Sinif rəhbəri

Təlim prosesində məsələ və ondan istifadə formaları

  • Admin
  • 11-mar-2024, 14:41
  • 2 Baxış


Təlim prosesində vasitələr kompleksinə aid olan imkan daşı­yı­cılarının mühüm elementlərindən biri də məsələ və onun sis­te­midir. Bu element təlim sistemində ona görə vasitə sayılır ki, o şa­gir­din bilik, bacarıq və vərdişlər sisteminin əldə olunmasına səbəb olan əqli fəaliyyətin, o cümlədən onun tərkiblərinin idarə edilmə­sin­də "alət” funksiyasını yerinə yetirir.
M.A.Danilov təlim prosesində məsələləri irəli sürməyin mü­hüm hesab etdiyi aşağıdakı qaydalarını göstərmişdir:
1. Şagirdlər qarşısında qoyulan idraki məsələ konkret məz­mun­dan irəli gəlməlidir ki, biliklərin sistemi və elmin məntiqi po­zul­masın;
2. Şagirdlərin qarşısında məsələ qoyarkən onların hazırki inki­şaf səviyyəsi və hazırlığı nəzərə alınmalıdır ki, bu, işin görülməsi üçün real şərait yaratmış olsun;
3. Öz növbəsində məsələlərin məzmununda əqlin, təxəyyülün, ya­ra­dıcılıq proseslərinin inkişafı üçün zəruri məlumat olmalıdır, yox­sa öyrənmə şagirdlərin inkişafını irəlilədə bilməz;
4. Məsələnin həllinə yönəldilən konkret əməliyyatın apa­rıl­ma­sı üçün şagirdlərdə rəğbət oyatmaq (fəaliyyət üçün müsbət bir motiv ya­ratmaq) lazımdır;
5. Əvvəlcə müəllimlə əməkdaşlıq şəraitində sinifdə aparılan kol­lektiv işlə məsələ həll etməyi şagirdlərə öyrətmək, onları lazımi üsul­larla silahlandırmaq, tədricən müstəqil, fərdi işlərə və məsələlə­rin müstəqil həllinə keçmək lazımdır .
Məsələlərin tipologiyası və sistemi praktik baxımdan o qədər də səmərəli şəkildə işlənilməmişdir.
 
Y.M.Kolyaqin, Q.L.Lukankin və başqaları məsələnin komponentlərinin onu həll etməli olan sub­yekt üçün məchul olması əsasında təsnif edilməsi mülahizəsi ilə çı­xış edərək aşağıdakı tipologiyanı təqdim etmişlər:
1.Standart məsələlər;
 
2. Öyrədici məsələlər;
 
3. Axtarış mə­sə­lə­ləri;
 
4. Problemli məsələlər.
Bu istiqamətdə xeyli nümunələr gös­tər­mək olar. Biz təlim sisteminin vasitələri kompleksinə daxil edilən mə­sələlərin aşağıdakı kimi təsnifatını məqbul sayırıq:
1. Başlıca olaraq yeni biliyin əldə olunmasına tələbatı for­ma­laş­dıran, təlim prosesinin qarşısında qoyulmuş məqsədin şagirdin id­rak tələbatının təminolunma obyektinə çevrilməsinə xidmət edən mə­sə­lələr.
2. Başlıca olaraq yeni biliyin, naməlumun əldə olunmasına xid­mət edən məsələlər, hansı ki, bunları aşağıdakı iki yarımqrupda bir­ləşdirmək olar:
a) məzmununa və ya şagirdin qarşısında qoyuluşuna görə prob­lemli idrak məsələləri;
b) məzmununa görə problemli, şagird qarşısında qoyuluşuna və həmçinin şərh olunmasına görə qeyri-problemli idrak məsələləri.
3. Biliyin möhkəmləndirilməsinə, bacarıq və vərdişlərin ya­ra­dıcılıq təcrübəsinin inkişaf etdirilməsinə xidmət edən məsələlər.
Bu qrupa aşağıdakılar aid edilir:
- nümunə üzrə, tiplər üzrə çevrilmiş məsələlər; 
- dəyişdirilmiş situasiyalara tətbiq olunan, yaradıcılıq təcrü­bə­sinin inkişafına xidmət edən məsələlər. 
4. Əldə olunmuş nəticələrin müəyyənləşdirilməsinə, özü-özü­nü qiymətləndirmək keyfiyyətlərinin formalaşmasına istiqamətlənən mə­sələlər.
Təlim prosesinə məsələnin daxil edilməsini şərtləndirən amil­lər sırasında müəllimin pedaqoji ustalığı xüsusi yer tutur.
 
Məsə­lələrin həl­li prosesində belə bir sxem gözlənilir:
 
1) şagird tərəfindən müs­tə­qil (və ya müəllimin iştirakı ilə) şərtin və tələbin dərk olun­ması, mə­sələnin ayrı-ayrı elementlərinin mənimsənilməsi və işlənil­məsi, yad­daşın mürəkkəb sistemində lazımi məlumatların axtarıl­ması, mə­sələnin komponentlərinin əlaqələndirilməsi üçün keçmiş təc­rü­bə­n­in və biliklərin bərpası işi həyata keçirilir.
 
2) şagird tərəfin­dən məq­sədə yönəldilən sınaqlar, məsələnin məlum tipə aidetmə cəhd­lə­ri, mövcud şəraitdə daha çox münasib olan həll metodunun seçil­mə­si, həll planının axtarılması və onun təhlili müstəqil şəkildə və ya mü­əllimin yaxından iştirakı ilə həyata keçirilir;
 
3) həll planının hə­yata keçirilməsi üsullarının seçilməsi və nəticənin qeyd olunması işi yerinə yetirilir;
 
4) nəticə təhlil edilir, həllin daha da təkmilləşdiril­mə­si yolu axtarılır (araşdırılır), yeni biliklər və təcrübə sistemləş­di­ri­li­r.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?