Direktor

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

  • Admin
  • 12-mar-2024, 17:24
  • 31 Baxış


Hər bir müəssisə özünün fəaliyyət sahəsindən asılı olmayaraq müəyyən idarəetmə quruluşuna malik olmalıdır. Burada idarəetmə səviyyələrini və pillələrini fərqləndirmək lazımdır. Bu baxımdan, bütün orta və iri təşkilatlarda üç idarəetmə səviyyəsinin (pilləsinin) yaradılması labüddür. Təşkilatlar adətən kiçik, orta və böyük olurlar və onların idarəetmə işləri də həcmcə müxtəlif olur. Buna görə də idarəetmə işini təşkilatın işçiləri arasında mütənasib bölüşdürmək lazım gəlir. İdarəetmə əməyinin bölüşdürü-lməsi formalardan biri üfüqi, digəri isə şaquli xarakter daşıyır.Konkret rəhbərlərin ayrı-ayrı bölmələrdə və eyni səviyyədə yerləş-dirilməsi, asılı olmayan üfüqi əlaqələri meydana gətirir. İdarəetmə işinin şaquli bölüşdürülməsi isə, idarəetmə səviyyələrini və pillələrini yaratmaqla asılılıq və cavabdehlik xüsusiyyətlərini əmələ gətirir. Rəhbər işçiləri, ənənəvi olaraq idarəçilik səviyyələrinə
uyğun olaraq, üç kateqoriyaya ayırırlar:
1. Aşağı (texniki) səviyyə rəhbərləri;
2. Orta (idarəetmə) səviyyə rəhbərləri;
3. Ali (institut) səviyyə rəhbərləri.
Bəzi mütəxəssislər rəhbərlik üslublarını idarəetmə metodları ilə qarışdırırlar.Onlar bunu əldə rəhbər tuturlar ki, idarəetmə metodları ilə rəhbərlik üslublarının funksional təyinatı üst-üstə düşür. Rəhbərlik üslubları idarəetmə metodları sıx qarşılıqlı münasibətdə və təsirdə olsalar da onların bir-birindən fərqləndirilməsi üçün tutarlı dəlillər vardır. İdarəetmə metodu dedikdə isə rəhbərin işçilərə və kollektivə məqsədyönlü təsir üsulları başa düşülür. Bu üsullar tabeçilikdə olanların hərəkətlərini əlaqələndirir. Metod tam obyektiv anlayışdır və rəhbərdən asılı olmayaraq mövcuddur.İdarəetmə metodundan fərqli olaraq, rəhbərlik üslubu öz əsasına görə obyektiv olsa da rəhbərin şəxsi keyfiyyətləri ilə xarakterizə olunur.Üslubun obyektiv və subyektiv cəhətlərini bir-birindən fərqləndirmək zəruridir. Rəhbərlik üslubunun obyektiv cəhətləri rəhbərlik fəaliyyətinə sosial və iqtisadi tələblərin vəhdət-iliyi ilə səciyyələnir. Üslubun subyektiv cəhətləri isə öz növbəsində rəhbərin şəxsiyyəti və ilk öncə onun psixologiyasının spesifika-sı ilə müəyyən edilir.Fərdi üslubun əsas tərkib hissələrini unutmaq olmaz, daha doğrusu o, özünəməxsusluğunu,spesifikasını
daim saxlayır və bütün rəhbərlik konsepsiyasında vahid çərçivədə qəbul edilir. Əgər üslubda onun effektiv tərəfinə dəqiq diqqət yetirilməsə onda heç bir, hətta rəhbərin ən gözəl keyfiyyətləri onun rəhbərlik etdiyi fəaliyyət sistemini müvəffəqiyyətə aparmır. Rəhbərlik üslubunu müəyyənləşdirən amillər aşağıdakılardır  :
  •  peşəkarlığa, təcrübəyə, yaradıcılığa, səriştəliliyə, işgüzarlığa, məsuliyyətliliyə şəxsi keyfiyyətlərə, əxlaqililiyə, temperamentliliyə və s. olan tələblər;
  •  sistemin spesifikliyi - onun məqsədləri və vəzifələri, idarəetmə strukturları və idarəetmənin texnologiyası, rəhbərin fəaliyyətinin funksional məzmunu
  • idarəedilən kollektivin xüsusiyyətləri-onun strukturu və hazırlıq dərəcəsi, daxilixüsusiyyətləri, kollektivdə olan formal və qeyri-formal qarşılıqlı münasibətlərin xarakteri, eləcə də onun ənənələrinin və dəyərlərinin xarakteri.
