Direktor

İdarəetmədə qərarların qəbul edilməsi metodları

  • Admin
  • 12-mar-2024, 14:32
  • 28 Baxış


QƏRARLARIN HAZIRLANMASI METODLARI Müasir müəssisənin idarəedilməsinin texniki, təşkilati, sosial-iqtisadi və başqa tərəflərinin mürəkkəbliyi və qarşılıqıl asılılığı ona gətirib çıxarır ki, idarəetmə qərarının qəbul edilməsi zamanı bir-birilə əlaqədə olan çox sayda müxtəlif amilləri nəzərə almaq lazım gəlir. Qərarın seçilməsinə təsir edən amillərin bir hissəsi təbiətinə görə kəmiyyətcə ifadə olunmur, digərləri isə praktik olaraq ölçüyə gəlmir. Istər istehsalda, istərsə də ətraf mühitdə baş verən fasiləsiz kəmiyyət və keyfiyyət dəyişiklikləri idarəetmə qərarının qəbul edilməsində istifadə olunan informasiyanın qeyri-müəyyənliyi şəraitində mürəkkəb texniki, təşkilati və iqtisadi problemlər üzrə idarəetmə qərarlarının əsaslandırılmasını və seçilməsini asanlaşdıran xüsusi metodlar hazırlamaq zərurətini doğurur.

Əməliyyatların tədqiqi öyrənilən prosesin, sistemin və ya fəaliyyət növünün imitasiyası olan riyazi və ehtimallı modellərdən istifadəyə əsaslanır. Əməliyyatların tədqiqində kəmiyyət modellərinin qurulması, optimallıq kriterisinin seçilməsi və optimal həllin tapılması istənilən bir məsələnin əsas vasitələridir.
Təsərrüfat problemlərinin mürəkkəbliyindən asılı olmayaraq onların həlli prosesi bu və ya başqa metodun tətbiqi ilə ciddi məntiqi qaydada həyata keçirilir.
Əməliyyatların tədqiqinin kəmiyyət metodları aşağıdakı əsas qruplardan birinə aid oluna bilər: analitik, statistik, riyazi proqramlaşdırma və nəzəri-oyun.
Analitik metodlar məsələlərinin həlli şərtləri ilə onun nəticələri arasında analitik asılılıqları müəyyən edir. Bu metodlar aşağıdakılardır: ehtimal nəzəriyyəsi, markov prosesləri nəzəriyyəsi, kütləvi xidmət nəzəriyyəsi.
Statistik metodlar həm faktiki fəaliyyət və sınaqların nəticəsində, həm də statistik modelləşdirmə yolu ilə EHM-də süni yolla hazırlanmış statistik materialların yığılması, işlənməsi və təhliolinə əsaslanır. Ardıcıl təhlil və statistik sınaqlar metodu belə metodlardandır.
Riyazi proqramlaşdırma konkret situasiyada riyazi modelləşdirmə əsasında qərarın əsaslandırılması metodudur. O, verilmiş optimallıq kriterisi və müxtəlif situasiyalarda fəaliyyət proqramı baxımından optimal qərarı tapmağa imkan verir. Istehsalın idarə edilməsində xətti riyazi modellər geniş tətbiq olunur.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?