Sinif rəhbəri

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

  • Admin
  • 11-mar-2024, 15:17
  • 0 Baxış


Hər bir dövlətin gələcəyinin təmin olunmasında,müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.Ölkəmizdə təhsil islahatının əsas məqsədi vətənpərvər,yaradıcı,sərbəst,müstəqil fikir yürüdən,fəal,cəmiyyətə yararlı şəxsiyyət yetişdirməkdir.Müəllim çox şərəfli peşədir,bir o qədər də məsuliyyətli işdir.Şagirdlərin tərbiyəsində valideynlərlə bərabər müəllimlərin də rolu böyükdür.Müəllim sənəti ona görə şərəfli sənətdir ki,cəmiyyətə bilikli,zəkalı,tərbiyəli vətəndaşlar yetişirdirir.Ümummilli  lider Heydər Əliyevin müəllim haqqında bele bir sözü yadıma düsdü:”Mən dünyada müəllim adından yüksək,şərəfli ad tanımıram”.Bəs müəllim şagird münasibəti necə olmalıdır? Əvvəlcə qeyd edim ki,hər bir şagirdin özünün psixologiyası var.Hər bir şagirdə psixologiya tərzinə uyğun yanaşılmalıdır.Çünki sinifdə 20 şagirdin hərəsi bir evdən gəlir,hər biri ayrı-ayrı mühitdə tərbiyə alıb.Müəllim sinifdə şagirdlərinin hər birini ayrıca fərd bilib ona uyğun yanaşmalıdır,Təkcə bilik verməklə kifayətlənməməli ,bəzən həm maddi,həm mənəvi dəstək olmalıdır.Bəzən şagird hər hansı səbəbdən dərsdən uzaqlaşır.Onunla bir psixoloq kimi fərdi söhbət etməli,problemini öyrənməli,həll etməyə çalışmalıdır.Müəllimlərlə valideyn mütəmadi əlaqədə olmalıdır.Bu,şagirdin hər hansı bir probleminin aradan qalxmasında böyük rol oynayır.Müəllimlə şagird arasında həmişə doğmalıq,mehribançılıq olmasa, əldə olunan nəticə də yaxşı olmayacaq.Müəllim o qədər şərəfli sənətdir ki,qocalsa,yaşlansa da daim parta arxasında oturan şagirdlərə öz biliyini,savadını,öz qüvvəsini sərf edir.İller keçsə belə şagird müəlimini həmişə yoxlayır,məktub göndərir,daim yada salır.Bu,müəllimin ən böyük sevincidi.Müəllim şagirdə peşə seçməkdə kömək etməli,onu düzgün istiqamətləndirməlidir.Çünki dərs dediyi şagirdin zəkasına,biliyinə,savadına,imkanlarına bələddir.Bəzən valideynlər şagirdləri öz istədikləri isqimətə yönləndirirlər.

   Dövlətimiz daim müəllimə diqqət və qayğı göstərib.Dövlət islahatı sayəsindədə təhsilimiz daha da inkisaf edir.Artıq dərslər köhnə ənənəvi üsulla deyil,yeni tədris proqramıyla keçirilir.Bu da şagirdlərin biliklərinin daha asan mənimsənilməsinə kömək edir.Sonda demək istəyirəm ki,müəllim unutmamalıdır ki,ən əsas şagirdin güvənini qazanmalıdır.Güvən olmayan yerdə müvəffəqiyyətdən söhbət gedə bilməz.L.N.Tolstoy yazır ki,əgər müəllim yalnız işi sevirsə,o,yaxşı müəllim olacaqdır.Əgər müəllim peşəsinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə,o, kamil müəllimdir.Bütün həmkarlarıma bu şərəfli işdə uğur və müvəffəqiyyətlər arzu edirəm.
Elşən Ramizoğlu . Bərdə rayonu Kətəlparaq kənd tam orta məktəbinin kimya müəllimi


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?