Direktor

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

  • Admin
  • 12-mar-2024, 12:26
  • 3 Baxış


 DİREKTOR  OLMAQ İSTƏYİNLƏR ÜÇÜN İDARƏETMƏNİN HÜQUQİ ƏSASLARI  TESTLƏR CAVABLARI İLƏ

1. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında "Bilik günü”nün təsis edilməsi və təhsil müəsisələrində iş rejiminin tənzimlənməsi haqqında fərmanı nə vaxt qəbul olunub?
a) 16 yanvar 2005-ci il, nömrə 15
b) 17 may 2003-cü il, nömrə 79
v) 21 avqust 2004-cü il, nömrə 114
2. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”sinin təsdiq edilməsi  barədə fərman nə vaxt qəbul olunub?
a) 1 mart 2005-ci il, nömrə 203
b) 17 oktyabr 2004-cü il, nömrə 345
v) 02 dekabr 2005-ci il, nömrə 567
3. Aşağıdakılardan hansı Təhsil Nazirliyinin əsas vəzifəsinə daxil deyil?
a) təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək
b) təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak etmək və müvafiq sahə standartları hazırlamaq, milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək
v) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək, vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq
4. Aşağıdakılardan hansı Təhsil Nazirliyinin funksiyasına daxil deyil?
a) təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrətəhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir
 b) təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək, səlahiyyətləri daxilində təhsil müəssisələri tərəfindən icrası məcburi olan göstərişlər, əmr və sərəncamlar vermək, onların icrasına nəzarət etmək
v) təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən edir, təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirir, təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparır
5. Aşağıdakılardan hansı Təhsil Nazirliyinin hüquqlarına daxil deyil?
a) təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinə razılıq vermək
b) qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil məsələləri ilə bağlı beynəlxalq və dövlətlərarası münasibətlərdə Azərbaycan Respublikasını təmsil etmək, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr (sazişlər, memorandumlar, bəyannamələr və s.) imzalamaq;
v) mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada təhsilin inkişafı ilə bağlı zəruri məlumatlar və arayışlar tələb etmək
6. Təhsil Nazirliyinin strukturu kim tərəfindən müəyyən edilir?
a) təhsil naziri
b) Nazirlər Kabineti
v) Azərbaycan Respublikası Prezidenti
7. Aşağıdakılardan hansı Təhsil Nazirinin səlahiyyətlərinə daxil deyil?
a) səlahiyyətləri daxilində Nazirliyin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir
b) nazir müavinləri arasında vəzifə bölgüsü aparır, müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin mərkəzi aparatının, habelə birbaşa tabeliyində olan büdcədən maliyyələşən qurumların strukturunu təsdiq edir
v) təhsil nazirinin müavinlərini təyin edir və onların arasında vəzifə bölgüsünü aparır
8. Aşağıdakılardan hansı tərkib Təhsil Nazirliyinin kollegiyasına daxildir?
a) nazir (kollegiyanın sədri), nazir müavinləri, nazirliyin mərkəzi aparatının rəhbəri, nazirliyin tabeliyində olan qurumların rəhbər işçiləri, Elmlər Akademiyasının Prezidenti, tanınmış alimlər, Nazirlər Kabinetinin humanitar şöbəsinin müdiri
b) nazir (kollegiyanın sədri), nazir müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Nazirliyin mərkəzi aparatının rəhbəri, nazirliyin tabeliyində olan qurumların rəhbər işçiləri və alimlər
v) nazir (kollegiyanın sədri), nazir müavinləri, nazirliyin mərkəzi aparatının rəhbəri, nazirliyin tabeliyində olan qurumların rəhbər işçiləri, Elmlər Akademiyasının Prezidenti və elmi katibləri, Prezident Adminstrasiyasının humanitar şöbəsinin müdir müavini
9. Təhsil Nazirliyinin kollegiyasının sayını və şəxsi tərkibini kim təsdiq edir?
a) nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər  Kabineti tərəfindən təsdiq olunur
b) nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən təsdiq olunur
v) nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur
10. Nazirliyin kollegiyasının fəaliyyəti nədən ibarətdir?
a) kollegiya öz iclaslarında təhsil nazirinin əmrlərini və digər normativ-hüquqi aktları təsdiq edir
b) kollegiya öz iclaslarında təhsillə bağlı aktual məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir
v) kollegiya öz iclaslarında ali təhsil müəsisələrinin rəhbərlərinin hesabatlarını müzakirə edir
11. Ən yaxşı ümumi təhsil müəsisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəsisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı nə vaxt qəbul olunub?
a) 25 fevral 2008-ci il, nömrə 714
b) 30 yanvar 2007-ci il, nömrə 67
v) 05 avqust 2008-ci il, nömrə 357
12. Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nə vaxt qəbul olunub?
