Övladınız dahidirmi? -Necə müəyyən edək?
- Admin
- 09-mar-2024, 19:24
- 0 Baxış
Hər hərəkətinin, hər sözünün ayrı bir anlamı varsa sizcə bu nəyin işarəsidir? Yoxsa balacanız dahi olmaq yolundamı addımlayır? Bir çox valideynlər uşağının digərlərindən bir addım öndə olduğunu düşünməyə meyilli olurlar.
"Bayaq nə dedi eşitdin?”, "bax necə şəkil şəkir?”, "gözlərindən sanki ağıl fışqırır”, " bu uşaq axırda alim olacaq baxarsan” cümlələri bir çoxunuza yad deyil. Hər uşağın özəl olduğu və fərqli bacarıqlara malik olduğu bir həqiqətdir. Ancaq doğrudan da istedadlı olduğunu anlamaq üçün məktəb çağının başlaması lazımdır.
Bəzi uşaqlar istedadlı olduqlarını hələ çox balaca olanda bəlli edir. Bu vəziyyəti kiçik yaşda bilmək istedadlı uşaqların lazımi köməyi zamanında verərək məktəbə başlayanda üstünlük qazanma, həddən artıq mükəmməllik, uyğunlaşma problemlərini əngəlləyir.
Necə müəyyən edilir?
2-4 yaş arasındakı uşağınızın zəkalı olduğunu düşünürsüzsə bəzi önəmli əlamətləri izləməyiniz məsləhətdir:
* Özəl bir bacarığı və ya rəqəmlərlə həddən artıq bağlantısı olur. Məsələn, görməyə alışdığımız şəkillərdən fərqli olaraq təbii şəkillər çəkməsi və ya riyazi hesablamaları beynində aparması İnkişaf mərhələsinə yaşıdlarından daha tez çatırlar
* Söz bazaları daha genişdir və yaşıdlarına nəzərən daha anlamlı cümlələr qururlar. Hər şeylə maraqlanırlar, çox sual verməkdən çəkinmirlər. Çox hərəkətlidirlər ancaq hiperaktiv deyildirlər.
* Hiperaktiv uşaqlar diqqətlərini çox qısa müddət ərzində toplaya bilirlər. Zəkalı uşaqlar isə bir mövzu üzərində uzun müddət fikirlərini cəmləşdirə bilirlər, çətin fəaliyyətlərə meydan oxumağı sevirlər.
* Yaddaşları güclüdür: televiziyadan, filmlərdən və ya kitablardan əldə etdikləri məlumatları lazım olduqda tez xatırlaya bilirlər.
Düşüncə sürətlərinin danışma və hərəkət sürətlərindən çox olduğunun fərqinə varan uşaqlar müəyyən gərginlik hiss edə bilərlər. Əgər uşağınız normadan artıq əsəbi və gərgin davranırsa bir mütəxəssisdən kömək istəyə bilərsiniz.