Xidmət olunan binanın (evin) ətrafındakı küçə, səki, meydança və sahələrin təmizlənməsi. Səkilərin küçə və körpülərin qar və buzdan vaxtında təmizlənməsi, onlara qum səpilməsi. Yanğın qutularına sərbəst keçmək üçün onlara gedən yolun vaxtaşırı təmizlənməsi. Su yığmaq üçün balaca arx və çalaların qazılması və təmizlənməsi. Küçələrdə qoyulmuş zibil qutularının yuyulması və onların vaxtaşırı zibildən təmizlənməsi. Yaşayış binalarının həyətlərindəki zibil qutularının, ictimai tualetlərin vaxtında təmizlənməsinə və onların sanitar vəziyyətlərinə nəzarət. Bütün ev avadanlıqlarının və əmlakın (çəpər, pilləkən, su boruları, zibil qutusu, lövhələr və s.) sazlığına və saxlanılmasına nəzarət. Bayramlarda evlərin fasadlarına bayraqların asılması, çıxarılması və mühafizə olunması. Xidmət olunan sahədə işıqların vaxtında yandırılması və söndürülməsi. Polis işçiləri ilə birlikdə yoxlamalarda iştirak edilməsi. Qocalara, xəstələrə, uşaqlara, bədbəxt hadisə zamanı zərər çəkənlərə yardım edilməsi.
Bilməlidir: binaların sanitariya, abadlıq cəhətdən təmiz saxlanılması qaydasını; polis idarəsi bölmələrinin, yerli sahə müfəttişliyinin, təcili tibbi yardım stansiyasının, yanğına qarşı hissənin, əczaxananın, uşaq evinin və s. ünvan və telefon nömrələrini.
Mənbə : Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)