Qeyd etmək lazımdır ki, iş üslubu yalnız rəhbərin şəxsi işi deyil, belə ki, o rəhbərin fəaliyyətinin bütün sahələrində, o cümlədən kollektivə rəhbərlik prosesində ortaya çıxan iqtisadi, sosial-psixoloji və ideoloji-siyasi münasibətlərin reallaşdırılmasında
öz əksini tapır. Rəhbərlik üslubu sosial məna kəsb edir: birincisi, rəhbərlik üslubunda rəhbərin dünyagörüşü və təsəvvürü öz əksini tapır, ikincisi, rəhbərlik üslubu əksər hallarda sistemin fəaliyyətinin nəticələrini öncədən müəyyənləşdirir.
Çoxlu misallar gətirmək olar ki, mütərəqqi rəhbərlik üslubuna malik olan rəhbər geridə qalan kollektivə başçılıq edərək, daima həmin kollektivi yenidən təşkil edə bilir, bu da nəticə etibarilə həmin kollektivin qabaqcıllar sırasına çıxmasına səbəb
olur. Məhz buna görə də, üslub dedikdə, yalnız rəhbərin tabeçilikdə olanlarla ünsiyyətdə olması və onun məqsədyönlü fəaliyyəti başa düşülməməlidir. Rəhbərlik üslubu rəhbərin fəaliyyətinin forması ilə yanaşı, işinin məzmununu da müəyyənləşdirir.
Rəhbər tərəfindən yürüdülən üslub daim tabeçilikdə olanların diqqət mərkəzində olur. Bu üslub axırıncılar tərəfindən müəyyən şəkildə qiymətləndirilərək qəbul edilir.Çoxları rəhbəri təqlid etməklə ona oxşamağa çalışırlar. Hər bir rəhbər obyektiv mövcud
olan vəziyyətlərdə, özünün şəxsi keyfiyyətlərinə əsaslanaraq öz üslubunu yaradır. Üslub rəhbərlər və tabeçilikdə olanlar arasındakı münasibətləri ifadə edir. Bu münasibətlərin mürəkkəbliyi və müxtəlifliyi konkret rəhbərlik üslubunun səmərəliliyini müəyyənləşdirir ki, bunları da müxtəlif əlamətlərinə görə təsnifləşdirmək olar. Onların fərqləndirilməsinin ən geniş yayılmış forması-rəhbər və tabeçilikdə olanların arasındakı münasibətlərin xarakterinə görə fərqləndirilməsidir.
Bu baxımdan rəhbərlik üslubunun 3 növünü, direktiv (avtoritar), demokratik və liberal(passiv) növlərini fərqləndirmək lazımdır.
Hər bir fərdi üslub rəhbərin ideya-siyasi, təşkilati, səriştə, peşəkar və mənəvi-etik keyfiyyətlərinin, xüsusiyyətlərinin onun fəaliyyəti ilə nə dərəcədə uzlaşması ilə xarakterizə olunur. Bu komponentlər rəhbərlik üslubunun növünü də müəyyənləşdirir.
Rəhbər və tabeçilikdə olanlar arasındakı münasibətlər sahəsində aparılan sosioloji tədqiqatlar rəhbərlik üslubunu aşağıdakı amillərlə müəyyənləşdirir  
  •  səlahiyyətlərin formalaşması və təyin edilən məsuliyyətlərin təkmilləşdirilməsi;
  •  məsuliyyətlilik;
  •  fəallıq və təşəbbüskarlıq;
  •  biliklərin çatışmamazlıqları zamanı davranış;
  •  tabeçilikdə olanların araşdırılması;
  •  yaxın ətraf və s.
Rəhbərlik və tabeçilikdə olanlar arasındakı münasibətləri müxtəlif cür qruplaşdırmaq olar.Lakin bütün növ qruplaşmaların əsasını direktiv, demokratik və liberal münasibətlər təşkil edir. Rəhbərlik üslublarına ətraflı nəzər yetirməzdən əvvəl, qeyd etmək laızm-dır ki, onlar bir-birindən əsasən vəzifələrin bölüşdürülməsi qaydasına,qərarların hazırlanması, qəbul və yerinə yetirilməsinin təş-kili metodlarına və onların fəaliyyətinə nəzarət formalarına görə fərqlənirlər.Rəhbərlik üslubu dedikdə, şəraitin işlənib hazırlanma-sı, qəbul edilməsi və onun icrasına nəzarətin həyata keçirilmə formaları başa düşülməlidir.Üslub rəhbər tərəfindən formalaşdırılır və onun idarəetmə manerasını xarakterizəedir. Müasir rəhbərlik üslubunun aşağıda verilmiş bir sıra əlamətlərinə diqqət yetirək:
Öz qüvvəsini əsas məsələnin həllinə yönəltmək zəruriliyi. Bunun üçün bütün işlər əhəmiyyətinə görə təsnifləşdirilir və həmin gün üçün başlıca olan işdən başlanılır, sonra isə ikinci, üçüncü və nə qədər çatdırılması mümkündürsə, o qədəri yerinə yetirilir. Sabah isə bunlar təkrar edilir.
 
  •  Həmişə ciddi şəkildə gözləməli olduğunuz şərt-aksioma bütün işlər üçün müddətin müəyyən edilməsidir.
  • Bütün qərarları öz vaxtında reallaşdırmaq lazımdır. Bu onların səmərəliliyini təmin etməklə bərabər idarəetmə aparatında-kı intizamı təmin edir.
  •  Öz fikrini söyləyənə qədər tabeçilikdə olan işçilərin fikrini öyrənmək zəruridir.
  • Funksiyalar rəhbər tərəfindən tabeçilikdə olanlar arasında dəqiq bölüşdürülməlidir.
  •  Tabeçilikdə olanlara maksimum fəaliyyət azadlığı vermək və xırda qəyyumluqdan əl çəkmək lazımdır.
  •  Rəhbər yalnız o işləri yerinə yetirməlidir ki, həmin işlər onun şəxsən iştirakını tələb etsin. Rəhbər tabeçilikdə olanların yerinə yetirə biləcəyi işləri yerinə yetirməməlidir.
  •  Rəhbər öz üzərinə nə qədər çox iş götürürsə, bir o qədər az müvəffəqiyyət qazanır.
  •  Özünüzün və başqasının vaxtını qiymətləndirməyi öyrənin. İşi həmişə vaxta görə planlaşdırın.
  •  Uzun-uzadı nitq söyləməkdən və danışıqlardan qaçın. Fikrinizi qısa və son dərəcə aydın şəkildə deyin.
  • Əgər səhv qərar qəbul etmişsinizsə dərhal onu düzəldin. Əks halda gec və ya tez olaraq həmin səhv özünü daha qabarıq formada göstərəcəkdir.
  •  Əgər sizi başa düşmürlərsə, əsəbləşməyin, dinləyiciləri fərasətsiz hesab etməyin.Deməli əgər sizi başa düşmürlərsə, bu o deməkdir ki, fikrinizi aydın ifadə etmirsiniz. Çalışın ki, fikrinizi daha aydın və başa düşülən şəkildə ifadə edəsiniz.
  •  Nəzarət daima olmalıdır, lakin alçaldıcı və məkirli olmamalıdır, o işgüzar olmalıdır.
  •  Kiçik qüsurlardan dərhal yaxa qurtarmaq lazımdır, əks halda o böyüyərək ciddi problemə çevrilə bilər.
  • Bütün faydalı təşəbbüsləri hər cür həvəsləndirmək lazımdır. Bu tabeçilikdə olanların fəaliyyətini yüksəldir.
İdarəçilik fəaliyyətinə və ya hər hansı bir bölmənin fəaliyyətinə rəhbərliyə başlayarkən birinci növbədə işin vəziyyətini öyrənmək, idarəetmə qarşısında duran məqsədi başa düşmək və əsas vəzifəni müəyyənləşdirmək zəruridir. Sonra isə idarəetmənin texnika-sını və kollektivin inkişafının strategiyasını əks etdirən idarəetmə sistemini işləyib hazırlamaq lazımdır. Müasir rəhbərlikdə başlıca cəhət sistem işləyib hazırlamaqdır.
