Valideyin

6 pedaqoji məsləhət - Ədəb

  • Admin
  • 10-mar-2024, 23:25
  • 1 Baxış


İngilis filosofu Herbert Spenser, hər birimizin həyatında əhəmiyyətli rol oynayan ailəni mütəşəkkil cəmiyyətin ilkin özəyi adlandırmışdır. Sivilizasiyanın tərəqqisi və mədəniyyətin inkişafı üçün qanunlar nə dərəcədə gərəklidirsə, ailə daxilində onun funksiyalarının və strukturunun müəyyən edilməsi də bir o qədər əhəmiyyətlidir. Ailə işlərinin idarə edilməsində tarazlıq əldə edilməli, evdə bərabərlik və ədalət bərqərar olmalıdır. Yalnız bu zaman, uşaqlar ədəb-ərkana əməl etməyin, qayda-qanunların, cavabdehlik hissinin, ədalətin və insan haqlarını qorumağın həqiqi mənasını qavrayacaqlar. Bunsuz, uşaqların təlim-tərbiyəsinin əsasını təşkil edən fundament – fiziki, intellektual və mənəvi kamillik – əldə oluna bilməz.
Keçmişdə bu fundamental məqsəd uşaqların təlim-tərbiyəsinə olduqca güclü təsir göstərmiş və şübhəsiz, onların qəlbinə insanlıq və mədəniyyət toxumlarını səpməklə gələcəkdə də təsir göstərəcəkdir. Alimlər ailəni kiçik sosial qrup kimi ətraflı şəkildə tədqiq etmişlər. Nəticədə, mütəxəssislərin rəyi bir məsələdə üst-üstə düşmüşdür: diqqət mərkəzində uşaqlara münasibətdə valideynlərin mövqeyi durmalıdır. Bununla bağlı biz bəzi məsələləri nəzərdən keçirəcəyik. Növbəti paylaşımlarda sizə bu 6 pedaqoji məsləhət təqdim olunacaq
 
 
ƏDƏB

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

 

Gözəl ədalar – istənilən insanın, həm qocanın, həm də də gəncin bədəninə uyğun gələn libasdır.
İnsan öz təbiətinə görə sosial varlıqdır. O, başqa insanlarla əlaqədə yaşayır, lakin onun ailəsinə bağlılığı daha çoxdur.
Hər bir millətin öz adət-ənənələri vardır və onun nümayəndələri onları gözləməyə çalışırlar. Kimsə ümumi qəbul olunmuş normalardan çıxır və özünü hamı kimi aparmırsa, onun başqa insanlarla harmonik dostluq münasibətləri qurmasında çətinlikləri yaranır.
Biz kiçik yaşlı uşaqlarına gözəl ədaları öyrədən valideynlərin qeyri-adi inadkarlığının şahidi ola bilərik. Lakin həmin cəmiyyətdə qəbul olunmuş davranış qaydalarının valideynlər tərəfindən inkar edilməsi ona gətirib çıxarmışdır ki, həmin hərəkətləri ilə onlar başqa insanların gözündən düşmüşlər. İnsanlar onları nəzakətsiz və ədəb qaydalarını bilməyən kəslər kimi qəbul etmişlər. Bu yalnız təəssüf hissi yaradır, lakin bir çox valideynlər davranış mədəniyyətinin tələblərinə əhəmiyyət vermirlər və onların özü hətta cəmiyyətdə etiket gözləsələr də, bunu öz uşaqlarına öyrətmirlər. Nəticədə uşaqlar özlərini apara bilmir və onların hər addımı valideynlərə çoxlu narahatlıqlar gətirir.
Ədəb qaydalarına yaxşı öyrədilmiş beş yaşlı qız uşağını təssəvünüzə gətirin. O, sizi görən kimi salamlayır. Siz ondan adını soruşursunuz, o, sizə cavab verir. Yaşı, yaşadığı ev, gəlinciyi, rəfiqələri, qardaş və bacıları barədə sizin bütün sorğularınıza o, nəzakətlə cavab verir. Masa arxasında onun davranışı heyranlıq yaradır, o yaşına uyğun olaraq hər şeyi etməyi bacarır.
Əgər həmin vaxtda yaxşı təlim almamış başqa bir qız uşağına rast gəlsəniz fərqi həmin an hiss edəcəksiniz. O, sizi görən kimi anasının arxasında gizlənir və onun paltarından bərk-bərk yapışır. Ana onu ağıllandırmaq istəsə də bu ona müyəssər olmur. Nəhayət, çoxlu narahatçıllıqdan və vurnuxmadan sonra o sakitləşir və siz ondan adını soruşursunuz. Sizə cavab vermək əvəzinə o barmağını ağzına salıb döşəməyə baxır. Siz təkidlə sualınızı bir neçə dəfə təkrar edirsiniz, yenə cavab vermək əvəzinə o, anasına bir qədər də bərk sıxılaraq, ondan tələb edir: "De.Di tez ol de!”. Siz ondan gəlinciyinin olub-olmadığı soruşursunuz, o ya susacaq, ya da "demək istəmirəm, sənə nə var?” cavabını verəcəkdir. Uşaq özünü o qədər pis aparır ki, ana onu cəzalandırmağın zəruriliyini hiss edir.
Uşaqların tərbiyə edilməsi və onların gözəl ədəb qaydalarına öyrədilməsi səbr və qüvvə tələb edir. Əgər bu iş asan olsa idi, onda biz mədəni və mədəniyyətsiz adamlar arasında heç bir fərq görməzdik. Əgər insanın davranışı vaxt keçdikcə və təcrübə toplandıqca kamilləşsəydi, onda qüvvə sərf etmək mənasız olardı və insanlar meşədəki ağaclar kimi öz-özünə böyüyərdilər. Bioloji olaraq, insan, əlbəttə, öz-özünə böyüyür, lakin bu kifayət deyildir. İnsanın intelektual və mənəvi qabiliyyətlərinin inkişafı bütövlükdə tərbiyədən asılıdır. Ağaclara qulluq etməyən, onların qayğısına qalmayan, onları kifayət qədər sulamayan, gübrələməyən, ətrafındakı alaqlardan təmizləməyən bağban onlardan yaxşı meyvə ala bilməz. Onda uşağı necə öz başına buraxmaq və ona öz dəyərli vaxtını hədər yerə itirməsinə yol vermək olar? Öz uşaqlığının "kapitalını” "qumarda sərf edərək”, o yetkinlik yaşına çatanda başa düşəcək ki, tərbiyə üçün əlverişli vaxtı artıq itirmişdir və onun əqli qabiliyyətləri inkişafdan qalmışdır.
İlqar Məmmədov . 

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?