Direktor

Əməyin mühafizəsi standartları

  • Admin
  • 13-mar-2024, 16:53
  • 27 Baxış


İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi
Əməyin mühafizəsi qaydalarının pozulması
700 - 1500 manat
1000 - 2000 manat
Əməyin mühafizəsi üzrə işəgotürən tərəfindən: 
 
əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməlidir;
  binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməlidir;
  bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvəd olan normativlərə uyğunlaşdırılmalıdır;
  işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidməti təşkil edilməlidir;
  əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi - profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi təmin edilməlidir;
 normal əmək və istirahət rejiminə riayət edilməlidir;
  işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməlidir;
 işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının,  biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliğ edilməsi təmin edilməlidir;
  kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil edilməli və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməlidir;
  Əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə statistik hesabatlar verilməlidir.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?