Bu məqaləmizin əsas məqsədi Azərbaycanda valideynlərin öz övladlarına internetdən gələ biləcək zərərlərin qarşısını almaları üçündür.
Əsasən bütün dünyada və ölkəmizdə yaşanan internet problemlərindən biri internetdə faydalı məlumatlarla yanaşı, övladlarımıza zərərli olabiləcək məlumatların da yayımlanmasıdır. Bəzi valideynlər sırf bu səbəbdən uşaqlarının internetə çıxışını kəsir, evə internet çəkdirmir yaxud onlara kəskin qadağalar tətbiq edirlər. Uşaqlar isə bunun hansı səbəbdən olduğunu bilmədən ata və analarına qarşı aqressiv münasibət bəsləyir və internet klublara üz tuturlar. Bu məqaləmizdə uşaq adlandırdıqlarımız əsasən 6 və 13 yaşlı balacalardır. Cinsi münasibətlər haqqında heç bir məlumatı olmayan bu balacalar internetdə viruslar ucbatından qəfildən poroqrafik məlumat və şəkillərlə qarşılaşırlar. Uşaqlarda bu haqda heç bir fikir olmadan bu münasibətləri yaxşı bir halmış kimi aşılayan pornoqrafik saytlar uşaqların gələcəyinə, fikirlərinə, insanlara qarşı münasibətlərinə bir başa təsir gösətərir. Bu yazımızda biz əsasən valideynlərin komputerdə bir neçə sadə əməliyyatları yerinə yetirməklə övladlarını lazımsız informasiya, pornoqrafik şəkil və videolardan qoruya biləcəkləri haqqında yazdıq. Doğrudur axtaran həmişə bir alternativ tapacaq lakin heç bir məlumatı olmayan oğlan və qızları bu cür vəziyyətlərdən qoruya bilərsiniz. Valideynlərə məsləhət olaraq qeyd edə bilərik ki, övladlarınızı bu haqda qabaqcadan özünüz məlumatlandırın və internetdə bu cür məlumatların da yer aldığını və onlara zərər verə biləcəklərini mütləq başa salın. İndi isə internetdə uşaqlarınız üçün onların özü belə bilmədən qoyulacaq qadağalar haqqında danışaq.
1.Google tənzimləmələri - Google axtarışları zamanı şəkillər və videolar bölməsində uşaqlarınızın qarşısına pornoqrafik məlumatların çıxmaması üçün tənzimləmələrdən təhlükəsiz axtarışı aktivləşdirməlisiniz. Əsasən "default"olaraq aktiv olan bu tənzimləməni yoxlamağınız məsləhətdir.
Bunun üçün Google tənzimləmələrində daxil oluruq:
Daha sonra axtarış tənzimləmələrini seçirik. Yəni birinci seçimə daxil oluruq.
Açılan pəncərədə təhlükəsiz axtarışı işarələyirik.
Bunun nəticəsində axtarışlar zamanı qarşınıza pornoqrafik şəkil və videolar çıxmayacaq. "Youtube"-da isə bu tip məlumatların yerləşdirilməsi qadağandır və "Youtube"-u təhlükəsiz hesab etmək olar.
2."Google Chrome" tənzimləmələri - Ölkəmizdə və dünyada ən çox istifadə olunan internet browserlərindən biri "Google Chrome"-dur. Bu "browser" vasitəsilə porno saytlara girişin qarşısını almaq mümkündür. Sadəcə bir əlavəni yükləmək imkan veririk ki, siz övladlarınızın bu portallara girişini əngəlləyəsiniz. Həmin əlavəni yükləmək üçün birinci növbədə bu linkə daxil olun:"Chrome Əlavəsi"
Əlavəni yüklədikdən sonra "Anti-Porn Pro" aktivləşir və porno saytlara girişin qarşısı alınır.
3.Bütün bunlardan əlavə istənilən "browser"dən və komputerlərdən porno saytlara girişi bağlaya bilərsiniz. Bunun üçün DNS kodlarında dəyişiklik etmək lazımdır. Bu prosess biraz qəliz olduğundan video ilə izah edirik. İstifadə olunan DNS kodları: