Sinif rəhbərliyi və intizamla əlaqədar problemlərin həllində izlənilən yanaşma, bu anlayışların necə aydın dərk edilməsi ilə bağlıdır.Bu səbəblə anlayışların düzgün təyin olunması və başa düşülməsi lazımdır. İdarə öyrətmə rolunun, akademik və ictimai məqsədlərin germekleştirilmesini təmin etmək üçün uyğun şərtlərin və mühitin düzenlenmesi- yaradılması ölçüsü üzərində odaklanır.Sınıf rəhbərliyi, sinifdə öyrənməyə uyğun bir mühitin yaradılması, fiziki tənzimləmələri, təhsilin axışını və zamanın rəhbərliyini, sinif mühitində ili.kilerin müəyyən qaydalar çərçivəsində təşkil , ünsiyyətin təşkil və şagird motivasiyasının təmin edilməsini daxildir.
Sinfin idarəedilməsi düzgün və güvənilən bir tədris mühitini yaradan müəllimin davranışları və sinif təşkilatçılığının aktivliyi ilə düşünülür.
İntizam isə mühitin düzgün və güvənilən, yaxud da tədrisi əngəlləyən şagirdlərin davranışlarına müəllimin göstərdiyi reaksiyalardır.
İdarəetmə və intizam anlayışlarının bir-biri ilə xüsusi bir bağlılığı vardır. Ancaq bu bağlılıq müəllim və idarəedicilərin idarəetmə metodları ilə əlaqədardır.
Bir müəllim sinifin idarəedilməsində təzyiqə istiqamətlənə bilər və çox asan bir yolla intizam məsələlərini həll edə bilər.Burada müəllim "rəhbər”dir və vacib olan itaətin olmasıdır.
Sinfin idarəedilməsində təzyiqə söykənən nəzarətin tam əksinə, müəllimin rəhbər olaraq görüldüyü şagirdlərin dərsi daha yaxşı qavraması üçün mühitin təşkilindən, təşkilatçılığından asılı olan bir idarəetmə anlayışı mənimsənilməlidir. Burada isə vacib olan məsuliyyətdir: şagirdlərdə məsuliyyət anlayışının və fikrinin formalaşdırılmasıdır.
Şagirdlərdən itaət gözləyən təcrübəli müəllim sinifdə nə edəcəyini və necə edəcəyini özü bilir. Müəllim şagirdə görə uyğunlaşdırma və tənzimləmə eləməz. şagird müəllimə görə vəziyyətə uyğunlaşmaq məcburiyyətindədir.Fərqli vəziyyətlərə uyğunlaşmalarda çətinlik çəkən və ya uyğunlaşmağı rədd edən şagirdlər problemlidir. Müəllim şagirdə nə ediləcəyini göstərməkdən çox, nə ediləcəyini deyər. Daha yaxşı necə ediləcəyini şagirdlərlə mübahisə etməz. Şagirdləri qiymətləndirməyə çox vaxt ayırmaz, müəllim hər hansı nüansı incələyər və qeydlər verər.
Qısacası müəllim sinifdə mövzu ilə bağlı böyük bir güc sərf edər və bu güc paylaşılmazdır. Şagird mövzu üzərində işləmək istəmirsə, müəllim məcbur olaraq işlədər. Eləmirsə: həll olaraq əsasən məcburiyyət, təzyiq, hətta şiddət və çox vaxt ailəyə və ya məktəb müdiriyyətini də bu təzyiqin bir parçası halına gətirərək şagirdin mütləq deyilənlərə əməl etməsinə gətirib çıxarır.
Peşəkar müəllimlər şagirdlərə qaydalara əməl etməyi öyrədirlər. Peşəkar müəllimlərin şüari " qaydaya əməl et.....yoxsa” şəklindədir. Şagird qaydaya əməl edər , çünki qaydaya əməl etdiyi üçün mükafatlandırılacaq, əməl etməsə isə cəzalandırılacaqdır. Qaydaların öz haqlarının və başqalarının haqlarının qorunması üçün olduğunu fikirləşməz. Peşəkar müəllim əməl edən şagirdi xüsusilə qeyd edər və əməl etməyən şagirdi cəzalandırır.
