İdarəetmə / Direktor

Məktəb direktorları oxuyun !!! Tədris – Pedaqoji sənədlər-I hissə

  • Admin
  • 13-mar-2024, 16:15
  • 31 Baxış


1.Şagirdlərin şəxsi işi (Şəxsi iş şagird məktəbi bitirdikdən sonra 5 il məktəbdə saxlanılır (IX, XI siniflər). Əsas təhsili başa vuran şagirdlər oxuduğu məktəbi dəyişdikdə, onların hansı formada təhsilini davam etdirməsindən asılı olmayaraq, şəxsi işi əsas pilləni qutardığı məktəbdəə saxlanılır. Digər məktəbdə  X sinfə şagirdlər əsas təhsil haqqında şəhadətnamə əsasında qəbul olunur. X və XI (XII)  siniflərdə bu şagirdlərin şəxsi işi şəhadətnamə və illik qiymət cədvəlindən ibarət olur.)
2.Sinif jurnalı (Məktəbin direktoru və onun təlim-tərbiyə işləri üzrə müavini sinif jurnallarının saxlanılmasını təmin edir və onun aparılmasının düzgünlüyü üzərində müntəzəm nəzarəti həyata keçirir. "Sinif jurnalının aparılması haqqında qeydlər " səhifəsi təlim-tərbiyə işləri üzrə direktor müavini və məktəbin direktoru tərəfindən doldurulur. Sinif jurnalı şagirdlər məktəbi bitirdikdən 5 il müddətinə saxlanılır, sonra "Şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” cədvəli çıxarılır və daimi saxlamaq üçün arxivə verilir.)
3.Fakültativ, fərdi və qrup məşğələlərinin jurnalı (Məktəbdə 5 il saxlanılır.)
4.Günü uzadılmış qrupun jurnalı (Məktəbdə 3 il saxlanılır.)
5.Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı (Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, məktəb və BŞTİ – si rəhbərləri tərəfindən imzalanır, möhürlə təsdiq olunur, daimi saxlanılır.)
6.Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı (Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, məktəb və BŞTİ – si rəhbərləri tərəfindən imzalanır, möhürlə təsdiq olunur, daimi saxlanılır.)
7.Pedaqoji işçilərin şəxsi heyyətinin uçotu kitabı (Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, məktəb və BŞTİ – si rəhbərləri tərəfindən imzalanır, möhürlə təsdiq olunur, daimi saxlanılır.)


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?