Direktor

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

  • Admin
  • 12-mar-2024, 20:46
  • 53 Baxış



Məktəbdə işləyən Pedaqoji və tədris-köməkçi heyətin  hüquq və vəzifələri ;
-  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinin bağlanması əmək müqaviləsinə dəyişikliklərin edilməsi və xitam verilməsi;
-  Kollektiv müqavilənin dövlət standartları ilə nəzərdə tutulan şərtlərinə müvafiq təhlükəsiz iş yeri ilə təmin olunması;
-  Vəzifə öhdəlikləri ilə bağlı yerinə yetirilmiş işin kəmiyyət və keyfiyyətinə uyğun əmək haqqının vaxtında və tam həcmdə ödənilməsi;
-  İş vaxtına normal davamiyyət, ayrı-ayrı vəzifə və peşə sahiblərindən olan işçilər üçün iş vaxtının azaldılması, hər həftə şənbə və bazar günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, hər il ödənilən məzuniyyətlərlə təmin edilən istirahətlərin verilməsi;
-  İş yerində əmək şəraiti və əmək mühafizəsinin tələbləri haqqında məlumatlandırılması;
-  həmkarlar ittifaqlarının yaradılmasına və öz əmək hüquqları, azadlıqları və qanuni maraqlarının müdafiəsi üçün onlara daxil olunması;
-  Öz əmək hüquqlarını və qanuni maraqlarını Azərbaycan Respublikası qanunvericiliyinin qadağan etməyin üsullarla mühafizə edilməsi;
-  Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı işçiyə dəymiş ziyanın və mənəvi zərərin Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada ödənilməsi;
-   Qanunla nəzərdə tutulmuş hallarda sosial sığortanın təmin edilməsi;
  Məktəbdə işləyən Pedaqoji və tədris-köməkçi heyətin məsuliyyəti ;
-  Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
-  əmək funksiyasını vicdanla yerinə yetirmək;
-  əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
-  əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
-  dövlətin təhsil siyasətini yerinə yetirmək;
-  təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
-  pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
-  müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
- metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
-  qoyulmuş əmək normalarını yerinə yetirmək;
-  əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
-  məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
-  insanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
-  digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
-  özünü ləyaqətli aparmaq;
-  müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
-  hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora )məlumat verməyə borcludur.
Müəllim heyətinin hüquqları:
-  peşə şərəfini və ləyaqətini müdafiə etmək;
-  normal iş şəraiti yaradılmasını tələb etmək;
-  iş metod və vasitələrini seçməkdə və təşəbbüskarlıqda sərbəstlik;
-  fərdi-pedaqoji fəaliyyət azadlığına sahib olmaq;
-  Məktəbin Nizamnaməsinə uyğun olaraq təhsil və təlimin idarə edilməsində iştirak etmək.
-   məktəbin fəaliyyətinə aid olan məsələlərin müzakirəsi və həllində iştirak etmək:
-   kitabxana xidmətlərindən pulsuz istifadə etmək;
-  fərdi xüsusiyyətlərə tam cavab verən və tədris prosesinin yüksək keyfiyyətini təmin edən təlim metod və vasitələrini seçmək;
-  qanunvericilikdə qoyulmuş qaydada məktəb rəhbərliyinin əmr və sərəncamları haqqında şikayət vermək;
-  özünün peşəkar fəaliyyətinin təşkilati və maddi texniki təminatı
Müəllim heyətinin vəzifələri:
-  tədris planlarına müvafiq həyata keçirilən pedaqoji prosesin səmərəliliyini təmin etmək;
-  ixtisası üzrə tədqiqatlar aparmaq, bu işə istedadlı şagirlərii fəal surətdə cəlb etmək,qabaqcıl təcrübəni davamlı öyrənmək;
-  məktəbin daxili əmək intizamı qaydalarına riayət etmək;
 -  şagirdlərə yüksək mənəviyyat, əxlaqi keyfiyyətlər aşılamaq, onlarda müstəqillik, təşəbbüskarlıq, yaradıcı qabiliyyətləri və vətəndaş mövqeyini inkişaf etdirmək;
-  şagirdlərin mədəni və fiziki inkişafına qayğı göstərmək;
-  ixtisasartırma ilə mütəmadi məşğul olmaq, 3 ildə bir dəfədən az olmayaraq ixtisasartırmanın müxtəlif formalarının həyata keçirilməsində iştirak etmək;
-  yüksək səviyyədə tədris etdiyi fənn üzrə tədris və metodik iş aparmaq;
-  şagirdlərin dərsdə müvəffəqiyyətsizliyi səbəblərini aşkar etmək, onlara müstəqil işlərin təşkilində kömək göstərmək;
-   məktəb məzunları ilə daimi əlaqə yaratmağa, onların məktəbdən sonrakı həyat fəaliyyətini öyrənməyə və onun təhlili əsasında məzunların təlim-tərbiyə işini təkmilləşdirməsinə köməklik etmək.
 Təsərrüfat işçilərinin öhdəlikləri:
-  iş vaxtından səmərəli istifadə edərək tapşırıqları vaxtında və səylə yerinə yetirməlidirlər;
-  öz iş yerini təmiz saxlamalı və onu əvəz edən işçiyə səliqəli və saz vəziyyətdə verməli, eləcə də məktəbin ərazisində təmizliyə riayət etməlidirlər;
-  hər bir işçinin özünün peşəsi, ixtisası və yaxud vəzifəsi üzrə yerinə yetirdiyi fəaliyyətlər əmək müqaviləsi ilə müəyyənləşdirilir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?