Valideyin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

  • Admin
  • 09-mar-2024, 11:12
  • 0 Baxış

Pozitiv tərbiyyə üsullarının 2-ci prinsipi. Səhv etmək- normaldır.


Bütün uşaqlar səhv edir və bu normal haldır.Sadəcə buna hazır olmaq lazımdır. Səhv edərkən uşaq yalnış etdiyini anlamır. Lakin valideyn buna elə reaksiya verirki sanki, uşaq nə isə qəbulolunmaz bir hərəkət edib. Səhvlər təbii, normal, qaçılmaz haldır. Uşaqlar bu həqiqəti həyat təcrübələrindən öyrənirlər. Bu prinsipi uşağa anlatmaq üçün ilk növbədə valideynlər uşağa qarşı və biri-birinə qarşı etdikləri səhvləri görüb üzr istəməyi bacarmalıdırlar.


Nəvaxtki uşaq valideynin buraxdığı səhvə görə üzr istədiyini görür, o da öz səhvlərinin məsuliyyətini boynuna götürməyi öyrənir. Uşaqları üzr istəməyə məcbur etməkdənsə, valideyn özü uşağa nümunə olmalıdır. Uşaqlar bu dünyaya valideynə qarşı anadangəlmə sevgi hissi ilə gəlirlər. Lakin onlar özlərini sevməyi və bağışlamağı bacarmırlar. Bunu onlar valideynin onun özünə qarşı münasibətindən və səhvinə verdiyi reaksiyadan öyrənir.


Əziz valideynlər uşaqları səhvlərinə görə utandırmayaın, cəzalandırmayın. Bunları etməsəniz onlara həyatlarında vacib olanı- özlərini sevməyi, bağışlamağı öyrənəcək və mükəmməl olmadıqlarını anlayacaq. Lakin əksini etsəniz uşağa özünü sevmək və öz səhvlərini bağışlamaq çətin olacaq.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?