İdarəetmədə növbəti mərhələ idarəetmə aparatı funksiyalarını dəqiq bölüşdürməlidir. Bölgü son dərəcə dəqiq olmalıdır. Yaxşı olar ki, bütün funksional vəzifələr nömrələnsin və onların yerinə yetirilməsi müddəti müəyyən edilsin. Bu işdə ikinci dərəcəli və xırda məsələlər olmamalı, burada hər bir məsələnin zəruriliyi nəzərə alınmalıdır.İdarəetmə sisteminin dəqiq işinə nail olmaq üçün onun bütün detalları düzgün düşünülməli və əlaqələndirilməlidir. Detallar dedikdə, burada onun funksiyaları başa düşülür. İdarəetmə sisteminin yaxşı fəaliyyət göstərməsini təmin etmək üçün elmə, təcrübəyə əsaslanan, düşünülmüş rəhbərlik etməyin üç başlıca şərtinə əməl etmək zəruridir:
  •  bütün tapşırıq və sərəncamlar formalaşdırılmalı, onların yerinə yetirilməsi müddəti və bu iş üçün məsul şəxs müəyyənləşdi-rilməlidir;
  •  hər hansı bir tapşırıq və sərəncamın vaxtında yerinə yetirilməsi üçün müəyyən edilmiş müddətə dəqiq nəzarət edilməli, nəzarətdə heç bir güzəştə yol verilməməli və nəzarət idarəetmə texnologiyasının zəruri elementi olmalıdır;
  •  əhəmiyyətindən asılı olmayaraq yerinə yetirilən hər bir iş rəhbər tərəfindən təhlil edilməli və qiymətləndirilməlidir. Bütün iradlar dərhal icraçılara deyilməli, yaxşı iş üçün əməkdaşa təşəkkür edilməlidir. Bu üç tələbi dəqiq və müntəzəm yerinə yetirən rəhbər əmin ola bilər ki, onun idarəetmə sistemi istənilən şəraitdə etibarlı fəaliyyət göstərəcəkdir. İdarəçilik təfəkkürü aydın, şəffaf və dərin olmalıdır. Aydın təfəkkür məntiqi, analitik, emosiyasız, qərəzsiz, yaradıcı təfəkkürdür. Belə təfəkkürlü rəhbərlər işçilərlə normal əməkdaşlıq,güzəştli rəftar və düzgün qərarlar qəbul etmək qabiliyyətinə malik olurlar  İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir
4. liderlik nadir idarə etmək keyfiyyətidir
Dahi Azərbaycan şairi M.Füzuli (1498-1556) əxlaqi əməllərin təyinində əqlə verdiyi yüksək rola bir növ yekun vuraraq yazır ki, əvvəl fikir, sonra əməl, yəni işi başlamazdan əvvəl onun nəticələrini düşünmək lazımdır. Fikirimizcə, bu liderlərə xas olan xüsusiyyətlərdir.Liderlik fərqlidir, ancaq fərqli insanlar lider deyil. Hər adamı həvəsləndirməklə onu lider etmək olmaz. Lider çoxdur, liderlik dərəcəsinə çatan azdır. Liderliyə müasir baxışlar idarəetmə üslubunun tabelikdəki konkret işçiyə uyğun olaraq dəyişdirilməsindən ibarətdir. Birinci növbədə, bu suala cavab vermək lazımdır. Bu şəxslə münasibətdən məndən hansı idarəetmə üslubu tələb olunur? Müasir menecment nəzəriyyələrinə görə yaxşı menecer mürəkkəb situasiyalarda idarəetmə tələblərinin
qoyuluşunu öyrənir və onlara uyğun olaraq yüksək səviyyədə idarəetmə üslubunu həyata keçirir. Empirik idarəetmə nəzəriyyəsinə görə idarəetmə davranışının aşağıdakı 4 üslubunu göstərmək olar :
1. Göstəriş vermək. Məsələlərin həllini rəhbər diqqətlə izləyir, təlimatlar verir,baş verən hadisələri detallarına qədər dərindən öyrənir. Tələbata cavab verməyən iş tezliklə aşkara çıxarılır və məsul şəxslərə göstərişlər verilir. Lider öz istədiyini dəqiq
izah edir və şəxsi ustalığını artırmağa fikir verərək işin yaxşılaşdırılmasını tələb edir.Göstəriş vermə üslubunu tam reallaşdırmaq üçün aşağıdakılar tələb olunur:
  •  nümunəvi işə dəqiqliklə yanaşmaq;
  • tez-tez təlimatlar vermək;
  •  adamların texniki bacaracağını inkişaf etdirmək;
  • işin yerinə yetirilməsini yoxlamaq;
  • lazım gəldikdə işçini cəzalandırmaq, lakin bu zaman bir şəxsiyyət kimi onun hüququna və qüruruna toxunmamaq;
  • səhv və yaxşı işləri qeyd etmək;
  •  işçilərdə yaxşı işə görə qürur hissini inkişaf etdirmək:
  •  nəzakətli olmaq, ancaq obyektivliyi yaddan çıxarmamaq;
  •  son nəticələri xüsusi olaraq nəzərdə tutmaq;
  •  işçilərin təhsil almasında, ixtisasının artırılmasında maraqlı olduğunuzu nümayiş etdirmək və bu işdə onlara kömək etmək.
