Sinif rəhbəri

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

  • Admin
  • 11-mar-2024, 12:17
  • 3 Baxış


  Kişi və qadın müəllimlərimizin geyim tərzi zaman-zamna müzakirə olunan mövzulardan biridir. Baxmayaraq ki , vahid formaya  qadın müəllimlərimiz ( xüsusi ilə gənclər ) daha çox etiraz edirlər , ölkəmizin ayrı-ayrı məktəblərində fərdi qaydada müəllimlər vahid geyim tətbiq ediblər . 
Maraqlıdır , müəllimlərin geyim tərzi ilə bağlı təlimat varmı ?- Var . Təhsil Nazirliyinin  hələ 2000-ci illərdə verdiyi təlimatla sizi tanış etmək istəyirik.Təlimatın dəqiq tarixini müəyyən edə bilməsək də , " Təhsil işçilərinin korporativ geyim tərzi " adlanan təlimatda , müəllimlərimizin geyim tərzi ilə bağlı aydın şəkildə göstərişlər var. Aztehsil.com saytı olaraq təlimatı olduğu kimi sizə təqdim edirik.
Ümumi qaydalar :
səliqə və ciddilik;
kişilərdə təmiz təraşlı üz;
 manikür – açıq rəngli dırnaq boyaları;
 təmiz və baxımlı ayaqqabı;
 ətirlərdən orta dərəcədə istifadə olunmalıdır.
Kişi əməkdaşlar üçün korporativ geyim qaydaları :
Zəruridir
kostyumun rəngi: tünd-göydən (boz, bej, tünd qəhvəyi, zeytun və krem çalarlı) fil sümüyü rənginə
qədər;
mərasim və rəsmi görüşlər zamanı tünd rəngli kostyum;
 pencək şalvar ilə dəst olmalıdır;
 rəngi kostyumun rəngindən açıq köynək;
 geyimlə uyğun gələn işgüzar üslublu ayaqqabı;
 tünd və tək rəngli corablar;
uzunluğu yaxalıqdan kəmərə qədər, rəngi köynəyin rəngindən tünd olan qalstuk (tək rəngli və ya nəzərə çarpmayan naxışlı);
 bağlanma yeri orta ölçülü olan kəmər.
 
İcazə verilir :
yaz və yay fəsillərində parçası daha yüngül, rəngi bir qədər açıq çalarlı kostyum;
 qol saatı (işgüzar üslubda);
 nişan üzüyü;
 qısaqol köynəklər;
 bir-birinə uyğun olan qalstuk üçün sancaq və qol düymələri.
Qadağandır 
 geyimlərin üzərində gözəçarpan şəkil və naxışlar, müxtəlif yazılar və emblemlər; 
parlaq, cinsdən və dəridən olan parçalar; 
idman üslublu və kobud görünüşlü ayaqqabılar; 
 uzunluğu kəmərdən yuxarı və ya aşağı olan qalstuk; 
 nəzərə çarpan bəzək əşyaları (iri üzük, qolbaq və ya boyunbağı); 
 günəş eynəyi; 
bağlanma yeri iri ölçülü və nəzərə çarpan olan kəmər.
Qadın əməkdaşlar üçün korporativ geyim qaydaları :
ruridir 
kostyumun rəngi: tünd-göydən (boz, bej, tünd-qəhvəyi, zeytun və krem çalarlı) fil sümüyü rənginə
qədər;
mərasim və rəsmi görüşlər zamanı tünd rəngli kostyum;
 pencək ətək və ya şalvar ilə uyğun olmalıdır;
 dabanı qədərincə enli və hündürlüyü 10 sm-ə qədər olan işgüzar üslublu ayaqqabı;
 mövsümə uyğun corablar.
İcazə verilir
 qol saatı (işgüzar üslubda);
 nişan üzüyü;
 yaz və yay fəsillərində parçası daha yüngül, rəngi açıq çalarlı olan kostyum;
 kaşne, gödək şal və ya qalstuk;
 orta ölçülü bəzək əşyaları (evlilik üzüyü, sırğa, kulon, boyunbağı)
Qadağandır
üzərində rəsmlər, mətnlər, insanların portretləri və heyvanların şəkilləri olan geyim;
dəri və ya cins parçadan olan geyim;
 
saçaqlar, lələklər;
ətək və ya don geyindikdə botinkanın uzunluğu dizdən 3 sm aşağı; 
artıq dekorla olan ayaqqabı;
corabsız geyilən açıq yay ayaqqabıları;
çimərlik ayaqqabıları;
sabo;
idman üslublu ayaqqabı;
parlaq parçalar;
iri, nəzərə çarpan və səs-küylü bəzək əşyaları (qolbaqlar, sırğalar, boyunbağılar);
qolsuz köynəklər;
açıq dekolte;
dar və gödək (dizdən 2 sm yuxarı) don və ətəklər, dərin kəsilmələr;
şəffaf don və köynəklər
Digər məlumatlar
Şənbə, bazar və istirahət günləri işə sərbəst və rahat geyim tərzində gəlmək olar. Həmin günlərdə
əməkdaşın işgüzar görüşü planlaşdırılıbsa, o halda korporativ geyim tərzi istisna olmadan
saxlanılmalıdır.
Məzuniyyətdə və ya xəstəlik vərəqəsində olan, lakin zəruri ehtiyaca görə işə çıxan əməkdaşlar
yuxarıda göstərilən standart işgüzar geyim üslubuna riayət etməlidirlər. 
Qeyd: Kodeksə riayət etməkdə əməkdaşlarla yanaşı struktur bölmələrin rəhbərləri də məsuliyyət daşıyırlar. Bu qaydaların pozulması halları əmək intizamının pozulması kimi qiymətləndirilərək, müvafiq tədbir görüləcəkdir. 

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?