İmtahandan əvvəl demək olar ki, bütün insanlar həyəcan keçirir. Bu həyəcanı insanların sinir sistemindən asılı olaraq kimisi az, kimisi isə çox keçirir. Bundan əlavə imtahana hazırlaşan insanlarda həyəcanın az ya da çox olmağı onun ətrafında olan insanlardan da asılıdır.
Belə ki, imtahana hazılaşmağa başlayan andan imtahanı verib qurtarana kimi həmin insanla valideyinləri, dost – tanışları, yaxınları arasında inam olmalıdır, ona rahat olan mühit yaratmaq lazımdır. Bu həmin şəxsdə öz güvənini artırar və imtahana daha yaxşı hazırlaşmasına imkan yaradar.
İmtahana hazırlaşan hər bir kəs imtahan qabağı həyəcanını boqmaq üçün bəzi şərtlərə əməl etməlidir:
- Öz söz – söhbəti ilə sizi həyəcanlandıran insanlarnan ünsiyyətdə olmaqdan qaçın.
- İmtahana hazırlaşan dövrdə əsasən də imtahana az müddət (bir həfdə) qalan vaxda sizə müsbət enerji verən insanlarnan ünsiyyət qurun.
- İmtahana bir həfdə qalmış təzə material öyrənməyin.
- İmtahana bir gün qalmış heç nə oxumayın.Son günü ancaq istirahətə həsr edin.
- İmtahanın gedişini çalışın öz xəyalınızda hər xırdalığına kimi canlandırasınız.
- İmtahandan sonra əgər istədiyiniz nəticəni əldə etməsəniz nece reaksiya verəcəyinizi və nə edəcəyinizi mütləq planlaşdırın ki, nəyi necə edecəyinizə qabaqcadan hazırlıqlı olasınız.
- Imtahana lazim olan əşyaları axşamdan hazırlayıb imtahan günü rahat tapa biləcəyiniz bir yerə qoyun.
- Imtahanı verəcəyiniz yeri qabaqcadan öyrənin ki, imtahan günü axtarmayasınız.
- İmtahana gedən vaxt sizə rahat olan paltari geyinin və sizə uğur gətirəcəyinizə inanacaqınız aksesuarlardan istifadə edin.
Unutmayın ki, imtahana hazırlaşan andan imtahanın verilib qurtarmasına qədər məsuliyyət təkcə imtahana hazırlaşanın üzərinə yox, həmin inasanların valideyinlərinin də üzərinə düşür.
Alınacaq hər bir nəticədə imtahana hazırlaşanın payı qədər, imtahana hazırlıq dövründə ona valideyinləri tərəfindən göstərilən münasibətin də payı var.
Unutmaq olmaz ki, imtahana hazırlıq ilk öncə ailədən, imtahana hazırlaşan insana yaradılmış mühitdən və ona olan inamdan başlayır. Bunlar nə qədər mükəmməl, imtahana hazırlaşan üçün rahat olarsa alınacaq nəticə də bir o qədər yaxşı olacaq.