Valideyin

Uşaqlarınızda bu əlamətlər varsa - Diqqətli olun

  • Admin
  • 08-mar-2024, 22:45
  • 0 Baxış


Ana ilə körpəsinin ilk oyunlarından biri də "Göz yumulu” oyunudur ki, əksər uşaqlar buna reaksiya verir. Əgər körpəniz bu oyunu oynarkən sizi izləmirsə, reaksiya vermirsə, o zaman həkimlə danışmalısınız.


Aztəhsil.com xəbər verir ki, bu sözləri pediatr Altay Abdullaoğlu autizm xəstəliyinin ilkin əlamətləri barədə danışarkən deyib.

 

Həkim bildirib ki, valideynlər bu əlamətləri müşahidə etdikləri zaman həkimə müraciət etməlidir:


"Ana əliylə, ya da bir örtüklə üzünü örtür, sonra körpənin adın deyir və tez üzünü açır. Körpə anasını diqqətli və həyəcanlı şəkildə izləyir, hərəkətin davamını gözləyir və adı deyilən kimi də qəhqəhələrlə gülməyə başlayır. Bu oyun körpənin inkişafı üçün önəmli ipucları verir. Bu oyunda, autizm baxımından diqqət ediləcək nöqtələr var. "Göz yumdu” oyunu autizm xəstəliyinin erkən diaqnozu üçün çox əhəmiyyətli fürsətdir”.


Pediatr bildirib ki, sağlam uşaq oyunu davam etdirmək üçün çalışır və buna səy göstərir:


"Bunun üçün uşaq sizə baxa bilər, səslər çıxara bilər, örtünü endirmək istəyə bilər. Oyun əsnasında uşağın həqiqətən əylənməsi, əyləndiyini ana və ataya bəlli etməsi, oyunun davamı üçün səy göstərməsi, bütün bunları edərkən də göz təması, üz ifadəsi, səs çıxarma kimi davranışları bir arada istifadə edilməsi gözlənilir. Körpə bütün bunları etmirsə bir həkimə danışmaq mütləq önəmlidir. Bu əlamətlər autizmin ilkin əlamətləridir”.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?