planlaşdırmasına icazə verin. Əgər fasiləsiz telefon oyunları ilə vaxt keçirərsə, buna müdaxilə etmək lazımdır. Ancaq müdaxilə etməzdən əvvəl ona seçim haqqı verin. Telefon oyunlarından maraqlı oyunlar oynaya biləcəyini ona göstərin. Bir çox valideyn nəticədən razı qalacaq.
Tablet, telefon və televizordan istifadəni məhdudlaşdırın
Bu kimi texnoloji vasitələrdən çox istifadə həm həm fiziki həm zehini problemlər yaratmaqla yanaşı yuxu rejimini də pozur. İdmanla məşğul olmaq,  kitab oxumaq ya da yeni bir məşğuliyyət tapmaq, televizor və kompüter ekranlarının şüasından azad olmağın ən gözəl yollarındandır.
Övladınıza qayğıyla yanaşın
Övladınıza özünə olan gözləntiləri və qarşılaşdığı çətinlikləri danışmasına icazə verin. Onları səbrlə dinləyin və tez reaksiya verməyə çalışmayın.
Hər gün kitab oxumağa təşviq edin
İstər özləri təkbaşına istər valideynləri və ya dostları ilə olsun, uşaqların kitab oxumağa davam etməyi çox önəmlidir. Nə oxduqları fərq etməz, təki oxusunlar.
Uşaqları daim idarə etməyə, ultimatum verməyə çalışmayın
Onları müəyyən qədər azad buraxın. Öz arzu və istəklərini özləri tapmağa çalışsınlar. Amma nəzarətiniz daim üzərlərində olsun.
Unutmayın, öyrənmək də əyləncəli olmalıdır
Öyrənməyi əyləncəli hala gətirmək böyük əhəmiyyət kəsb edir. Buna görə yemək bişirmək, şəkil çəkmək can sıxıntısını yox edəcək məşğuliyyətlərdir.
Uşaqlarınızın uğurlarını deyil, həmin uğuru qazanmaq üçün çəkdiyi əziyyəti tərifləyin
Uğurlu nəticəni tərifləməkdənsə, o nəticəyə gələnə qədər göstərdiyi əziyyəti alqışlamaq daha effektiv nəticə verər.
Övladınıza vaxt ayırın
Birlikdə keçirtdiyiniz bu zamanların dadını çıxarın. Onunla oyun oynayın, yemək hazırlayarkən övladınızdan kömək istəyin, mahnı oxuyun və ya rəqs edin. Uşaqlara onlara birlikdə əyləndiyinizi göstərin. azedu.az 

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?