Direktor

İdarəetmə funksiyaları

  • Admin
  • 12-mar-2024, 15:40
  • 38 Baxış


 İdarəetmə funksiyaları Ayrı-ayrı işçilər və işçilər qrupuna təsirin mümkünlüyünü özündə cəmləşdirən rəhbərlik (liderlik) təşkilatı məqsədlərə çatılması istiqamətində fəaliyyət göstərməsini nəzərdə tutur. Planlaşdırma məqsədlərin müəyyənləşdirilməsi və onlara çatılması yollarını özündə birləşdirən prosesdir. O bu və ya digər təşkilatın müxtəlif səviyyələrini əhatə etməklə uzun müddətli və ya qısa müddətli xarakter daşıyır.

Bir sıra iri təşkilat dövlət müəssisələri uzunmüddətli planlaşdırmadan istifadə edirlər. Müəssisənin fəaliyyət məqsədinin və onun inkişaf perspektivlərini, imkanlarının müəyyən edilməsi üçün istifadə edilən uzunmüddətli planlaşdırmanın sistematik  prosesi strateji planlaşdırma adlanır. Strateji planlaşdırma peşəkar menecerlər tərəfindən həyata keçirilir. Yalnız onlar müəssisənin strateji məqsədini müəyyən və modifikasiya etmək səlahiyyətlərinə malikdirlər. Təşkiletmə planların reallaşdırılması idarəetmənin digər funksiyasını əks etdirən təşkiletmənin olmasını tələb edir. Təşkilolunma dedikdə işçi heyyəti  və ya  əməkdaşlar qrupu arasında işlərin bölüşdürülməsi və onların fəaliyyətinin koordinasiya edilməsi  başa düşülür. İstənilən fəaliyyət sahəsi onun həcmindən asılı olmayaraq yaxşı təşkil olunmalıdır. Bununla yanaşı müəssisənin bütün sahələrinin bir yerdə vahid tam kimi  işləməsinə nail olmaq lazımdır. Təşkilatda işi insanlar həyata keçirir. Buna görə də təşkiletmə funksiyasının vacib aspekti müxtəlif tapşırıqlar çərçivəsində hər bir konkret tapşırığı məhz kimin yerinə yetirməli olduğunu müəyyən etməkdir.
Motivasiya. Motivasiya funksiyasının vəzifəsi təşkilatın nümayəndələri tərəfindən müəyyən işin onlara ötürülən səlahiyyətlərə və plana uyğun yerinə yetirilməsidir. İdarəetmə kimi motivasiya təşkilatın nümayəndələri də təşkilatın məqsədlərinə nail olmaq üçün onlara tapşırılan səlahiyyət və plana uyğun fəaliyyətlərində daxili maraq yaradılması prosesidir. Motivlər insanların fəaliyyətinə məqsəd və istiqamət verən psixoloji stimullardır. Bu stimullar bizim özümüzdən yaranır. Əgər biz başqalarını motivləşdirən rəhbərlərdən danışırıqsa onda biz təşkilatın məqsədinə nail olmaq üçün insan fəaliyyətinin motivləşdirilməsinə yönəldilmiş üsullarını başa düşürük.
 Nəzarət işgüzar aləmdə istifadə olunan elə bir termindir ki, bu təşkilatın öz məqsədlərinin necə həyata keçirməsinin daimi  yoxlanılması və əgər bu baş vermirsə onda düzəlişlər edilməsi deməkdir.
Nəzarət üç mərhələyə bölünür:
1. İcra üçün dəqiq tapşırıqların verilməsi;
2. Tapşırıqların real icrasının yoxlanılması;
3. Əgər icra qarşıya qoyulan tapşırıqlara uyğun deyilsə problemin həll edilməsi.
Beləliklə nəzarət təşkilatın öz məqsədlərini həyata keçirilməsinin yoxlanılması və onun mərhələdən ibarət olan fəaliyyətinin nizamlanması prosesi olaraq idarəetmənin funksiyalarından biridir. Qarşıya qoyulan məqsədə uyğun olaraq həzarət nəticələri müəyyən olunur. Nəzarətin effektliyi əsasən onun informasiya bazasından asılıdır.
Sistemli yanaşma. Sistem bütöv bir tamlığı əmələgətirən qarşılıqlı əlaqədə olan elementlərin məcmusudur. Burada vacib olan odur ki, elementlər qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olurlar. Hər bir müxtəlif hissələr birləşib tamlıq yarada bilər, lakin bu tamlığı hər hansı bir mexaniki formalaşma kimi adlandırmaq olmaz.
Bütün təşkilatlar sistemdir. İnsanlar təşkilatın texnika ilə birlikdə müəyyən bir işi yerinə yetirmək üçün istifadə olunan komponent olduğundan buna sosial-texniki sistem deyirlər. Bioloji orqanizmdə olduğu kimi təşkilatda da onun bütün hissələri qarşılıqlı əlaqədədir. Sistemin öz funksiyasını necə yerinə yetirdiyini anlamaq üçün onun elementlərinin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu və onun ətraf (xarici)  mühitini təşkil edən sistemlə necə bağlı olduğunu bilmək vacibdir.  Sistemli yanaşma müəssisə və ətraf mühitə vahid bir bütöv kimi baxmağa çalışır.
Situasiyalı yanaşma. Situasiya konkret vaxtda təşkilata güclü təsir edən hadisələrin konkret məcmusudur. Diqqət mərkəzində situasiya olduğuna görə situasiyalı yanaşma, situasiyalı düşüncənin əhəmiyyətini göstərir. Bu yanaşmadan istifadə edərək rəhbərlər yaxşı başa düşə bilərlər ki, konkret situasiyalarda təşkilatın məqsədlərinə çatmaq üçün hansı vasitə daha uyğun olacaq.
Situasiyalı yanaşma tərtib edilmiş, tapşırıqların sadə yığım deyil o təşkilatı problemlər və onların həll olunması haqqında düşünmək üsuludur.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?