2. Şöhrətləndirmə. Bu üslub ondan ibarətdir ki, lider təşəbbüskar kimi çıxış edir,cari işlər üzrə göstəriş, təlimat verməkdə və nəzarətdə çox fəaldır. Ünsiyyət ən vacib element olduğundan lider adamlarla tanışlığı və əlaqələri genişləndirməyə can atır.
İşçilərin bir başa iştirakı ilə nümunəvi iş formalaşır. Nümunəvi işə uyğun konkret işlər müzakirə olunur və bütün təşkilat üzrə işlər əlaqələndirilir. Rəhbər tərəfindən nəzarətin və təlimatların olması işçilərin qabiliyyətini artırır. 
Yaxşı nəticə aşağıdakı hallarda əldə edilir:
  • siz hər kəs üçün öz vaxtınızı sərf etdikdə;
  • ümumi maraqları aydınlaşdırdıqda;
  •  fərdi xarakterlərə qiymət verdikdə;
  •  tabelikdəkilərlə intensiv ünsiyyətə can atdıqda;
  •  əldə olunan yüksək nəticələrə görə qürur hissini yaydıqda;
  •  zəruriyyət yarandıqda əmrlər verdikdə;
  •  işin müəyyən edilmiş nümunəvi işə uyğunluğunu izlədikdə;
  •  nümunəvi işi saxlamaq üçün zərurət yarandıqda cəza tədbiri tətbiq etdikdə;
  •  müsbət davranışı mükafatlandırdıqda.
3. İdarəetmədə iştirak etmək. Bu zaman rəhbər qrupların mənəvi vəziyyətinin yaxşılaşdırılmasına çalışır, şəxsi münasibətlərin inkişafında fəallıq göstərir, işçilərdə əlaqəlilik hissini həvəsləndirir, adamlarda öz problemlərini özü həll etmək cəhdləri formalaşır və əmrlər minimum sayda olur, lakin yeri gəldikdə rəhbər lazımi əmrlər verir. Bütün vacib məsələlər işçilərə tam həcmdə izah olunur, müəssisənin işində daha çox payı olan işçiləri lider həvəsləndirir. Bu aşağıdakı şərtlərin hesabına əldə edilir:
  •  birbaşa göstəriş və nəzarətin məhdudlaşdırılması;
  •  özünənəzarət sisteminin yaradılması;
  •  ayrı-ayrı problemlər üzrə məsləhətləşmələrin keçirilməsi;
  •  geniş ünsiyyət;
  •  əks əlaqələr yaradılmasının həvəsləndirilməsi;
  •  məqsədə çatma vasitələrini dəqiqləşdirmədən məqsədlərin qoyuluşu;
  •  böyük məsuliyyət verilməsi.
4. Səlahiyyətlərin ötürülməsi. Lider axırıncı ehtiyat kimi çıxış edir. Görülən işin əsas hissəsinə qrupun ayrı-ayrı üzvləri nəzarət edir. Onların səlahiyyətinə gündəlik yoxlama və nəzarət aiddir. Bu cür üslub yüksək səviyyədə peşəkar olan və öz güclərini yaxşı işə sərf etməyə can atan şəxslərə və qruplara yanaşmada tətbiq olunur.
Bu cür rəhbərliyə xas olan üsluba aşağıdakılar aiddir:
  •  məqsədlərin aydınlaşdırılması və onlara münasibətdə razılıq əldə edilməməsi;
  •  əgər sizdən xahiş etsələr, kömək edin;
  •  başqalarının işlərinə qarışmaqdan çəkinin;
  •  xahişlərə ciddi reaksiya verin.
Qeyd etmək lazımdır ki, yaxşı lider qrupun daha yüksək səviyyəli məsuliyyət və səriştəlilik istiqamətində inkişafına kömək edir.
P.Rzayev, Z.Rzayev


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?