Yaşıl yarpaqlı meyvə və tərəvəz yedizdirin
Övladınıza meyvə və tərəvəz verməyiniz vitamin, mineral və mikro qidalar kimi qida növlərini almasını təmin edəcək. Bu qidalar uşağınızın immun sistemini inkişaf etdirir və onun uyğun inkişafını təmin etməkdə köməkçi olur. Şokalad və şirin şeylərin miqdarını azaltmalısınız. Uşaqlar iştah itkisinə səbəb olan bu qidaları səsli şəkildə yeməyə meyl göstərirlər.
Gündəlik hərəkətlər etdirin
Memorial Universitetinin pediatr immunoloji mütəxəssisi Dr. Ranjit Chandra belə deyir: "Hərəkətlər bədənin təbii antikorlarının sayını (mikrob öldürən qan hüceyrələri) artırır və həm yetkin, həm də uşaqların immun sistemini gücləndirir”.
Uşaqları həyətə çıxarıb onları oynamağa yönləndirmək, onları ərköyün etməməlidir, gündəlik edilən hərəkətlər infeksiyalarla mübarizə aparmaq üçün antikorlarını formalaşdırmaqda köməkçi olmalıdır. Yəni bu hərəkətləri sağlamlıq üçün edilməlidir.
Siqaret tüstüsündən uzaq tutun
Siz və ya həyat yoldaşınız siqaret çəkirsə, övladınızın yanındaykən xahiş edirik siqaret çəkməyin və ya çəkilməməsinə diqqət göstərin. Siqaret sizə verdiyi zərər qədər uşağınıza da eyni zərəri verəcək.
Ətrafın təmiz olmasına diqqət göstərin
Övladınızın təhlükəsizliyini onu mikroblardan qorumaqla təmin edə bilərsiniz. Evin nizamlı olaraq gigiyenik təmizliyi vacibdir. Uşağınızın yeməkdən əvvəl əllərini sabunla yuduğundan əmin olun. Bundan əlavə, dırnaqlarını kəsdiyinə diqqət edin. Yatağını nizamlı olaraq dəyişdirin. İnfeksiyanın əsas qaynağı adətən diş fırçaları olur. Diş fırçaları mikrobları uzun müddət saxlayır və yaxınındakı diş fırçalarına da ötürür.
Yaxşı yuxu almasını təmin edin
Uşaqların vahid təhsili və tədqiqat mərkəzinin müdiri, həkim Kathi Kemper uşaqlarda yuxu əskikliyinin bədəninin immun sistemi hüceyrələrini öldürdüyünü deyir. Bu hüceyrələr mikroblarla mübarizə aparmaqda bədənə kömək edir.
Tədris uşaqlarda erkəndən başlayır, beləcə övladınıza öyrətmək və tətbiq etmək istədiyiniz hər şeyi öyrədə biləcəyiniz bu müddəti ən yaxşı formada istifadə edin.