Valideyin

Uşaqlar arasında cinayətkarlığın artmasına səbəb olan amillər

  • Admin
  • 08-mar-2024, 21:22
  • 0 Baxış

Əliməmməd Nuriyev: "Bütün orta məktəblərdə internet təhlükəsizliyi ilə bağlı maarifləndirmə işi aparılmalıdır”
"Bu prosesə vətəndaş cəmiyyətlərinin, medianın cəlb edilməsinə ehtiyac var”
Son vaxtlar uşaqların, yeniyetmələrin internetdən təhlükəsiz istifadəsinin təmin edilməsi, onların zərərli informasiyalardan qorunmasının vacibliyi əlaqədar dövlət qurumları tərəfindən tez-tez gündəmə gətirilən problemlərdən biridir. Bununla bağlı parlament tərəfindən müvafiq qanunun qəbul edilməsi ilə yanaşı, uşaqları internetin zərərli təsirlərindən qorumaq üçün bəzi orta məktəblərdə maarifləndirmə işlərinə də start verilib. Hansı ki, mütəxəssislər bu təbliğatın daha geniş müstəvidə həyata keçirilməsinin zəruriliyi qənaətindədir.
Moderator.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev də bu problemə ciddi yanaşmağın gənc nəslin gələcəyi baxımından mühüm rol oynadığını söylədi:
"Bununla bağlı qanunun qəbul edilməsinə ehtiyac vardı və sevindiricidir ki, belə bir qanun qəbul edildi.  Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsi də vaxtaşırı olaraq bu cür təşəbbüslərlə çıxış edirdi. Internet təhlükəsizlyinin təmin edilməsinin vacibliyini gündəmə gətirirdi. Çünki zərərli saytlar kifayət qədərdir və onlar uşaqlarda zorakılığı təbliğ edir. Buna görə də bu kimi halların qarşısının alınmasına ehtiyac var idi.
Dünyanın bir çox  ölkəsində uşaqların internetdən istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Internet uşaqların tərbiyəsinə, təhsilinə, gələcək inkişafına təsir götərmək gücündədir. Uşaqlar mobil telefonlara, kompüterlərə meyillidirlər. Daha çox smart telefonlara maraq göstərirlər ki, onların da internetə çıxmaq imkanları genişdir.
Bu məsələdə maarifləndirməyə çox böyük ehtiyac var. Bu cür maarifləndirmə işinin aparılması, internetin zərərli tərəflərinin konkret nümunələr əsasında izah edilməsi olduqca vacibdir.
Bu prosesə indi başlamaq lazımdır. Biz hazırda istəsək də, istəməsək də bir çox hallarda internetin məhsullarından istifadə etməli oluruq. Biz çalışmalıyıq ki, internetin faydalarından istifadə edək və eyni zamanda, onun zərərlərindən uşaqları qoruyaq. Bu baxımdan bütün orta məktəblərdə bu yöndə maarifləndirmə işləri aparılmalıdır. Lakin bu prosesə bilgili insanlar, mütəxəssislər cəlb edilməlidir. Vətəndaş cəmiyyətləri, media bu prosesə daxil olmalıdır. Unutmaq olmaz ki, zərərli internet resurslarından istifadə etmək bəzi hallarda uşaqlar arasında cinayətkarlığın artmasına gətirib çıxardır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı geniş tədbirlər hazırlayır. Yerli və beynəlxalq təşkilatların da bu təşəbbüsləri dəstəkləməsi müsbət olardı.
QHT Şurası bu günə qədər bu istiqamətdə olan vətəndaş cəmiyyəti layihələrini maliyyələşdirib və növbəti dönmdə də bu kimi layihələrin maliyyələşməsi yəqin ki, diqqət mərkəzində olacaq. Digər donorların, hətta özəl sektorun da bu prosesə qoşulması arzuedilən olardı”.
 
 
 

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?