Valideyin

Uşağınız kitab oxumağı sevmirsə, bu onun görmə qabiliyyətinin zəif olması ilə bağlı ola bilər.

  • Admin
  • 06-mar-2024, 17:40
  • 0 Baxış
 
Bildiyimiz kimi, uşaqların çoxu oxumağı darıxdırıçı hesab edir və hər fürsətdə bu fəaliyyəti yerinə yetirməkdən uzaq qaçırlar. Onlara kitab oxuma vərdişi qazandırmaq isə valideyinlərin üzərinə düşür.   Lakin uşaqlara kitabı sevdirmək mümkünsüz iş deyil, onun da öz üsulları var.  
 
Çalışın, uşaqlarınızla birlikdə oxuyun
Uşaqlarınız kitab oxuyan zaman onlara yoldaşlıq edin və birlikdə oxuyun. Daha sonra oxuduğunuz hekayəni müzakirə edin və suallar verin. Hekayəni birlikdə şərh edərkən, uşaqlarınızın təxəyyülünün və anlama qabiliyyətinin inkişafına kömək etmiş olarsız.  
 
Rahat  olan bir mühit secin    
Kitab oxuyarkən uşağınızın rahat olacağı bir yer secin; bu evdə uşağın sevəcəyi bir künc və ya yatağının üzəri ola bilər.  
 
Fərqli xüsusiyyətlə fərqlənən kitablardan faydalanın  
Uşağınızın kitab oxuma fəaliyyətinin əyləncəli olmasını istəyirsinizsə, içində fərqli şəkillər olan kitablardan istifadə edə bilərsiniz.  
 
İstədiyi qədər oxumasına icazə verin    
Uşağınız yataqda kitab oxumaq istəyirsə, ona məhdud zaman verməyin. Əgər daha çox oxumaq istəyirsə, istədiyi qədər yataqda qalmasına və yatana qədər kitabını oxumasına icazə verin.  
 
Ona nümunə olun    
Nizamlı olaraq oxuduğunuzu uşaqlarınızla da bölüşün. Ancaq kitab oxumaqla qalmayın. Evdə mütləq qəzet də oxuyun.  
 
Gözlərini yoxlayın  
Uşağınız kitab oxumağı sevmirsə, bu onun görmə qabiliyyətinin zəif olması ilə bağlı ola bilər. Bunun üçün uşağınız kitab oxuyarkən onu yoxlayın və hər hansı bir problem olduqda mütləq göz həkiminə müraciət edin. 
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?