Təlimin təşkilinə verilən tələblər
Pedaqoji prosesin tamlığı
Təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) şəkildə həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir.
Təlimdə bərabər imkanların yaradılması
Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
Şagirdyönümlülük
Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir.
İnkişafyönümlülük
Şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir.
Fəaliyyətin stimullaşdırılması
Şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir.
Dəstəkləyici mühitin yaradılması
Pedaqoji proses münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilir.
Məzmun standartlarının reallaşmasına xidmət edən məqsədlərdir
•Məzmun standartlarının qismən və ya bütövlükdə reallaşmasının müəyyən edilməsi
•Məzmun standartlarındakı ümumi məsələlərin mövzu baxımından xüsusiləşdirilməsi
•Məzmun standartında biliyin kateqoriyası (deklarativ, prosedural, kontekstual) və bacarığın xüsusiyyətlərinin (idraki, emosional, psixomotor) təlim məqsədində əks etdirilməsi
Kurikulum siniflərində direktor və direktor müavinləri dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !
1.Standartların düzgün seçilməsi
2.Məqsədin standarta uyğunluğu
3.Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi
4.Fəndaxili və fənlərarası inteqrasiya
5.Resurslardan məqsədəuyğun istifadə
6.Motivasiyanın məqsədəuyğun qoyulması
7.Tədqiqat sualının təlim məqsədinə uyğunluğu
8.Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu
9.Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhlil etmə və təqdim etmə bacarığı)
10.Məlumatın müzakirəsinin təşkili
11.Ümumiləşdirmə və nəticə
12.Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
13.Yaradıcı tətbiqetmə tapşırıqlarının düzgün verilməsi.
14.Müəllim nitqinin aydınlığı
15.Dərsdə vaxtdan səmərəli istifadə Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması