Uşaqlarda yaranan qorxular
- Admin
- 29-fev-2024, 10:15
- 1 Baxış
Uşaqlar fiziki cəhətdən zəif olduqları və özlərini müdafiə edə bilmədikləri üçün qorxu onlara xas olan xüsusiyyətdir. Həyatın müəyyən dövrlərində qorxu bilinməyən və ya tanış olmayan situasiyalara qarşı təbii reaksiyadır.
Lakin, zaman keçdikcə uşaqların təhlükə yaradacaq vəziyyətlərlə başa gəlməsi üçün müxtəlif bacarıqları inkişaf edir. Yalnız bəziləri obsesif şəkildə qorxu hissləri keçirirlər və zamanla bu daha da şiddətlənir (məsələn itlərdən qorxu, qaranlıqdan qorxu və s.) Bütün uşaqlar qorxularını idarə etməyi bacarmalıdırlar, əsaən də bu qorxular onların həyatında maneələr yaradırsa.
Sizin övladınız da tez-tez qorxu hissini keçirirsə səbəblari aşağıdakılar ola bilər
Təxəyyülü inkişaf edib
Zəif sinir sisteminə malikdir, həssasdır
Hər hansı bir hadisə nəticəsində onun təhlükəsizliyi pozulub, psixoloji travma alıb, ailəsində və ya çevrəsində itki, ağır xəstəlik, və ya başqa səbəbi ona başa salınmayan hadisə yaşanib
Böyüklər uşağa hiperhimayə göstərirlər, ona hər hansı iş və ya vəziyyətlə sərbəst başa gəlməsinə imkan yaradmırlar, o öz gücündə əmin deyil və tamamən böyüklərdən asılıdır
Onu yaşadığı qorxulara görə cəzalandırır və ya günahlandırırlar
Uşaqlar əsasən qorxurlar.
Yaxınların itkisindən (əsasən ananın), öz ölümlərindən, xəstəlikdən, qaranlıqdan, heyvanlardan, yatmaqdan, izahı olmayan hadisələrdən (ruhlar, yad planetlilər, səslər, kölgələr, canlanan oyuncaqlar və s.), nağıl qəhrəmanlarından, dəyişikliklərdən, gələcək hadisələrdən, yeni fəaliyyətdən, tanımadıqları insanlardan, digər uşaq və böyüklər tərəfindən göstərilən agressiyadan, - bütün onlara təhlükə yarada biləcəyini düşündükləri hallardan
Uşaqların qorxularının yaş spesifikası mövcuddur. 2-3 yaşlarında uşaq ağrıdan, cəzalandırılmaqdan (məsələn həkimdə olarkən), yüksək səslərdən, qapalı məkandan, yalnızlıqdan, və əsasən da qaranlıqdan qorxur. 3-4 yaşlarında isə onların fantaziyalarının inkişafı ilə bağlı qorxular yaranır (məsələn nağıl qəhrəmanları). 6-7 yaşlarında (bəzən də daha tez) ölümdən qorxu daha çox yaranır.
Böyüklərə bunları bilmək vacibdir
Uşaq qorxuları normaldır və əksər hallarda qaçılmazdırlar. Çünki uşaqlar özlərini böyüklərlə müqaisədə balaca və gücsüz hiss edirlər.
Qorxu real və ya potensial təhlükəyə qarşı sağlam reaksiyadır. Qorxu subyektivdir. Əgər siz müəyyən bir haldan qorxmursunuzsa bu sizin yanınızdakının da bu haldan qorxmamalı olduğu anlamına gəlmir.
5-6 yaşdan başlayaraq uşaqlar ölüm mövzusunu dərk etməyə və bu haqda daha çox düşünməyə başlayırlar. Bu onlar üçün təbii bir haldır.
Uşaq qorxularına necə reaksiya göstərməli
Onları məntiqi yollarla başa salıb və qorxmamaq lazım olduğunu deməyin. O artıq qorxur və məntiqiniz ona kömək etməyəcək. « Mən səninləyəm» desəniz ona daha çox yardım etmiş olacaqsınız. Qorxuları daha yumuşaq şəkildə qarşılamaq, qəbul etmək, uşağı dəstəkləmək və anlamağa çalışmaq, ona
Uşağı qorxuya görə danlayırsınızsa o özgüvənini itirərək özünü daha gücsüz və pis hiss edəcək. Danlayaraq onu qorxudan azad etməyəcəksiniz, əksinə gələn dəfə artıq qorxularını sizinlə bölüşməcək və içində yaşayaraq daha da böyüdəcək.
Bir mənə bax – mən heç qorxuram?! Deməyin heç bir xeyri yoxdur. Siz yetkin, böyük və güclüsünüz. Sizin üçün qorxmamaq çox asandır. Uşaq isə sizdən dəfələrlə balaca və gücsüz olduğunu anlayır. Mən qorxmuram kəliməsini, sən daha zəifsən mənasında deyil, lakin mən səni qoruya bilərəm mənasında işlədə bilərsiniz. Qorxunu yalnız yaşayaraq onu fəth etmək mümkündür, iradə yolu ilə bu mümkünsüzdür. Bunu isə öz içində və ya başqa bir kəsdə dayaq hiss etdikdə yaşamaq mümkündür.
Uşağı qorxuya gətirən mövzulardan qaçmağa ehtiyac yoxdur. Əgər o sizinlə öz qorxusu haqqında danışmaq istəyirsə onu dinləyin. Qətiyyən onu qorxularına gülməyin. Bu zaman o özünə qapanıb qorxusu ilə başbaşa qala bilər. Qorxu haqqında danışmaq onun təsir gücünü xeyli azaldır.
Uşaqlara tez-tez qorxularının rəsmini çəkir və ya canlandırırlar. Oyun və rəsm onların təxəyyülündə olan reallığı yaşamağa kömək edir, yaşadıqlarına emosional şəkildə reaksiya göstərirlər. Bu prosesə uşaq sizi dəvət etmədiyi müddətdə müdaxilə etməyin.
Onlarda qorxularını sizinlə bölüşmək istəyi varsa bu qorxunu plastelindən düzəltməklərini, onunla söhbət etməyini və ya onun haqqında xoşbəxt sonluqlu nağıl yazmaqlarını istəyə bilərsiniz.
Gecə qorxuları yaşandığı zaman yatmadan öncə müxtəlif sakitləşdirici rituallardan istifadə edə bilərsiniz. Göstərdiyiniz sakit, mülayim, münasibət uşaqlara hüzurla yatmağa kömək edə bilər.
Ən gözəl təsir göstərəcək yol onlar qorxu yaşadıqları zaman yanlarında olmaqdır. Nə üçün qorxduqları, nə baş verə biləcəyi haqda suallar verə bilərsiniz, birlikdə çıxış yolu düşünə bilərsiniz.
Evdə və sinifdə elə bir şərait yaratmaq vacibdir ki uşaqlar özlərini təhlükəsizlikdə hiss etsinlər. Güvənə biləcəyi böyükləri yanında hiss etmək onlar üçün ən vacib müdafiyədir.
Psixoloqa müraciət etmək vacibdir , əgər...
Uşaqda eyni xarakterli qorxular təkrarlanırsa
Siz onunla qorxulardan və ya ölümdən necə danışacağınızı bilmirsinizsə
Uşaqda hər hansı aldığı bir psixoloji travma nəticəsində təhlükəsizliyi ilə əlaqələnən davranış dəyişikliyi müşahidə olunur
Ailədə uşağa başa salmaqda çətinlik çəkdiyiniz itki vəya digər hallar baş verib