Valideyin

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

  • Admin
  • 10-mar-2024, 21:29
  • 0 Baxış


Bəzən ətrafımızda torpaq, daş, şüşə, sabun və sair kimi maddələri yeyən insanlara rast gəlirik. Hətta bu qəribə davranış uşaqlar arasında daha çox yayılıb.

 

Aztəhsil.com ailəm.az-a istinadən xəbər verir ki, bununla bağlı məqamlara aydınlıq gətirmək üçün türkiyəli həkim Mine Elagöz Yüksəlin fikirlərini  təqdim edir. Həkim pika sindromu adlanan bu halın qida maddələri olmayan şeyləri yemək, yalamaq şəklində görülən bir yemək pozuntusu olduğunu bildirib:

 

"Pikanın altında yatan psixoloji səbəblər sevgi çatışmazlığı və özgüvənin olmamasıdır. Ana qayğısının azlığı, valideynin uşaqdan imtinası, zəif valideyn-uşaq münasibəti, ailədəki narahat vəziyyət, istismar ən böyük stress qaynaqlarıdır”.

 

Yeyilən bu qeyri-adi vasitələr arasında saç, kağız, silgi, boya, plastik maddələr, yanmış  kibrit dənəsinin ola biləcəyini deyən M.Yüksel deyib ki, bu vəziyyət 2-3 yaşından kiçik uşaqların ağzına uyğunsuz maddələri atmağa və yeməyə çalışmasına aid edilmir. Xəstəlik illərlə davam edə biləcəyi kimi, qısa zamanda da yox ola bilər.

 

Ən çox uşaqlarda rast gəlinir. 

 

Həkim pika sindromuna hər yaşda rast gəlinsə də, bunun daha çox uşaqlarda olduğunu vurğulayıb:

 

"Sindromun ən təməl üç səbəbi qidalanmada çatışmazlıqlar, nevroloji inkişaf pozuntusu, ya da psixoloji səbəblərdir. Dəmir, kalsium, sink, B1, B6 vitamini çatışmazlığı ən çox rastlanan qida çatışmazlığıdır. Həmçinin zəka geriliyi, autizm, epilepsiya, şizofreniya, obsesiv-kompulsiv pozuntular kimi nevroloji-psixiatrik narahatçılığı olan şəxslərdə rast gəlinir.

 

Eşitmə qüsuru, nevroloji dərman istifadəsi kimi tibbi vəziyyətlərdə də görülə bilər. Bəzi insanlarda saç yolma, ya da dəri qoparma kimi də özünü büruzə verir”.

 

Təhlükəli nəticələrə yol aça bilər

 

M.Yüksəl adıçəkilən sindromun müalicə olunmadığı təqdirdə olduqca təhlükəli nəticələrə yol açdığını bildirib:

 

"Qidalandırıcı olmayan maddələrin yeyilməsi qan azlığına səbəb ola bilər. Xüsusilə həzm sistemi ilə əlaqədar narahatlıqlar ortaya çıxar. Bunlar diş çürüməsi, ağızda pis qoxu və sair ola bilər. Yeyilən cismin həzm olunmaması bağırsaq tutulmasına, hətta bağırsağın yırtılmasına gətirib çıxarar.

 

Maddənin xüsusiyyətlərinə görə qurğuşun zəhərlənməsi kimi metal zəhərlənmələrinə yol açır. Yeyilən maddənin gigiyenik olmaması da ayrı bir problemdir. Xəstə yedikləri ilə əlaqədar infeksiyaya, parazitli xəstəliklərə yoluxa bilər. Əgər xəstə uşaqdırsa, bu zərərlər daha da təhlükəli hala çevrilir. Pika sindromu nevroloji inkişafında problem olan uşaqlarda ölümə belə yol açır”.

 

Bu məsləhətlərə qulaq asın!

 

Uşaqda pika sindromu əlamətlərini təyin etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edən mütəxəssis bildirib ki, tibbi müayinə və dəyərləndirmələr nəticəsində pika sindromunu müalicə etmək mümkündür:

 

"Bu zaman uşağın qida rasionu, psixi-sosial, nevroloji inkişafını dəyərləndirmək lazımdır. Pika sindromunu təyin edəcək bir test yoxdur, amma bunu yaradan səbəbləri araşdırmaq üçün laboratoriya analizləri vacibdir. Xüsusilə pika sindromunun altında yatan səbəblər mütəxəssislər tərəfindən təhlil edilərək, lazımi hallarda tibbi və psixoloji müalicə təyin edilməlidir”. 


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?