1. Məktəbin pedaqoji işçilərinə qadağan olunur:
a) öz mülahizəsi ilə dərs (məşğələ) cədvəlini və iş qrafikini dəyişdirmək;
b) dərsin (məşğələnin) və onlar arasındakı fasilənin (tənəffüsün) davamı müddətini uzatmaq və qısaltmaq;
c) şagirdləri dərsdən (məşğələdən) çıxarmaq;
ç) məktəbin binasında siqaret çəkmək,alkaqollu içkilər içmək ;
2. Qadağandır:
a) şagirdləri dərs ili ərzində məşğələlərdən ayıraraq tədris prosesi ilə əlaqədar olmayan kənd təsərrüfatı işlərinə cəlb etmək, ictimai işləri yerinə yetirmək, idman və digər tədbirlərdə iştirak etmək üçün məktəb məşğələlərindən azad etmək;
b) dərs vaxtı pedaqoji işçiləri və məktəb rəhbərlərinin ictimai vəzifələri və iş fəaliyyəti ilə bağlı olmayan müxtəlif növlü tədbirləri yerinə yetirmək üçün onları işdən ayırmaq və çağırmaq;
c) iş vaxtı ictimai işlərə aid iclaslar, toplanışlar və müxtəlif müşavirələr keçirmək.
3. Kənar şəxslər dərs vaxtı sinifdə (qrupda) yalnız məktəb direktoru və ya onun müavinlərinin icazəsi ilə iştirak edə bilərlər.
Dərs (məşğələ) başlandıqdan sonra sinfə (qrupa) daxil olmağa, müstəsna hallarda yalnız məktəbin direktoru və onun müavinlərinə icazə verilir.
4.Dərs (məşğələ) vaxtı şagirdlərin yanında pedaqoji işçini işinə aid məzəmmət etmək olmaz.
Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqıRespublika Komitəsi tərəfindən «30» iyun 2010-cu il tarixində təsdiq edilmişdir.