a) 12 oktyabr 2006-cı il, nömrə 2578
b) 25 may 2007-ci il, nömrə 1876
v) 4 sentyabr 2007-ci il, nömrə 2373
13. Aşağıdakılardan hansı  "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi”ndə iştirak şərtlərinə daxil deyil?
a) məktəbin son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması, son üç ildə ali məktəblərə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması
b) məktəbin fəlsəfə doktoru dərəcəli, xarici dilli va magistr təhsilli müəllimlərinin faizinin yüksək olması
v) məktəbin müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı
14. "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi”ndə iştirak neçə mərhələlidir və qalib hansı mərhələdə və kim tərəfindən müəyyən edilir?
a) müsabiqədə iştirak 3 mərhələlidir və qalib 3-cü mərhələdə "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi üzrə” Təşkilat komitəsi tərəfindən hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 50 ümumtəhsil məktəbi seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir. Bunun əsasında isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılır.
b) müsabiqədə iştirak 2 mərhələlidir və qalib 2-cü mərhələdə "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi üzrə” Təşkilat komitəsi tərəfindən hər iki mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 30 ümumtəhsil məktəbi seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir. Bunun əsasında isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılır.
v) müsabiqədə iştirak 3 mərhələlidir və qalib 3-cü mərhələdə "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi üzrə” Təşkilat komitəsi tərəfindən hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 40 ümumtəhsil məktəbi seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir. Bunun əsasında isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılır.
15. Aşağıdakılardan hansı ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətlərinə aid deyil?
a) ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə laboratoriya, kompyuter və idman avadanlığının alınması, informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üzrə xərclənə bilər
b) ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsinə xərclənə bilər
v) ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə işdə fərqlənən müəllimlərin əmək haqqlarına əlavələrə və ya onların xarici ölkələrdə ixtisasartırma kurslarına göndərilməsinə xərclənə bilər.
16. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər "ən yaxşı müəllim” müsabiqəsində iştirak edə bilərlərmi?
a) iştirak edə bilərlər
b) iştirak edə bilməzlər
v) yalnız 10 ilə qədər əmək stajı olan müəllimlər iştirak edə bilərlər
17. "Ən yaxşı müəllim” müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarəti hansı qurum həyta keçirir?
a) tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi
b) tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilən, Nazirlər Komitəsi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı müəlli” müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi
v) tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi
18. Aşağıdakılardan hansı "Ən yaxşı müəllim” müsabiqəsində iştirak etmək üçün şərt hesab edilmir?
a) müsabiqədə iştirak etmək istəyən müəllim azı beş il pedaqoji iş stajına malik olmalıdır
b) müsabiqədə iştirak etmək istəyən müəllim ildə azı 1 dəfə dərs demək, məşğələ aparmaq üçün ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə iştirak etməlidir
v) müsabiqədə iştirak etmək istəyən müəllimin ixtisasartırma kurslarını keçməsi, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə iştirakına dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı müvafiq sənədi olmalı
19. İlin "Ən yaxşı  müəllimi” müsabiqəsi neçə mərhələdə təşkil edilir və qalib hansı mərhələdə və necə müəyyən edilir?
a) müsabiqə 3 mərhələdə təşkil edilir və qalib 3-cü mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 100 müəllim seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir
b) müsabiqə 3 mərhələdə təşkil edilir və qalib 3-cü mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 50 müəllim seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir
v) müsabiqə 2 mərhələdə təşkil edilir və qalib 2-ci mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 100 müəllim seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir
20. İlin "Ən yaxşı  müəllimi” müsabiqəsinin qalibi yenidən həmin müsabiqədə iştirak edə bilərmi?
a) iştirak edə bilməz
b) mükafat alan müəllim mükafat aldığı ildən 4 il keçdikdən sonra iştirak edə bilər
v) mükafat alan müəllim mükafat aldığı ildən 5 il keçdikdən sonra iştirak edə bilər


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?