Sinif rəhbəri / Valideyin

Sual ... Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

  • Admin
  • 11-mar-2024, 17:06
  • 0 Baxış


 Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?
Hörmətli oxucu məktəblərimizdə müəllimlər arasında Gender bərabərsizliyinin olması ( qadın müəllimlərimizin tam əksəriyyət təşkil etməsi ) göz qabağındadır. Ailələrdə də uşaqların tərbiyyəsi anaların üzərinə atılıb desək yanılmarıq. Məktəblərdə keçirilən ümumməktəb valideyin iclasları və ya sinif valideyin iclaslarında da yalnız nənələrin və anaların  iştirak etməsi şagirdlərin təlim-tərbiyyəsində yaranan böyük boşluqların səbəblərindən biri bəlkə də birincisi deyilmi ?
Patriaxal ( kişilərin hakim mövqe tutduğu ) Şərq cəmiyyətində yaşamağımıza baxmayaraq gələcəyimiz olan övladlarımızın tərbiyyəsi ilə yalnız qadınların məşğul olması bizi hara aparır ?
Kişilərin özlərini yalnız ailənin maddi tələbatının ödəyicisi kimi hiss etməsi və ya yalnız bu mövqedə durması  ailələrdə üçurumların yaranmasının və durmadan artan boşanmaların səbəblərindən  ola bilərmi ? 
Əsas fakt odur ki, bu gün atalar ,babalar məktəb qapılarını nadir hallarda açırlar. Və onların sayı hər bir məktəbdə barmaqla sayılan qədərdir.
Sizə ayrı-ayrı məktəblərdə keçirilən valideyin iclaslarından bir neçə şəkillər təqdim edirəm. Çox çalışdım ataların da çoxluq təşkil etdiyi bir dənə də olsun valideyin iclasının şəklin tapam ...Təəsüf ki tapa bilmədim 


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?