Valideyin

Ailədə vətənpərvərlik tərbiyəsi...

  • Admin
  • 07-mar-2024, 10:09
  • 0 Baxış


Azər­bayc­an xal­qı­nın böyük Qa­ra­bağ dərdi hamımız üçün ən ak­tu­al möv­zudur. Müharibə apardığımızdan, cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması çox vacibdir.
Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır. Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalısan. Bəzən deyirlər ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə eləyə bilər ki, o vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmə­nə isə ni­frət hissləri ilə böyüsün... Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan bu «kiçik dövlət»lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib. Azərbaycanlılar üçün isə ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb.
Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu yerə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunlar daxilində milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. Müşahidələr isə son illər bəzi hallarda ailə dəyərlərinin aşındığını göstərir. Qarabağ müharibəsi, qaçqın və məcburi köçkünlk həyatı, iİnformasiya məkanındakı müxtəlif ideoloji ünsürlər, fərqli dünyagörüşün və fərqli mədəniyyətlərin təbliği, Qərbə inteqrasiya meyli milli ailə dəyərlərinin aşınmasına, gənclərin, uşaqların psixologiyasına təsir göstərən amillərdir. Təsadüfi deyil ki, son illər bəzi Azərbaycan ailələrində qeyri-ənənəvi dəyərlərə meyllər yaranıb ki, bu da olduqca zərərli tendensiyadır. Təəssüf ki, Azərbaycan cəmiyyətində, ailələrdə hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə olmadığından, ciddi narahatlığa əsas var. Sabahımız olan uşaqların, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu belə bilmir, o ki qaldı onlardan işğal tarixlərini soruşasan. Çoxları neçə Milli Qəhrəmanımızın olduğunu, onlardan heç olmasa 3-4 nəfərin adını bilmir. Əgər məktəbdə, universitetlərdə, küçədə sorğu keçirilsə, yəqin ki əksəriyyət neçə Milli Qəhrəmanın şəhid, neçəsinin isə sağ olduğunu söyləməkdə çətinlik çəkəcək. Amma tək bircə Milli Qəhrəmanın adını söyləyə bilməyən bəzi yeniyetmə və gənclər, hətta uşaqlar şou-biznes nümayəndələrinin pal-paltarının, ayaqqabılarının ölçüsünü əzbər deyə, hansısa ara müğənnilərinin sevişməsindən az qala dastan danışa bilərlər. Hələ onların bayağı, şit mahnılarını nöqtə, vergülünə qədər söyləyə bilməklərini demirəm. Halbuki, körpədən tutmuş yeniyetməyə, gəncə, qocaya qədər hamımız Vətən, millət, torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri tanımağa borcluyuq. O cümlədən də Milli Qəhrəmanları... Bəzən cəmiyyətdə vətənpərvərliklə bağlı müzakirələr aparılan zaman zəif təbliğata görə kütləvi informasiya vasitələri əsas hədəf olur. Doğrudur, cəmiyyətin vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət və iş düşür. Amma bu məsələdə ailə tərbiyəsinin xüsusi rolu var. Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Yazının sonunda buna bir misal da göstərəcəm.
Biz ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün öldüyünü, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxara bilməsinlər.
Mənim tanıdığım gənc bir ailə var, üç uşaq böyüdür. Bu uşaqların ən böyüyünün 9, kiçiyinin isə 5 yaşı var. Adətən bir sıra ailələrdə azyaşlı uşaqlar valideynlərin sözünə baxmayanda, yeməyini yeməyəndə, dəcəllik edəndə ata-ana onları ya xoxanla, canavarla qorxudur, ya da yanlarına sillə vurur, çimdikləyirlər ki, sözəbaxan və tərbiyəli olsunlar.
Mənim tanıdığım həmin ailədə isə ata və ana 5 yaşlı oğlan uşağını sözə baxmayanda əsgər aparılmayacağı ilə qorxudur (sözə baxmasan səni əsgər aparmayacaqlar", yeməyini yeməyəndə ermənilərdən gücsüz olacağını, düşmənə uduzacağını bildirirlər. Ona ən bahalı geyimin əsgər paltarıi, ən şərəfli xidmətin əsgərlik, ən yaxşı mahnının himn olduğunu təlqin edirlər. İbrətamizdir deyilmi...
Mail Ağaxanov modern.az 

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?