Məsuliyyət yaratmağı özünə hədəf bilən, özünə şüar bilən müəllimlər isə şagirdlərə sinifdə qərar verməyi və bu qərarın nəticəsi olaraq seçimin məsuliyyətini qəbul etməyi öyrədirlər.
Şagird qaydaları öyrənməkdən əlavə, qaydaların reallığını və nəticələrini də öyrənər. Qaydaya riayət etməyin bir sanksiyası varsa, bu sanksiyanın da xüsusi bir səbəbinin olması lazımdır. Hətta şagird qaydaların müəyyən olunmasında öz köməkliyini göstərərək, sinifdə öyrənməyə uyğun bir şəraitin yaranmasında öz məsuliyyətini daha yaxşı başa düşər. Belə bir şəraiti görən müəllim şagirdə öz hərəkətlərini idarə edə bilmə haqqını qazandırır.
Məsuliyyət anlayışı ilə sinfi idarəedən və intizamı təmin edə bilən bir müəllim, şagirdlərin nə edəcəyini və tapşırıqların hansı şərtlərlə tamamlanacağı mövzusunda şagirdlərin də rolunu təyin edər. Şagird müəllimin nə gözlədiyi mövzusunda bir həyəcan keçirtməz. Çünki müəllim şagirddən gözlədiklərini bir model olaraq yaşadar və göstərər. Müəllim şagirdlərdən öz tapşırıqlarının qiymətləndirilməsində iştirak etməklərini istəyər və şagirdləri dinləyər. Müəllim şagirdlərin dərsi öyrənməsini asanlaşdırır və bunu edərkən heç bir şagirdə təzyiq göstərməz və məcbur etməz. Şagird öz uğurunun və davranışlarının məsuliyyətini başa düşərək, uğurununun öz cəhdləri nəticəsində olduğuna inanır.
Sinif rəhbərinin 2 əsas istiqaməti var: birincisi, sinifdə şagirdlərin motivasiyasını artıracaq bir şəraitin və güvənilən bir mühitin yaradılması, ikincisi isə şagirdlərdə məsuliyyəti inkişaf etdirmək və şagirdlərə öz davranışlarını düzəldə bilməsini öyrətməkdir. Sinif rəhbərliyi şagirdlərə təzyiq və zorla yox, şagirdlərə öz öyrənmə mühitlərini və öz davranışlarını yoxlamağı öyrədərək təşkil olunur. Sinif rəhbəri şagirdlərin məsuliyyət düşüncələrinin genişləndirilməsində, özlərini dəyərləndirilməsində bir vasitə hesab olunur.
Bu kitabda müəlliflər sinif rəhbərini şagirdlərin öz hərəkətlərini nəzarətetmə qabiliyyətlərinin inkişaf etdirilməsinin bir vasitəsi olaraq görür. Müəllim olaraq məqsədimiz şagirdlərə itaəti öyrətmək deyil, öz davranışlarına nəzarət etmələrini və məsuliyyətli olmalarını izah etməkdir. Bu kitabda müəlliflər müəllimlərin və müəllim namizədlərinin sinif rəhbəri və intizam mövzusunda qazanılacaq olan əsas biliyi və bacarığını belə bir şəkildə əks etdirməyə cəhd göstəriblər.Sinif rəhbəri və intizam mövzusunun çox mərhələliyi, çox geniş ətraflı bir şərhin ortaya çıxmasına səbəb oldu. Sinif rəhbəri və intizam qaydalarının mövcudluğu, təhsilin istiqaməti, müəllim şagird münasibətləri, şagird motivasiyası, sinifdə düzgün olmayan hərəkətlərin qarşısının alınması, məktəbdə şagirdlərarası mübahisələrin həllində müxtəlif çıxış yollarının tətbiqi, valideynlərlə münasibətlərin düzəldilməsi və şagird intizamı işlərinin aparılması birdən çox intizamı əlaqələndirir.